Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rusiya ermənilər üçün “status” istəyir -Bakıdan “15-ci bəndə” etirazlar

 

Moskva Azərbaycan üçün qəbuledilməz olan belə bir sərsəm ideyanı niyə reallaşdırmaq istəyir?

Yenixeber.org: “Hazırda Avropa İttifaqı və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ayrı-ayrılıqda öz konsepsiyalarını irəli sürür”. Bu barədə “Kommersant” qəzetindəki məqalədə deyilir. Qəzet öz “məlumatlı diplomatik mənbələrinə” istinadla iddia edib ki, danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinə iki yanaşma mövcuddur.

“Rusiyanın müqaviləsi layihəsi Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemlərin həllini nəzərdə tutur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə uzaq perspektivə saxlanılır. Tanınmamış respublikanın gələcək statusunun müəyyən edilməsi xüsusi nümayəndə İqor Xovayevin münaqişə tərəflərinə təqdim etdiyi sazişin rus variantının 15-ci bəndində əksini tapıb. Ermənistan hakimiyyəti rus versiyasına razılıq verib. Azərbaycan isə bunu rədd edib, çünki Bakı Qarabağ problemini həll olunmuş hesab edir və Azərbaycanda status məsələsinə qayıtmaq istəmirlər”, - deyə nəşr vurğulayıb. “Kommersant” daha sonra yazıb ki, Rusiya bundan sonra müqavilə layihəsini yeniləyib: “İndi Qarabağın statusu məsələsinin sülh sənədinin özündə deyil, ona əlavə protokollarda qaldırılması təklif olunur. İrəvanın və Bakının buna necə reaksiya verdiyi hələlik məlum deyil. Avropa həll formulu isə mənbələrə görə, daha əhatəlidir və heç bir şəkildə Qarabağın statusunu nəzərdə tutmur. Brüssel Stepanakertlə (Xankəndi - red.) Bakı arasında birbaşa dialoqun qurulmasına tərəfdardır və beynəlxalq oyunçuları bu dialoqa cəlb etmək üçün bəzi mexanizmlər təklif edir. Lakin Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi və Rusiya ilə sərt qarşıdurma şəraitində bunun reallıqda necə baş verəcəyi bəlli deyil”.

Stanislav Pritçin: Rusiya ilə Azərbaycan Aİ ölkələrinə qaz tədarükçüsü kimi  birgə işləyə bilər

Stanislav Pritçin

Rusiya Elmlər Akademiyası yanında Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, politoloq Stanislav Pritçin qəzetə bildirib ki, əgər həqiqətən də Avropa İttifaqının himayəsi altında sülh müqaviləsi bağlanarsa, bu, yalnız qələbənin görüntüsü olacaq: “Ritorik olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasında qəliz heç nə yoxdur. Bunu bir il əvvəl də edə bilərdilər. Ən maraqlısı ondan sonra başlayacaq. Ona görə ki, sərhədlərin müəyyənləşdirilməsi Qarabağın statusundan heç də az mübahisəli məsələ deyil. Delimitasiya isə Rusiyasız mümkün olmayacaq. Çünki regionun sovet xəritələri məhz onun Baş Qərargahında saxlanılır”.

Ekspertin fikrincə, əgər “Azərbaycanın hərəkətlərində hansısa məntiq varsa, Ermənistan, sadəcə, özünə ziyan vurmaqla məşğuldur - bir danışıq masasından digərinə (Rusiyadan Avropa İttifaqına və geri) hoppanmaqla. "Hadisələr eyni diplomatik trekdə inkişaf etsəydi, İrəvan üçün şərtlər daha məqbul ola bilərdi", - deyə Pritçin ehtimal edib.

Rəsmi Bakı birmənalı şəkildə bu tələbi rədd edir və bəyan edir ki, problem Azərbaycan və Ermənistan arasında paket şəkildə həll olunmalıdır. Qarabağdakı erməni əhalisinə hər hansı muxtariyyətin verilməsindən söhbət gedə bilməz. Bəs Rusiya niyə Bakı üçün qəbuledilməz olan belə bir sərsəm ideyanı reallaşdırmaq istəyir?

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu qısqanclıqda təəccüblü heç nə görmür: “Rusiyanın Avropa İttifaqının vasitəçiliyinə qısqanclıqla yanaşması təbiidir. Çünki bu, Rusiyanın inhisarının ortadan qalxmasıdır. Qarabağdakı ermənilər Rusiyanın nəzarətindədir. Düşünürəm ki, Paşinyan bu nəzarətdən qopmaq istəyir. Amma Ermənistandakı rusçu blok da dövlət aparatında güclüdür. Rusiya Qarabağda bir təsir kartına malikdir. O da muxtariyyət tələbidir. Erməniləri Rusiya ilə birləşdirən budur. Ona görə də Azərbaycan Türkiyə ilə koordinasiyalı fəaliyyəti davam etdirməlidir. Amma Rusiyanın fors-major addımlarından da qorunmalıdır. Buna görə də zahirdə praqmatik gülərüzlüyə davam etməlidir. Baxın, məsələ Rusiya ilə Türkiyə yaxınlaşdığı nöqtələr üzrə həll olunur. Bu modeli unutmamaq lazımdır. Şarl Mişelə isə əsas qaz lazımdır, Makrona da. Ona görə də, zənnimcə, problemin həlli Azərbaycan-Türkiyə-Rusiya üçbucağında düz işləməyə bağlıdır. Hər nə qədər Rusiya zəifləsə də, sərhəd təması ölkəsidir. Türkiyə isə qardaşdır bizə, candır. Avropa, sadəcə, qaz həsrətindədir”.

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva isə, Rusiyanın azalan roluna toxundu: “Bu gün sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsində, tərəflər arasında etimad quruculuğu məsələsində Avropa İttifaqı praktiki irəliləyişə səbəb olan addımlar atır. Sülhün Brüssel tərəfindən təşviq olunmasında bir məqsəd regionla bağlı iqtisadi maraqların olması, enerji təhlükəsizliyinə hava-su qədər ehtiyac olmasıdırsa, ikinci başlıca səbəb Rusiyanın regiondan uzaqlaşdırılmasıdır. Hazırda Cənubi Qafqazda Kreml sülhməramlı missiyası adı altında mövcuddur. Paşinyan cidd-cəhdlə Moskvanın təzyiqlərindən qurtulmaq üçün Qərbin alternativ missiya qrupunun müvafiq bölgədə yer almasına can atır. Artıq buna nail ola bilib. Putin isə Paşinyanın separatçı rejimdən yaxa qurtarmağa çalışdığını, problemin həll edilməsinin həm siyasi, həm iqtisadi mənada ona dividientlər qazandıracağını nəzərə alaraq, status məsələsini yenidən gündəmə gətirir. Statusun dirildilməsi Moskvaya həm münaqişənin həllini tapmaması, həm də Paşinyanın hakimiyyəti itirməsinə hesablanıb. Ancaq indiki halda Rusiyanın Ukrayna ilə savaşda düşdüyü ağır situasiya Qarabağla bağlı yalnız sözlü gövdə göstərişlərinə imkan verir”. Maraqlıdır, Rusiya tərəfi hansı əlavə sənəddən və onun 15-ci bəndindən danışır?

Radikal müxalifət anti-milli mövqe sərgiləyir"

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, sonuncu erməni təxribatı və ona verilən cavabdan sonra sülh sazişi ilə bağlı proses xeyli sürətlənib: “Rusiya əvvəlcədən saziş layihəsi hazırlamışdı. Bəli, həmin sənəd Azərbaycana və Ermənistana göndərilib. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə  köməkçisi hər iki ölkə rəsmilərini ABŞ-a dəvət etdi və onlara sülh sazişi üzrə işləmək təklif olundu. Hətta qaralama olan bir variantı da hazırlamaq ideyasını irəli sürdü. Avropa İttifaqı da iki ay ərzində sülh sazişinin imzalanmasına nail olmaq istəyir. Ortada üç variant var. Azərbaycan layihələrin  şaxələndirməsinə üstünlük verir. Şübhə yoxdur ki, son söz Azərbaycana məxsus olacaq. Hansı ölkənin hazırladığı saziş bizə sərf etsə, həmin variantı qəbul edəcəyik. Çox güman ki, ilin  sonuna bu saziş imzalanacaq. Avropa İttifaqının təqdim etdiyi konsepsiyada Qarabağ  təklifi yoxdur. Ermənistana əvvəlcədən başa salınıb ki, bunun layihəyə salınması prosesi illərlə uzada bilər. Paşinyan bunu qəbul etdi. Təbiidir ki, bu variant bizi qane edir. Belə fikirlər səslənir ki, Rusiyanın təklif etdiyi layihədə Qarabağla bağlı fikirlər var. Azərbaycan bunu qətiyyən qəbul etmədiyindən, layihədə müəyyən dəyişikliklər etdilər. Rusiyanın başı nə qədər Ukrayna müharibəsinə qarışsa da, sülh sazişinin imzalanmasında təşəbbüsü heç kimə vermək istəmir. Bunun da yolu Azərbaycanı qane edən layihənin ortaya qoyulmasından keçir. Üç mərkəz arasında ciddi rəqabət var. Rusiya Aİ-nin təklif etdiyi müddəaları öz saziş layihəsinə salsa, ola bilər ki, üstünlük yenə də Rusiyaya verilsin. Çünki Qarabağ ermənilərinə Rusiyanın təsir gücü daha çoxdur. Rusiyanın geri çəkiləcəyini düşünmürəm. Hazırlayacağı yeni layihə daha mükəmməl olacaq. Bizi qane edən layihəni  məhz Rusiya ortaya qoyacaq”.

“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam