Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin xüsusi adamının Bakı və İrəvan səfərlərinin sirri açıldı

 

İqor Xovayevin tərəflərə təqdim etdiyi sazişin “rus variantı”nın 15-ci bəndində nə yazılıb?; Rusiya nəşri: “Moskvanın öz sülh müqaviləsi variantı var, İrəvan razıdır, Bakı isə...”

Yenixeber.org: Ötən həftə Praqada reallaşan və Brüssel prosesinin davamı sayılan sülh danışıqları Güney Qafqaz uğrunda Qərb-Rusiya rəqabətini bir daha üzə çıxardı. Rusiya XİN-in Mariya Zaxarova timsalında bu danışıqlara dərhal qısqanc reaksiya sərgiləməsi o demək idi ki, Moskva Brüssel formatından məmnun deyil. Daha dəqiqi, baş verənləri Qərbin (ABŞ və Avropa Birliyinin) regionda təşəbbüsü Rusiyadan almağa hesablanmış planın tərkib hissəsi hesab edir.

Ancaq məsələ ondadır ki, Kremlin özü də Ukrayna müharibəsini səbəb göstərərək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin dəqiqləşdirilməsinə həvəs göstərmir. Halbuki bunun üçün əlində Ermənistana təzyiq üçün rıçaqlar yenə kifayət qədərdir. Həmişə də belə olub. Xüsusən də Ukrayna müharibəsi və 44 günlük savaşdan qabaq.

Mariya Zaxarova - AZƏRBAYCAN24

Amma Kreml onları o vaxt da işə salmayıb, indi də salmır. Bununla da geniş yayılmış belə bir qənaəti gücləndirmiş olur ki, Moskva, ümumiyyətlə, Bakı və İrəvan arasında uzunmüddətli barışığın əldə olunmasında, normal münasibətlər qurulmasında yox, konfrontasiyanın qalmasında maraqlıdır, çünki əks halda, bölgədə Rusiyalıq bir iş qalmaz.

*****

Yeri gəlmişkən, Rusiya burdan-bura V.Putinin imzası duran 10 noyabr kapitulyasiya sənədinin ən mühüm bəndlərinin (xüsusən də 4-cü və 9-cü bəndlərini) icrasını 2 ildir gecikdirir: erməni qanunsuz silahlıları hələ də Qarabağdadır, Zəngəzur dəhlizi bu günədək açılmayıb. O halda Moskva rəsmilərinin səmimiyyətinə necə inanaq? 

Qısası, Ukrayna hadisələri yalnız bəhanədir. O zaman niyə də Qərb təşəbbüsü əlinə almasın? Xüsusən də həmin təşəbbüs qalib Azərbaycan dövlətinin mənafeyinə uyğundursa, Avropa Birliyi Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsinin imzalanması yönündə səmimi şəkildə çalışırsa, status söhbətini, Minsk Qrupu tələbini qabağımıza atmırsa.

Rusiya necə, o da həmin prinsiplər çərçivəsində moderatorluq eləməyə, ümumi işə töhfə verməyə hazır və istəklidirmi? Hazırdırsa, o halda Qərbin “təşəbbüsü ələ almasından” nədən əndişəlidir? Qərb, Brüssel təşəbbüsü ələ alıb da Rusiyadan fərqli nə edəsidir ki?

Sonuncu sualın cavabını müəyyən mənada aşağıdakı materialdan tapmaq mümkündür.   

*****

 

Avropa İttifaqının yaranma tarixi

“Hazırda Avropa İttifaqı və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ayrı-ayrılıqda öz konsepsiyalarını irəli sürür”.

Bu barədə “Kommersant” qəzetindəki məqalədə deyilir. Qəzet öz “məlumatlı diplomatik mənbələrinə” istinadla iddia edib ki, danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinə iki yanaşma mövcuddur.

“Rusiyanın müqaviləsi layihəsi Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemlərin həllini nəzərdə tutur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə uzaq perspektivə saxlanılır. Tanınmamış respublikanın gələcək statusunun müəyyən edilməsi xüsusi nümayəndə İqor Xovayevin münaqişə tərəflərinə təqdim etdiyi sazişin rus variantının 15-ci bəndində əksini tapıb. Ermənistan hakimiyyəti rus versiyasına razılıq verib. Azərbaycan isə bunu rədd edib, çünki Bakı Qarabağ problemini həll olunmuş hesab edir və Azərbaycanda statusu məsələsinə qayıtmaq istəmirlər”, - deyə nəşr vurğulayıb.

“Kommersant” daha sonra yazıb ki, Rusiya bundan sonra müqavilə layihəsini yeniləyib: “İndi Qarabağın statusu məsələsinin sülh sənədinin özündə deyil, ona əlavə protokollarda qaldırılması təklif olunur. İrəvanın və Bakının buna necə reaksiya verdiyi hələlik məlum deyil. Avropa həll formulu isə mənbələrə görə, daha əhatəlidir və heç bir şəkildə Qarabağın statusunu nəzərdə tutmur. Brüssel Stepanakertlə (Xankəndi-red.) Bakı arasında birbaşa dialoqun qurulmasına tərəfdardır və beynəlxalq oyunçuları bu dialoqa cəlb etmək üçün bəzi mexanizmlər təklif edir. Lakin Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi və Rusiya ilə sərt qarşıdurma şəraitində bunun reallıqda necə baş verəcəyi bəlli deyil”.

Stanislav Pritçin: “Rusiyanın məqsədi Ermənistanı ərazi təhdidlərindən  qorumaqdır” | KONKRET

Stanislav Pritçin

Rusiya Elmlər Akademiyası yanında Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, politoloq Stanislav Pritçin qəzetə bildirib ki, əgər həqiqətən də Avropa İttifaqının himayəsi altında sülh müqaviləsi bağlanarsa, bu, yalnız qələbənin görüntüsü olacaq: “Ritorik olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasında qəliz heç nə yoxdur. Bunu bir il əvvəl də edə bilərdilər. Ən maraqlısı ondan sonra başlayacaq. Ona görə ki, sərhədlərin müəyyənləşdirilməsi Qarabağın statusundan heç də az mübahisəli məsələ deyil. Delimitasiya isə Rusiyasız mümkün olmayacaq. Çünki regionun sovet xəritələri məhz onun Baş Qərargahında saxlanılır”.

Ekspertin fikrincə, əgər “Azərbaycanın hərəkətlərində hansısa məntiq varsa, Ermənistan, sadəcə, özünə ziyan vurmaqla məşğuldur - bir danışıq masasından digərinə (Rusiyadan Avropa İttifaqına və geri) hoppanmaqla. "Hadisələr eyni diplomatik trekdə inkişaf etsəydi, İrəvan üçün şərtlər daha məqbul ola bilərdi", - deyə Pritçin ehtimal edib.

*****

Ancaq nə olur-olsun, Paşinyan neçə “stul”da oturur-otursun, bir şeyi əminliklə söyləmək olar: Bakı heç bir halda Azərbaycan dövlətinin altına növbəti dəfə “gec partlayan mina”nın qoyulmasına, yəni bir ovuc erməniyə təzədən siyasi status verilməsinə razı olmayacaq - hansını ki, Moskva uzaq perspektiv üçün də olsa, mümkün sayır. Bu, əlimizlə oturduğumuz budağı kəsmək, öz ayağımıza “güllə atmaq”, ən əsası minlərlə şəhidimizin ruhuna sayğısızlıq və gələcək nəsillərə potensial “Qarabağ münaqişəsi” saxlamaq demək olardı...     

 “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam