Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“QİYAMƏT GÜNÜ” GENERALI... -Surovikinin təyinatı döyüş meydanında nəyi dəyişəcək?

 
O, hələ 1991-ci ildə kapitan rütbəsində “QKÇP”-nin əmrilə Moskvada etiraz aksiyalarını dağıdarkən qəddarlığını göstərib. Məhz onun rəhbərlik etdiyi hərbçilər qrupunun “səyləri” nəticəsində üç aksiya iştirakçısı qətlə yetirilib. Söhbət oktyabrın 8-də rəsmən Ukraynadakı Rusiya ordusunun komandanı təyin olunan general Sergey Surovikindən gedir.

Yenixeber.org: Bununla da müharibə başlayandan bəri ilk dəfə Rusiya Ukraynadakı komandanının adını rəsmən elan etmiş olub. Bundan əvvəl həmin funksiyanı general Aleksandr Dvornikov yerinə yetirsə də, bununla bağlı rəsmi qərar elan olunmamışdı.

Bu təyinatdan əvvəl Ukraynadakı işğalçı ordunun cənub qruplaşmasına rəhbərlik edən Surovikin isə demək olar, Putinin ad günündə, Krım körpüsünün partladılmasından dərhal sonra, Kiyevin və digər iri şəhərlərin bombalanması ərəfəsində Ukraynadakı komandan elan edildi.

Surovikini yaxından tanıyanlar onu xirtdəyəcən korrupsiyalaşmış, bütün mənəvi-əxlaqi keyfiyyətlərdən məhrum, istənilən cinayətkar əmri yerinə yetirməyə, gözünü qırpmadan istər düşmən, istərsə də rus əsgərini qırğına verməyə hazır biri kimi xarakterizə edirlər. Əslində, Quru Qoşunları üzrə ixtisaslaşmış, hətta bir zamanlar barəsində silah alverinə görə cinayət işi açılmış Surovikinin, hərbi avasiya təhsili, təcrübəsi və bacarıqları olmadığı halda hələ 2017-ci ildə Rusiya Hava Kosmik Qüvvələrinə komandan təyin edilməsi də peşəkar hərbçilər tətəfindən nonsens kimi qəbul olunmuşdu.



O, ikinci Çeçenistan müharibəsində, Tacikistanda və Suriyada hərbi əməliyyatlarda iştirak edib. Xüsusilə də Suriyada öz qəddarlığı, amansızlığı, eyni zamanda da kütlüyü ilə seçilib. Hava Hücumundan Müdafiə Sistemləri olmayan İdlib şəhərinin, oradakı xəstəxanaların, uşaq evlərinin, məktəblərin, bağçaların, alış-veriş mərkəzlərinin və s. bombalanması və dinc sakinlərin qətlə yetirilməsinə şəxsən rəhbərlik etməsi də onun “qəhrəmanlıqları” sırasındadır.

Hətta məşhur Human Rights Watch” ümumilikdə bir ildən artıq müddətdə Suriyadakı rus hərbi qruplaşmasına rəhbərlik etmiş Surovikini rəsmən hərbi cinayətlərdə itiham edib.

Onun yeni vəzifəyə təyin edilən kimi eyni üsulları Ukrayna şəhərlərinə qarşı tətbiq etməsi də təsadüfi deyil. Oktyabrın 10-da Kiyevin və digər dinc şəhərlərin kütləvi raket zərbələrinə məruz qoyulması zamanı bircə dənə də hərbi obyekt hədəfə alınmayıb - yalnız mülki obyektlər, infrastruktur obyektləri, hətta uşaq meydançası. Nəticədə yenə onlarla dinc ukraynalı qətlə yetirilib və yaralanıb, insanlar işıqsız, susuz, istiliksiz qalıb.



Ukraynada və Rusiyada bir çoxları məhz sözügedən generalın və məhz oktyabrın 8-də işğalçı orduya komandan təyin edilməsinin simvolik xarakter daşıdığını bildirir, bəziləri isə hətta onu “armaqedon generalı”, yəni belə demək mümkünsə, “qiyaməıt günü” generalı adlandırırlar. Bu da təsadüfi deyil.

“Ukraynadakı Rusiya ordusuna başçı təyin olunan general Sergey Surovikin məhdud resurslarla işləməli olacaq. Onun üçün qarşısına qoyulan siyasi hədəflərə nail olmaq çox çətin olacaq”.

Bunu Surovikinin təyinatından sonra Böyük Britaniya Müdafiə Nazirliyi öz “tviter” səhifəsində paylaşıb.

Doğrudan da hazırkı mərhələdə Rusiya döyüş meydanında, cəbhədə Ukrayna Ordusu ilə bacarmır. Tam mənada onun qabağından qaçır. Günü gündən də Ukrayna tərəfinin hazırlıqlı canlı qüvvə, silah-sursat, hərbi texnika təchizatı və döyüş əzmi artmaqdadır.

Rusiya tərəfində isə bunun tam əksini göstərən proses baş verir – başıpozuqluq, motivasiyanın olmaması, təchizat zəncirinin tez-tez qırılması, sialh-sursat, hərbi texnika, yanacaq, ərzaq və s. təminatının getdikcə çətinləşməsi və tükənməsi. Səfərbərliyə cəlb edilən canlı qüvvə isə ilk imkandaca qarşı tərəfə təslim olmağa, yaxud geri qaçmağa meylli, hazırlıqsız və keyfiyyətsiz başıpozuq kütlədən başqa bir şey deyil. Yəni ki, Surovikinə öz sələflərindən heç də qibtə ediləcək miras qalmayıb. Belədə isə Rusiyanın əlində yeganə ciddi arqument və güc Ukraynanın dinc şəhərlərinə qarşı raket terroru və nüvə silahıdır.

Beləliklə də Surovikinin təyinatı döyüş meydanında, cəbhədə heç nəyi dəyişməyəcək. Olsa olsa yalnız oktyabrın 10-da olduğu kimi, dinc şəhərlərə qarşı terror hücumları artacaq. Belə cinayətləri Surovikin bacarır. Məhz buna görə hazırkı mərhələdə Putinin bütün əmrlərini icra etməyə hazır olan, prinsipsiz, mənəviyyatsız, yazılmış və yazılmamış müharibə qanunlarına, ənənələrinə məhəl qoymayan bu generala “qiyamət günü” generalı deyirlər...



Əlbəttə ki, Putin rejimi kimi hakimiyyətlərdə ayrı-ayrı kadrlar, generallar, nazirlər, qubernatorlar və s. heç bir ciddi rol oynamırlar və onların təyinatı, yaxud qovulmaları böyük ölçüdə heç nəyi dəyişmir. Onların “ən yaxşıları” birinci şəxsin əmrlərini daha “ürəklə” və sorğu-sualsız, qeyd-şərtsiz yerinə yetirənlərdir.

Surovikinlər, dvornikovlar, şoyqular və s. də sadəcə, Putinin əmrlərini yerinə yetirirlər. Onların qəddarlığı, yaxud humanistliyi Putinin qoyduğu çərçivələrlə məhdudlaşır. Burada özfəaliyyətə yer verilə bilməz. Belələri hər cür maddi imkanlar, var-dövlət və cəzasızlıq imtiyazları ilə təmin olunurlar. Lakin bu adamların karyerası və hətta fiziki varlığı Putin hakimiyyətinin ömrünün uzunluğundan asılıdır.



Sırf Surovikin və onun kimi generallara gəlincə, bir çox peşəkar hərbi ekspertlər və analitiklər hesab edirlər ki, Rusiyanın hərbi elitası nə zamansa bu adamlardan öz qisasını alacaq və bu zaman elə də uzaqda deyil. Çünki şərəfi zatən yerlərdə sürünən rus ordusunun göz görə-görə məhvinə qarşı olan, lakin hələ ki, səsini çıxara bilməyən gerçək peşəkar zabit və generallar ilk imkandaca Rusiyanı bu cür acınacaqlı duruma düşürən hərbi-siyasi rəhbərliyə, kadırovlara, priqojinlərə, eləcə də rus ordusunu gözdən salan, biabır edən şoyqulara, dvornikovlara, surovikinlərə və digərlərinə layiqli cavablarını verəcəklər. Bunu Putin və onun ətrafı da gözəl anlayır. Son günlər Rosqvardiyanın elit bölmələrinin Moskvaya yeridilməsi və hərbçilər arasında həbslərin aparılması da bunun ilkin göstəriciləridir. Deməli, hərbçilər arasında narazılıqlar və üsyan meylləri xeyli artıb.

Bütün bu proseslər, Putinin özünün mənəvi-psixoloji durumu, eləcə də Rusiya dövlətinin, ordusunun, iqtisadiyyatının, cəmiyyətinin düşdüyü vəziyyət onu deməyə əsas verir ki, “qiyamət günü” generalı və onun kimilərin gələcək taleyi kifayət qədər qaranlıqdır...

(Azpolitika)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam