Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Molla rejiminin vaxtı ilə qurduğu sxem dağılır:DTX İranı ifşa edən yeni əməliyyatlar keçirə bilər

1990-cı illərdə Azərbaycanın yaşadığı təlatümlü dövrlərdə, təhlükəsizlik mühitində yaranan boşluqlardan istifadə edib dövlətə qarşı hərbi-siyasi-dini təşkilat formalaşdırmaq cəhdlərində İranın xüsusi payı var idi.

Yenixeber.org: Ümumiyyətlə, xaricdən axıdılan zəhərdə İrandan savayı başqa ölkələr, xarici institutlar da rola malik idi, lakin Tehranın regional və qlobal ambisiyaları onun Azərbaycana baxışını kəskinləşdirirdi.

Siyasi islamı özünün ideologiyasının mərkəzində tutan Tehran elə düşünürdü ki, Azərbaycanda alternativ bir hərəkat yaratmaqla onu hakimiyyətə və dövlətə qarşı təzyiq alətinə çevirəcək.

Çoxları elə qənaətdədirlər ki, molla rejimi Azərbaycan siyasi elitasına sirayət edib hakimiyyət kulislərində adam yetişdirmək niyyətində olub, bəlkə də, belə bir plan var idi, lakin Tehranın dəst-xətti tamamilə fərqli auditoriyaya xitab edirdi.

Azərbaycanda 1990-cı illərin keşməkeşli mənzərəsi, ölkədəki ağır iqtisadi-sosial vəziyyət molla rejiminin ideoloji bazasının aztəminatlı ailələrə yardım adı altında girişinə şərait yaradırdı.

Yəni rejim kütlənin şüuruna yiyələnmək üçün “aşağılardan inqilab”a başladı, sonralar isə insanların ən çox müraciət etdikləri və dinlədikləri meyxana janrına girişərək İran məzmunlu şüarların açılan qafiyələrdə bərq vurmasına nail oldu.

Molla rejimi daha sonra əhalinin tez-tez toplaşdığı məkanlara üz tutdu, məsələn, bərbərxanalarda belə, öz “meyvə”lərini yetişdirdi və beləcə, onun ideoloji bazasının miqyası genişlənərək Azərbaycana təhdid səviyyəsinə qədər gəlib çatdı.

İran əlindəki vasitələri möhkəm iplə bağlamaq üçün azərbaycanlı tələbələrin Qumda təhsil alması işini stimullaşdıran tətbiqlər barədə düşündü və onların çoxu sonradan QUM libasında Tehranın ideoloji-kəşfiyyat maşınlarının təkərlərinə çevrildi. Sonradan yığılan xümslər hesabına Tehran qarşıya çıxa biləcək maliyyə çətinliklərinin öhdəsindən gəlirdi.

Bir sözlə, molla rejimi Azərbaycan cəmiyyətinin müxtəlif sferalarına sızaraq öz sxemini qurdu, lakin 2000-ci illərin ortalarından etibarən o, Azərbaycan dövlətinin əks-həmlələri ilə üzləşən bir müqavimətlə rastlaşdı, sonrakı proseslərdə isə İran şəbəkəsindəki bir qisim çökdürüldü.

Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra cənub qonşusundan gələn yeni təhlükələrin miqyasını dərk edərək molla rejiminin ölkədəki dəstəkçiləri, daha doğrusu, Tehrandan verilən əmrləri canla-başla icra edən, “Hizbullah”ı dəstəkləyən KÜTləni cəza mühakiməsinə çəkdi, daha sonra ali dini rəhbərin Bakıdakı nümayəndəliyinin bağlanmasına və hücrənin başında duran şəxsi ölkədən qovmağa nail oldu.

Lakin molla rejiminin səs telləri kəsilmədi, bu dəfə QUMbeçələr sosial şəbəkələrdə Azərbaycana qarşı hədyanlarla dolu fikirləri kəskinləşdirdilər, amma Bakı onların qurduğu şəbəkənin də işini iflic etdi.

Çalmalıların Yaxın Şərqdəki proksi qüvvələrinin üzvləri olan azərbaycanlılar Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları ilə ifşa edildilər və bununla da Tehran kəşfiyyat savaşındakı məğlubiyyətinin acısını dadır.

İran, onsuz, dünya çapında da kəşfiyyat sahəsində xeyli uğursuzluqlara düçar olur və Azərbaycanın əlində koordinasiyalı şəkildə həyata keçirilən effektiv tədbirlər nəticəsində əlavə məlumatların olması da şübhə doğurmur.

Amma molla rejiminin, bəlkə, özünə gəlib reallıqları dərk etməsi gözlənilir, Bakı mövqeyini çox soyuqqanlı şəkildə nümayiş etdirir, bununla belə, Tehranın davranışlarında xoşməramlılıq sezilmir.

Buna görə də aqressivləşən cənub qonşumuz çətiri altında olan marginal əlaltılarının vasitəsilə yeni həmlələrə keçmək potensialına malikdir və bu da DTX-ni yeni əməliyyatlar aparmağa vadar edəcək.

Yəni Tehran Azərbaycanın hansısa faktları bilmədiyini düşünürsə, bu məsələyə münasibətdə dərin yanlışlıq içərisindədir.

Azərbaycanın əlində ola biləcək və açıqlanmayan məsələlərə gəlincə, bunu bir neçə bənddə təsnifatlandıra bilərik.

1. Ermənistanın işğalı dövründə İran Qarabağdan Yaxın Şərqdə döyüşçülər hazırlamaq üçün istifadə edirdi, Azərbaycan bu haqda təfərrüatlı faktlara malikdir;

2. İran Qarabağı özünün qeyri-leqal gəlir mənbələri siyahısına daxil etmişdi və qanunsuz iqtisadi fəaliyyətlə maliyyə itkilərini kompensasiya edirdi;

3. İranın Azərbaycana qarşı təhdid ritorikası narkotrafik şəbəkəsi vasitəsilə də həyata keçirilir.

Azərbaycan bu istiqamətdə fəaliyyətini gücləndirərək molla rejiminin ifşa edilməsi işini davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam