Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Paşinyan üçün “haqq-hesab” zamanı:gözlər Əliyevlə Rusiyadakı üçlü görüşdə

 

Anti-Azərbaycan təbliğatında incə xətt; “Sülhməramlılar Qarabağdan çıxsa, müharibə başlayacaq” təbliğatı kimə qarşı yönəlib...

Yenixeber.org: Artıq mənzərə yavaş-yavaş aydınlaşır: Qərblə - Avropa Birliyi və ABŞ-la müqayisədə Rusiyanı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından daha çox, nizamlama prosesinə Qərbi yaxına buraxmamaq düşündürür. Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarovanın srağagünkü aqressiv açıqlaması buna şəkk-şübhə saxlamadı. Bəlli oldu ki, Moskva yetərincə irəli getmiş Brüssel prosesinə nəinki qısqanc yanaşır, ondan hətta bərk narahatdır və bu prosesi pozmağı hədəfləyib.

Bu qəbildən cəhdləri bəlkə də haradasa anlamaq olardı, əgər Kreml 44 günlük müharibədən keçən 2 ildə böyük sülh anlaşması yönündə real işlər görsəydi, xüsusən də 10 noyabr kapitulyasiya aktının 4-cü və 9-cu bəndlərinin həyata keçməsini təmin etsəydi: erməni qanunsuz dəstələrini Qarabağdan tam çıxarsaydı, Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiqlər eləsəydi, Rusiya, Azərbaycan və Ermənistan arasında yaradılmış ortaq işçi qruplarının effektli fəaliyyətinə nail olsaydı.

Bunların isə heç biri baş verməyib. Halbuki Rusiyanın əlində bundan ötrü hamıdan çox rıçaqlar olub. İndi də qalır. Əvəzində isə az öncə Rusiya mediasında belə bir məlumat yayıldı ki, Moskvanın tərəflərə təqdim elədiyi sülh müqaviləsi variantlında mövcud olmayan Dağlıq Qarabağ üçün gələcəkdə muxtariyyət statusu nəzərdə tutulur. Bu da bir müddət sonra köhnə konfliktin təzədən qızışdırılacağı deməkdir. Kim tərəfindən? Əlbəttə ki, Rusiya (rəsmi Bakının bu variantı haqlı olaraq rədd etdiyi bildirilir). Qərbin, Avropa Birliyinin variantında isə status məsələsi yoxdur.   

*****

Bu və digər səbəblərdən artıq belə bir qənaət daşlaşmaq üzrədir ki, Rusiya, ümumiyyətlə, iki xalq arasında ədavətin bitməsini istəmir. Zaxarova isə guya Rusiyanın hamıdan çox sülhdə maraqlı olduğuna bizi inandırmağa çalışır. Di gəl, Rusiya telekanallarında ərazi bütövlüyümüz və suverenliyimiz əleyhinə təxribatçı verilişlər səngimir (buna görə Rusiyaya artıq növbəti etiraz notası verilib). Həmçinin Qarabağda qondarma “Rus icması” layihəsi, “Vardanyan layihəsi” israrla irəli aparılır. Təbi ki, rəsmi Moskvanın “dobrosu” ilə. Habelə Qarabağda qalan erməni əhalinin beyninə yeridilir ki, guya sülhməramlılar çıxan kimi “vəhşi azərbaycanlılar” onların hamısını qıracaq, müharibə başlayacaq. İndi bunu necə anlayaq?

Rusiyaya qarşı təşəbbüslər cavabsız qalmayacaq - Mariya Zaxarova -  28.04.2022, Sputnik Azərbaycan

Zaxarova isə görün nəyin dərdini çəkir, nəyin iddiasındadır: “Qərbin Rusiya sülhməramlılarının Cənubi Qafqazdan çıxarılmasına nail olmaq cəhdləri regionda sabitliyi pozmağa yönəlib”.

Onun sözlərinə görə, əsassız ittihamlar yayılır ki, guya Moskva Ermənistan qarşısında onun təhlükəsizlik öhdəliklərini yerinə yetirmir. “Bununla əlaqədar xatırlatmaq istərdik ki, məhz bizim ölkə 2020-ci ilin noyabrında müharibəni dayandırıb, regiona sülh və sabitlik gətirən sülhməramlılar göndərib və bu günədək Bakı və İrəvan arasında silahlı insidentlərin həllinə mühüm töhfələr verib. Xarici qüvvələrin Rusiya sülhməramlı kontingentinin çıxarılmasına nail olmaq cəhdləri məhz Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib. Biz bütün səviyyələrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli, ictimai dialoqun yaradılması naminə işləməyə davam edirik”, - Zaxarova hesab edir.

Amma nəticə nədənsə 2 ildir yoxdur!

Rusiya XİN-in rəsmi nümayəndəsi isə sözünə davam edir: “Biz Qərbin Ukraynada işlənmiş qarşıdurma sxemlərini açıq şəkildə ötürməyə çalışdığı Güney Qafqazda güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilmərik. Qərbin qeyri-ənənəvi və həyasız yanaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da izləmək olar. Nə regional xüsusiyyətlər, nə də problemin həssaslığı nəzərə alınır. Vaşinqton və Brüsselin əsl məqsədi heç də kompromisli və balanslaşdırılmış həll yollarının hazırlanması yox, özünü reklam etmək və Rusiyanı bölgədən sıxışdırmaqdır. Bizim üçtərəfli hazırlıqlarımız mənimsənilir və təhrif olunur. Qərb emissarları Avropa İttifaqı, ATƏT, Fransa adı altında Ermənistana səfər edirlər. Tələsik uydurulmuş təşəbbüslər irəli sürülür ki, bu da regionun bütün əhalisinin maraqlarını nəzərə almır. Bu, təhlükəlidir və Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli razılaşmalar əsasında çətin şəraitdə əldə edilmiş tarazlığın pozulmasına gətirə bilər”.

*****

Rusiya rəsmisi “regional xüsusiyyətlər, problemin həssaslığı”, “regionun bütün əhalisinin maraqları” deyəndə, heç şübhəsiz, mifik “Dağlıq Qarabağ xalqını” da nəzərdə tutur. Bəlkə yalnız elə onu nəzərdə tutur. Rusiyada iqtidarlar dəyişsə də, Moskvanın separatçı qurumdan 34 ildir bərk-bərk yapışması, 2 ildir onun “nazını” xüsusi çəkməsi belə bir qənaəti möhkəmləndirir.

Əsas sual da budur ki, görəsən, ötən on illərdə Rusiyaya kim mane olurdu konflikti həmişəlik nizamlamağa?

Sual ritorikdir. Fakt budur ki, Rusiya postsovet ərazisindəki münaqişələrin heç birinin həllinə yardımçı olmayıb. Əksinə, onları daha da körükləyib, yenilərini yaradıb ki, “bulanıq suda balıq tutsun”, öz imperiya ambisiyalarını yaşatsın.

Odur ki, baxaq görək, Putinin təşəbbüsü ilə reallaşacaq budəfəki üçlü görüşdə Kreml Bakıya Brüsseldən daha cəlbedici nə təklif edəcək? Yoxsa Qərbin aktivliyini nədənsə özünə təhdid sayıb (?) yenə vaxtı uzatmağa çalışacaq? Əgər bu, gerçəkdən də ona təhdiddirsə, onda niyə Rusiya Qərbi qabaqlayıb daha realist bir həll planı ortaya qoymur? Azərbaycan daha nə qədər gözləməlidir? 

*****

“Tezliklə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh sazişinin imzalanmasının 2 ili tamam olacaq. Bu 2 il ərzində heç bir əhəmiyyətli iş görülməyib, baxmayaraq ki, görüşlər, danışıqlar, elanlar olub, komissiyalar formal olaraq hazırlanıb, amma onlar da sanki dalana dirənib”.

Stanislav Tarasov

Bu fikri erməni mətbuatına müsahibəsində rusiyalı politoloq Stanislav Tarasov bildirib.

Onun sözlərinə görə, istənilən halda, Rusiyada gözlənilən görüş həddən artıq qeyri-adidir: “Çünki Moskva onun nailiyyətlərinin Brüssel tərəfindən özəlləşdirilməsinə başlandığı, Brüssel adlandırılan platformanın meydana çıxdığı bir vəziyyətlə üzləşib. Brüssel formatı erməni təşəbbüsüdür! İrəvanın regionda Rusiyanın nüfuzunu zəiflətmək niyyətini artıq Kreml yaxşı bilir. Rusiyada baş tutacaq görüş Paşinyan üçün "haqq-hesab" zamanı olacaq".

Onun sözlərinə görə, Moskvada hər şey tam olaraq Bakının istədiyi kimi olacaq. “Putinin vasitəçiliyi ilə bir çox görüşlər keçirilib və bu görüşlər mühüm razılaşmaların əldə olunmasına gətirib çıxarıb. Onu da qeyd edim ki, amerikalı analitiklərin analizlərinə əsasən, Bakı və İrəvanın razılığa gəldikləri hansısa qapalı plan mövcuddur, təfərrüat açıqlanmır, lakin bildirilir ki, Əliyev bu danışıqlarda müəyyən dərəcədə qabaqcıl mövqedədir. Məndə belə təəssürat yaranır ki, Bakı Paşinyana elə tələ hazırlayıb ki, oradan heç kəs çıxa bilməz...”, - deyə o qeyd edib.

Əlavə edək ki, S.Tarasov həmişə ermənipərəst ekspert kimi tanınıb...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam