Ermənistan və İran "bir millət - iki dövlət" elan edildi -İrəvanda FARS
Bu şəkil ötən ilin dekabrında İrəvanda çəkilib. Şəkildəki əmmaməli şəxs İranın "beynəlxalq" Əhli Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari, keşiş geyimində olan isə erməni Qriqoryan kilsəsinin təmsilçisidir. Erməni və fars xalqlarının - Əxtariyə görə, "İran xalqlarının" - ortaq dəyərləri ilə bağlı nəşr olunan kitab barədə təəssüratlarını bölüşürlər...
Yenixeber.org: Deməli, Ayətullah Əxtari İrəvana erməni kilsəsinin dəvəti ilə gedib və İrəvan Universitetindəki çıxışı zamanı deyib ki, ermənilər və "iranlılar" (farslar) qardaş xalqlardır.
İrəvan Universitetinin rektoru Aram Simonyan da Əxtarinin çıxışından vəcdə gələrək, Ermənistan və İranın "bir millət - iki dövlət" olduğunu bəyan edib və Ayətullah Həsən Əxtari də erməni qardaşının könlünü qırmayıb və onun plagiat şüarını təkrarlamağı özünə borc bilib.
Məsələnin Güney Azərbaycanlı soydaşlarımız və bütövlükdə "İran İslam Respublikası" adlanan dövlətin ərazisində, öz tarixi vətənlərində yaşayan türklər barədə olan tərəfini, hələlik bir yana qoyaq. Yəni hər kəsə bəllidir ki, sözügedən dövlətin vətəndaşı olan 35-40 milyon türkün "erməni" adlı qardaşı yoxdur, olması da mümkün deyil. O zaman belə anlaşılır ki, ermənilər məzhəb pərdəsinə bürünmüş fars-molla rejiminin qardaşlarıdır. Olsun... Bunu onsuz da bilirdik. Və bu səbəbdən də "İran İslam Respublikası" adlanan şeytan yuvasından heç vaxt heç bir gözləntimiz olmayıb. İndi də yoxdur və nə qədər ki, panfarsist, panarizm xəstəliyinə mübtəla olmuş molakratiya rejimi hakimiyyətdədir, olmayacaq.
Məhz bu səbəbdən də Azərbaycanda gözü saxta ideoloji pərdələrlə və yaxud maraqlarla örtülməyən bir kimsənin ağlından "İranın Azərbaycana köməyə gələcəyi" fikrinin keçdiyini düşünmürəm.
Azərbaycan Respublikasında hər kəs çox yaxşı bilir ki, İran Azərbaycan torpaqlarının işğalına başlandığı ilk gündən Ermənistanın yanında olub, Levon Ter-Petrosyanın dediyi kimi, "Ermənistan üçün həyat yolu" funksiyasını yerinə yetirib.
Mollakratiya Azərbaycan torpaqlarının işğaldan azad olunmaması üçün bacardığı bütün nakişilikləri, naqislikləri edib, torpağımızı və təbii sərvətlərimizi "torba ilə daşıtdırıb". İkinci Qarabağ müharibəsində də İranın molla rejimi erməni qardaşlarının məğlub olmaması üçün bütün iyrəncliklərə əl atıb...
İndi bütün bunlardan sonra İranın erməniyə "qardaş" deyən panfarsist rejiminin nə zamansa Azərbaycana dəstək verə biləcəyini düşünmək və hətta buna inanmaq, məncə gerçək, yaxud məqsədli sadəlövhlüyün, saflığın zirvəsi sayıla bilər. Bu təxminən möminin şeytandan mərhəmət gözləməsinə bənzəyir...
Mənim qardaş deyə biləcəklərim milli mənsubiyyətindən, dinindən, məzhəbindən asılı olmayaraq, haqqın, ədalətin yanında, zülmün qarşısında olanlardır. Mənim qardaşlarım Azərbaycan Respublikasının Vətən sevdalı vətəndaşları, sayı 50 milyondan çox olan azərbaycanlılar, Azərbaycan türkləri, milli davadan vaz keçməyən bütün qardaş türk dövlətlərinin və topluluqlarının təmsilçiləri, şərə boyun əyməyən müsəlmanlar və qeyri müsəlmanlardır. Azərbaycan dünyəvi dövlətdir və bu ölkənin vətəndaşlarını ilk növbədə Vətən sevgisi, ortaq mədəniyyət, ortaq dəyərlər birləşdirir.
Mənim dövlətimin məzhəbi, təriqəti yoxdur. Kimin öz inancını necə yaşaması onun öz şəxsi işidir. Təbii ki, dövlət üçün təhlükə yaratmayanadək... Bunu hər kəs birdəfəlik yaddaşına yazsın və tez-tez təkrarlasın ki, xatırlatmağa ehtiyac duymayaq! (Musavat)