Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İran Rusiyaya ballisitik raketlər verir -"Teokratik rejim cəzasız qalmamalıdır"

Yenixeber.org:  İranın xarici işlər naziri bu məumatları təkzib edərək Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya heç bir silah vermədiklərini və verməyəcəklərini iddia etməkdən çəkməsə də, Rusiyanın İran PUA-larından fəal istifadə etdiyi artıq təsdiqini tapıb.

Politoloq Xəqani Cəfərli bildirir ki, Rusiya özünün malik olduğu raketlərin böyük bir hissəsini artıq Ukraynada istifadə edib. 

"Çoxsaylı məlumatlara görə, Rusiyanın əlində müharibədən öncə malik olduğu raketlərin cəmi 25 faizi qalıb. Moskvada qorxurlar ki, silah-sürsatın tükənməsi imperiyanın cənub və şərq sərhədləri üçün təhlükə yaradacaq. Buna görə də İrandan raketlər də almaqla malik olduqları silah-sursatı qorumağa çalışır", - ekspert əlavə edib.

Politoloq qeyd edir ki, Rusiya imperiyasının varlığını İranın mövcudluğunu qorumasının əsas şərti olduğunu Tehranda anlayırlar. Onun sözlərinə görə, Rusiya imperiyasının dağılacağı halda parçalanmaq növbəsinin İrana çatacağı şübəsizdir.

"Buna görə də İran Rusiyanı tam dəstəkləməyə başlayıb. İranın teokratik rejimi beynəlxalq ictimaiyyətin cəzasından qorxduğu üçün Rusiyaya etdiyi yardımları inkar etməyə çalışır", X.Cəfərli vurğulayıb.

Təhlilçi bildirir ki, İran Rusiyanı Ukraynaya qarşı silahlandırmaqla terrorçuluğu himayə etdiyini bir daha sübut etdi: "Ölkə daxilində azadlıq uğrunda mübarizyə qalxan insanlara divan tutan İran rejiminin Rusiyaya dəstəyi cavabsız qalmamalıdır. Beynəlxalq ictimaiyyət öz vətəndaşlarına divan tutan və Rusiyanın terrorçu müharibəsinə dəstək verən İran rejimini sərt şəkildə cəzalandırmalıdır".

Politoloq xatırladır ki, İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla İranın Rusiyaya PUA və ballistik raketlər verməsinə cavab olaraq Ukraynaya hərbi yardım göstərməyi təklif edib: "Nazir Naxman Şaylanın bu mövqeyi alqışa layiqdir, amma yetərli deyil. Beynəlxalq ictimaiyyət Ukraynanı Rusiya-İran cütlüyü qarşısında daha fəal dəstəkləməklə yanaşı, İran rejimini cəzalandırmağın yollarını tapmalıdır. Bu istiqamətdə atılacaq addımlardan biri İranın şimalın ucuşa yasaq bölgə elan edilməsi olmalıdır. Çünki, İran bu bölgədə azadlıq, ədalət və milli hökumət tələbləri ilə ayağa qalxan Azərbaycan türklərinə qarşı qətliamlar törədir".

X.Cəfərli təklif edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranın şimalının ucuşa yasaq bölgə elan edilməsi tələbini BMT Baş Assambleyasında çıxarmalıdır.

"İranın teokratik rejiminin Azərbaycan türklərinə və İranda yaşayan digər xalqlara qarşı qətliamlar törətməsinə səssiz qalmaq bəşəriyyət və tarix qarşısında cinayətdir", -eskpert vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam