Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Müharibəni alovlandıran səbəb:“Rusiya 2120-ci ildən danışır, amma bir məqamı unudur”

 

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Rusiyanın 2120-ci ildə də qaz tədarük edə biləcəyini açıqlayıb. O qeyd edib ki, yüz il boyunca ruslar ucuz, etibarlı enerji resursuna çıxış əldə edəcəklər. Çünki uzun illər işlənəcək və ölkəni qazla təmin edə biləcək bir sıra yataqlar haqqında məlumatlar var.

Yenixeber.org: Maraqlıdır, Rusiyanın daxili resurslarla zəngin olması Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi ekspert İlqar Vəlizadə açıqlamasında neft-qaz satışından əldə edilən gəlirin etibarlı olmadığını deyib:

“Rusiya enerjiylə zəngin olan bir ölkədir. Uzun illər neft və qaz ixracatçısı kimi dünya bazarında çıxış edə bilər. Ancaq neft və qaz satışından əldə edilən pullar etibarlı sayıla bilməz. Çünki konyunktura dəyişilir və ara-sıra neft və qaz qiymətlərinin enməsi həmin məhsulların ixracatçılarını çətin vəziyyətə salır. Məsələn, pandemiyadan əvvəl olan enerji böhranı istehsalçılara mənfi təsir göstərdi. Bu cür böhran qaçılmazdır. Çünki dünya bazarında alternativ enerji istehsalı, tədarükü çoxalır.

Rusiyanın neft-qazından asılılıq gələcəkdə azala bilər. Amma iş orasındadır ki, müharibə bu gün var və sabah da davam edəcək. Bu ərəfədə, əlbəttə ki, Rusiyanın neft-qazdan əldə etdiyi vəsait müharibənin davam etdirilməsinə imkanlar yaradır. Ancaq məsələ ondadır ki, Rusiyanın Ukraynadakı hədəfləri uzunmüddətli hədəflər deyil. Rusiya tezliklə onlara çatmaq üçün imkanlarından maksimum istifadə edəcək. Ona görə də düşünürəm ki, yaxın aylarda vəziyyət mürəkkəb olaraq qalacaq”.

Müsahibimiz uzaq gələcəkdə neft və qazın dünya iqtisadiyyatındakı payından danışmağın çətinliyini də vurğulayıb:

“Rusiya 2120-ci ildən söz açır, amma əsrin ortalarına qədər neft-qazın dünya enerji tədarükündə payı ciddi şəkildə azala bilər. Bu tendensiyalar heç də Rusiyanın lehinə oynamır. Rusiya da bunu bilir, sadəcə bəzi məqamları aşkara çıxarmamağı seçir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam