"ARAZ AZƏRBAYCANDIR, AZƏRBAYCAN İRAN DEYİLDİR!" -"Türk dünyasını birləşdirəcək güc Türkiyədir!"
"Türklər Türkiyə + Azərbaycan birliyi ətrafında təşkilatlanaraq böyük güc halına gəlməkdədir"
"Farslar da ermənilər kimi Hind-Avropa irqçiliyinin təmsilçisi, həmçinin bölgəmizdə Avropa və Rus imperializminin davamı və uzantısıdır"
"Qərb farslara və ermənilərə Türk coğrafiyasını, mədəniyyətini, dilini, millətini bölmək, parçalamaq, soyqırıma və assimilyasiyaya uğratmaq missiyası vermişdir"
Yenixeber.org: İranın sayın cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğanın Araz haqqında dediyi şeyirə təpki göstərməsinin əsas səbəbləri:
1. Orta Şərqdə bütün türkləri birləşdirəcək, qoruyacaq mərkəzi bir güc, dövlət vardır. O dövlət Türkiyədir. Orta Şərq türkləri Türkiyə ətrafında təşkilatlanmaq mərhələsinə qədəm qoymuşlar. Türkiyə+Azərbaycan konfederasiyası bu təşkilatlanmanı sürətləndirəcəkdir.
2. Ortaq türk stratejisi və platforması şəkillənməkdədir. Səlcuklu ideolojisi və görüşləri dirilməkdədir. Türk genəşi Selcuklu ənənələrini və dövlət geleneklerini bütün türk coğrafiyalarında sürətlə yaymalıdır.
3. Orta Şərq türkləri Türkiyə+Azərbaycan birliyi ətrafında təşkilatlanaraq, 6 DÖVLƏT, TƏK MİLLƏT şəklində birləşərək, Çindən Adriatik dənizinə qədər olan böyük bir bölgəni dəyişdirəcək bir güc halına gəlməkdədir. Ortaq türk stratejisi formalaşmaqdadır.
4. Türklər Türk coğrafiyasında türk dili, milləti və kültürü ilə, İslam coğrafiyasında - Asiya, Afrika, Ağ dəniz, Ərəb yarımadasında böyük islam dini və kültürü ilə, bütün planetdə məzlumların haqqının qorunması missiyası ilə kürəsəl güc olma və yayılma kapasitəsinə sahibdir.
5. Türklər müəzzəm bir dövlət, hüquq, ordu, iyerarxi, sosial təşkilatlanma, ailə, fərd, ədalət, dini təşkilatlanma kültürünə ve bacarığına malikdirlər. 14 imperiya, 30-dan çox dövlət quraraq Şərqi də, Qərbi də yönəltmişlər. Son minillikdə Türklər 3 qitəyə yayılmışlar, lakin əsla yayıldıqları coğrafiyaları sömürməmişlər, etnik və dil diskriminasiyası yapmamışlar, ədaləti qorumuşlar. Çeşidli xalqları, kültürləri, dinləri, coğrafiyaları yonətmişlər. Əsla, Allahın və Yerin nizamını pozmamışlar, əksinə Yer üzünə nizam gətirmişlər. Qərb-Roma, İngilis-Fransız və Rus yayılmaçılığı və imperializmi ilə Türk yayılmaçılığının amacı, yayıldıqları coğrafiyalarda buraxdıqları miras, dağıntılar, kültür və sənətə təsirlərini müqayisə etsəniz, bunu aydın görə biləcəksiniz.
6. Yayıldıqları coğrafiya və kültür gücü ilə, tarixi və strateji dərinlik etibarı ilə Türklər Avrasiya kürəsəl gücü olmaq kapasitəsinə malikdirlər və tarixi, uluslararası proses ona doğru getməkdədir.
7. Farsların İran adlandırdıqları dövlətdə farslar (əslində Turan coğrafiyasında) azlıqdır. Türklər İranın (oxu. Turan) bütün əyalətlərinə, kəndlərinə və şəhərlərinə yayılmışdır və çoxluqdur. Türklərin bu coğrafiyada dövlətçilik və kültür tarixinin yaşı 7 min ildir. Farsların burada cəmi 3 dövləti (Əhəməni, Sasanlı, Pəhləvi) olmuşdur ki, onun da tarixi təxminən 1500 ildən az edir.
8. İran adlı bu coğrafiyada 7 əsrdə Sasanlı dövlətini Ərəb İslam Xilafəti yendikdən sonra, təxminən 1000 ilə yaxın bir müddət ərzində (VII-XX əsrin əvvəllərinə qədər,1925-ci ilədək) heç vaxt farsların dövləti olmayıb. Fars tarixçiliyində VII-XX əsrin əvvəllərinə qədər olan dövr "qırılma tarixi", "qaranlıq dövr" adlandırılır.
9. Farslar 1925-də öz daxili milli dinamikləri ilə yox, Qacar dövlətini devirən ingilislərin dəstəkləri ilə hakimiyyətə gətirilmişlər. Fars tarixçisi Nasir Purpirarın yazdığına görə, Midiya dönəmində farslar dövlət idarə edə biləcək bir toplum kimi yetişməmişdi. Saray çevrilişi edib onları Midiya taxtına oturdan güc Babil tutsaklığında olan yəhudi gücü idi.
10. Fars tarixi Qərbdə formalaşmış Hind-Avropa konsepsiyası nəticəsində, həmçinin 7-10 əsrlərdə geniş fəaliyyət göstərən Şüubiyyə təşkilatları vasitəsilə yalan və şişirtmələrlə doldurulmuşdur. Nasir Purpirar bu yalanları ifşa edir və yazır ki, e.ə VII əsrdən bizim eranın VII əsrinə qədər olan dövr Orta Şərq tarixinin qaranlıq dövrüdür.
Çünki farslar Midiyada dövlət çevrilişi ilə hakimiyyəti ələ aldıqdan sonra, bütün əski Orta Şərq mədəniyyətlərini çökdürmüş, dağıtmış, yox etmişlər. Farslar mədəniyyət qurucu yox, mədəniyyət dağıdıcı xalqdır. Midiyada, Parfiyada, Qacar dövlətində saray çevrilişləri edərək hakimiyyəti ələ almışlar və dərhal özlərindən əvvəlki mədəniyyətləri darmadağın etməyə başlamışlar ki, dövlətə, coğrafiyaya, mədəniyyətə, tarixə fars damğası vura bilsinlər.
Farsların necə irqçi və yıxıcı millət olması, mədəniyyətləri necə yox etməsini Əli Şəriəti "Özə Dönüş", Nasir Purpirar "12 əsr sükut" əsərlərində aydın təsvir etmişlər. Əli Şəriəti "Özə dönüş" əsərində yazır ki, biz 500 illik türk Sak Parfiya dövlətinin sarayında çevriliş edib, yerində Sasanlı dövlətini qurarkən, Sasanlı dövlətinin köklərini daha əski tarixə söykəmək və dövlətə tarixi məşruluq qazandırmaq zərurəti hiss etdik. Bu məqsədlə 500 illik Parfiya mədəniyyətini elə dağıtdıq ki, böyük Firdovsi belə öz "Şahnaməsi"ndə Parfiya mədəniyyəti haqqında yazmağa bir əsas, dəlil tapa bilmədi, 500 illik bir imperiyadan cəmi 4-5 beyt yazmağa məcbur oldu. Əli Şəriəti yazır ki, Sasanlı dövlətinin köklərini Əhəmənilərə, Pəhləvi dövlətinin köklərini Sasanlılara bağlamaq üçün biz farslar, bölgədə min illərlə yaşı olan yerli mədəniyyətləri məhv etmişik və bu yolla tariximizdəki zaman qırılmalarını bağlamışıq, bərpa etmişik.
11. Fars mədəniyyəti türk, ərəb, İslama qarşı olan bir mədəniyyətdir. Orta Şərqdə farslar bütün tarixləri dövründə həm türk, həm ərəb egemenliyinə qarşı savaşmışlar. Sasanlının devrilməsindən sonra 200 il ərəblərlə savaşmış, İslamı bölmüşlər. Əli Şıriəti yazır: "Biz Sasanlının çöküşündən sonra 200 il Ərəb Xilafəti ilə savaşdıq, hərbi siyasi mübarizədə qalib gələ bilmədikdə isə, Şüubiyyə və İxvanüssəfa təşkilatları quraraq İslamı ərəbin əlindən almaq qərarı verdik və Salman Farsinin əməkləri ilə şiəliyi bir fars hərəkatına çevirdik. Biz Hz.Hüseyn ilə Yəzdigərdin qızı Şəhrəbanunun oğlu Zeynalabdinin iştirakı ilə bir fars islam şəcərəsi və imamət institutu təsis etdik. Biz İslam içində Ərəbi böldük, İslamı ərəbin əlindən aldıq".
12. Turan coğrafiyasında Türk Qacarları devirib yerinə farsları gətirib yeni bir İran inşa edən ingilislərin əsas məqsədi Orta Şərqdə Qacarları və Çindən Hindistanın çimalına qədər geniş bir ərazidə qurulmuş Türk Baburları devirmək, Hindistanı və İranı ələ keçirmək idi. Farslar bu rolu ustalıqla oynamışlar, Orta Şərqdə İngiltərə, Amerika egemenliyini təmin edən oyuncaq vassal rolunu üstlənmişlər. Farslar da ermənilər kimi Hind-Avropa irqçiliyinin təmsilçisi, həmçinin bölgəmizdə Avropa və Rus imperializminin davamı və uzantısıdır.
13. Bu gün fars hakimiyyətində olan İran dövləti etnik, dil və kültür ilə yalnız Tacikistan və Əfqanıstanın kiçik bir hissəsində, din ilə isə yalnız İslam coğrafiyasının şiə bölümündə genişlənmək kapasitəsinə sahibdir. Bu gün İran Qərb imperializminin sömürdüyü İslam dünyasında birlik uğrunda deyil, daha çox bölücülük istiqmətində çalışır, türklərlə və ərəblərlə etnik və dini qarşıdurmalar müstəvisində mübarizə aparır və strateji, ideoloji baxımdan İslam dünyasına sağlam şəkildə nüfuz etmək imkanlarından məhrumdur.
14. Farslar İran adlandırdıqları böyük Turan coğrafiyasında çoğunluqda olan türklər içində yox olmamaq və hakimiyyətlərini qorumaq üçün Ermənistanı dəstəkləməyə möhtacdırlar. Ermənilərlə farslar eyni Hind-Avropa irqinin təmsilçiləridir, qohumdurlar və ən əsası, eyni missiyanın təmsilçiləridirlər. Qərb farslara və ermənilərə Türk coğrafiyasını, mədəniyyətini, dilini, millətini bölmək, parçalamaq, soyqırıma və assimilyasiyaya uğratmaq missiyası vermişdir. Türklər daim Turan coğrafiyasının içində farslarla və ermənilərlə uğraşacaqlar və kürəsəl güc olmaq haqqında düşünməyə zaman bulamayacaqlar. Qərb projesi, ingilis-rus ağlı budur.
15. Ermənistanı yenmək həm də Farsistanı-İranı yenmək deməkdir. Turan coğrafiyasında iki tampon vəkalət xalqı - farslar və ermənilər qaldıqca, nələr olacaq, düşünməliyik.
16. Qarabağ savaşı bir daha göstərdi ki, İran de-fakto iki hissəyə parçalanmışdır. Farslar Ermənistanı, Türklər Azərbaycanı dəstəklədilər. İran etnik, dil, kültür baxımından çatlak bir dövlətdir və bu çatlaklar getdikcə böyüyür. Ərdoğanın Araz şeyirini söyləməsi də İran dövlətinin bu çatlaqdan bərk narahat olduğunu göstərir.
Araz çayının farslara və Farsistana aidiyyatı yoxdur. Araz Azərbaycandır. Azərbaycan İran deyildir! İran adlanan böyük Turan coğrafiyasına səpələnmiş türklər etnik, dil, kültür, tarix, ruhi, mənəvi, tarixi miras, kökən, tarix hafizəsi və strateji arzular baxımından İran fars dövlətinə, hakimiyyətinə deyil, Türkiyə və Quzey Azərbaycan dövlətinə, hakimiyyətinə bağlı güclərdir. Prezident Ərdoğanın və İlham Əliyevin bu böyük TÜRK GÜCÜ üzərində ciddi təsiri, mənəvi, ruhi, siyasi hakimiyyəti vardır.
Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı