Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

"Putin nüvə məsələsinə yanaşmada çox təhlükəlidir" -Bayden

"Putin nüvə məsələsinə yanaşmada çox təhlükəlidir" -    Bayden
ABŞ prezidenti Co Bayden Rusiya rəhbərliyinin nüvə silahından istifadə ehtimalı ilə bağlı məsələlərə təhlükəli yanaşdığını deyib.
Yenixeber.org: O, NewsNation-a müsahibəsində mövzu ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
Aparıcı Baydendən Rusiya prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışına münasibət bildirməsini istəyib. Konkret olaraq Rusiya liderinin "Moskva Rusiya tərəfindən nüvə silahının mümkün istifadəsinə dair heç vaxt heç nə deməyib, ancaq Qərb ölkələrinin liderlərinin bəyanatlarına eyham vurub" fikrinə reaksiya verilib.

"Əgər onun belə bir niyyəti yoxdursa, (nüvədən istifadə-red.) o zaman niyə bu haqda danışmağa davam edir? Niyə o, taktiki nüvə silahından istifadənin mümkünlüyündən söz açır?" - Bayden televiziya kanalına müsahibəsində qeyd edib.

Bayden xüsusi olaraq vurğulayıb ki, "Putin bu məsələyə yanaşmasında çox təhlükəlidir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam