Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“QAZPROM” POLŞAYA QARŞI: -"Şimal Axını -2" cərimədən necə təmizlənəcək?

Rüstəm Fəllahov

“Gazeta.ru”, 31.08.2020,

 

Rusiyanın “Qazprom” şirkəti Polşanın Antiinhisar tənzimləyicisinin (UOKiK) (Polşa Dövlət Antiinhisar Tənzilmləmə İdarəsi – Strateq.az) əməllərindən apellyasiya şikayəti verib. 

Yenixeber.org: Bu barədə Rusiyanın qaz inhisarçısının avqustun 31-də dərc olunmuş yarımillik hesabatında deyilir.

Daha əvvəl UOKiK “Qazprom”-un tərəfdaşları haqqında məlumatlara çıxışı məhdudlaşdırmışdı. Polşa rəsmiləri “Qazprom” və onun “Şimal Axını-2” layihəsi üzrə beş tərəfdaş şirkətinə (OMV, Wintershall, Shell, Uniper и Engie) qarşı araşdırma başlatmışdı. Araşdırmaya 2018-ci ilin may ayında start verilmişdi.

Dövlət tənzimləyicinin iddiasına görə, “Qazprom” UOKiK-in əvvəlcədən razılığı olmadan bu şirkətlərlə maliyyə müqaviləsi imzalayıb. Əməliyyatın hədəfi Avropanın qaz bazarında rəqabətin məhdudlaşdırılması idi.

“Bu araşdırma zamanı UOKiK-in sədri layihəyə aid sənədlərlə tanış olmaq üçün “Qazprom”-a müraciət edib, lakin şirkət icraatın aparılması üçün vacib olan məlumatları təqdim etməkdən imtina edib”, – deyə Polşa Antiinhisar idarəsi bildirib.

Polşa dövlət tənzimləyicisi, istintaqın nəticəsi olaraq, “Şimal Axını-2 “layihəsinin həyata keçirilməsi zamanı “Qazprom”un və xarici investorların konsentrasiyasına dair araşdırma zamanı toplanmış sübutlara tam hüquqlu çıxış əldə etmədiyi qərarına gəlib. Nəticədə, məlumat verməkdən imtina etdiyi üçün “Qazprom” cərimələnib — 213 milyon zlot (təxminən 57 milyon dollar).

UOKiK rəhbəri Tomaş Xrustnoyun sözlərinə görə, bu, tənzimləyiciyə ilkin məlumat verməkdən imtina etmək üçün mümkün olan maksimum cərimədir.

Buna cavab olaraq, Rusiyanın qaz şirkəti Polşanın Səlahiyyətli Məhkəməsinə apellyasiya şikayəti verib. “Qazprom”-un bu problemlə bağlı mövqeyi bundan ibarətdir ki, UOKiK antiinhisar araşdırması zamanı mövzuyla ilə bağlı olmayan məlumatları istəyib. Və öz məlumatında bu sorğunun səbəbini əsaslandırmayıb.

Ötən ilin noyabrında dövlət tənzimləyicisi Fransanın “Engie” şirkətini də 172 milyon zlot (40,3 milyon avro) cərimə etmişdi. “Qazprom”-da olduğu kimi, “Engie” şirkətinin cərimələnməsi də qaz layihəsinin reallaşdırılması ilə bağlı məlumatların verilməməsi ilə bağlı olub.

UOKiK faktiki olaraq “Şimal Axını-2”-nin tikintisi üçün birgə müəssisənin yaradılmasına maneə yaradıb. Nəticədə, qaz kəməri “Qazprom” şirkətinin yüz faizlik törəmə şirkəti — “Nord Stream 2 AG” layihənin tikintisini aparır, Avropalı tərəfdaşları isə bu layihəni yalnız kreditorlar kimi maliyyələşdirirlər.

Bundan əvvəl, “Qazprom”un “Şimal axını-2” layihəsindəki ortağı olan alman şirkəti “Uniper” boru kəmərinin ABŞ-ın sanksiyaları səbəbindən tamamlanmayacağını irəli sürmüşdü. Söhbət iyulun sonunda ABŞ Konqresi tərəfindən təsdiqlənmiş sanksiyalardan gedir.

ABŞ Konqresinin məhdudiyyətləri Baltik dənizinin dibi ilə boru kəmərinin tikintisində iştirak edən istənilən qazma gəmilərinin sahiblərinə qarşı yönəldilib. ABŞ-ın bu sanksiyaları “Türk Axını” nın ikinci qolu da daxil olmaqla, Rusiya qaz kəmərlərinə qarşı əlavə sanksiyalar tətbiq olunmasını nəzərdə tutur və bu qərar çıxmamışdan əvvəl Dövlət Departamentinin rəhbəri Mayk Pompeo öz “müttəfiqlərini” təhlükə ilə əlaqədar xəbərdar etmişdi. Pompeonun bu çıxışı Dövlət Departamentinin YouTube kanalında yayımlanmışdı.

Pompeo çıxışında Avropalı müttətiqlərinə bildirmiş ki, “ya bu lahiyədən indi çıxın və ya özünüzü riskə atacaqsınız”.

Dövlət Departamentinin sədri “Şimal Axını — 2″ nin kommersiya layihəsi olmadığına əmindir. Onun fikrincə, bu layihələr Avropaya təzyiq alətlərindən biridir və “Avropanın enerji daşıyıcılarının təchizatından asılılığının artırılmasına və bundan sui-istifadə”yə xidmət edir.

Dövlət Departamentinin açıqlamasına görə, şirkətlərə məhdudiyyərlər “Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinə qarşı mübarizə haqqında” qanunun 232-ci maddəsinə əsasən tətbiq oluna bilər (CAATSA). Bu maddə “Şimal Axını-2″ və “Türk Axını” qaz kəmərlərinin investorlarına və tərəfdaşlarına qarşı sanksiyaların tətbiqinə imkan verir.

Sanksiya qərarına Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sərt münasibət bildirərək layihənin çəkilişini dayandırmayacaqlarını deyib. O, avqustun 11-də AFR-in Xarici İşlər naziri Hayko Maas ilə danışıqların yekunlarına dair mətbuat konfransında “Şimal Axını-2″ layihəsinin tezliklə başa çatacağını bəyan edib.

“”Şimal Axını-2″ layihəsinin iştirakçıları, o cümlədən Rusiya, Almaniya və başqaları bu işi başa çatdırmağa kökləniblər. Fikrimcə, bunun ən yaxın vaxtlarda həyata keçiriləcəyinə güman etməyə əsas var”, — deyə rusiyalı nazir bildirib.

Nazir ABŞ-ın bu qaz layihəsinə qarşı sanksiyaları şərh edərkən deyib ki, AFR-in ABŞ-dan fərqli mövqeyi var və Moskva rəsmi Berlinin bu müstəsna kommersiya təşəbbüsündə dəstəyini yüksək qiymətləndirir. Lavrov onu da vurğulayıb ki, “Şimal Axını-2 ” təbii qaz təchizatı marşrutlarının diversifikasiyasına və Avropa ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək edəcək.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov “Qazprom” un Apelyasiya şanslarını yüksək qiymətləndirir. “Polşa tənzimləyicisi faktiki olaraq öz səlahiyyətlərini aşaraq, “Qazprom”-dan, daha əvvəl isə Fransanın “Engie” şirkətindən “Şimal Axını-2”-nin tikintisinə dair məlumatları tələb edib. Əvvəlcə beş Avropa şirkəti (OMV, Wintershall, Shell, Uniper və Engie) hər birinə 10%-lik səhm satışı vasitəsilə birgə müəssisə yaratmaq istəyirdi. Səhmlərin 50%-i isə “Qazprom“da qalacaqdı. Lakin Polşa qondarma bəhanə ilə qaz kəmərinin tikintisi üzrə birgə müəssisənin yaradılmasını əngəllədi”, – deyə Yuşkov “Газете.Ru”-ya bildirib.

Bununla belə, ekspert Polşa tənzimləyicisinin məlumat istəmək hüququna malik olduğunu da inkar etmir. “Məsələ ondadır ki, “Qazprom”, “Engie” və “Shell” Polşa ərazisində bizneslə məşğuldurlar və bununla da həmin ölkənin qanunvericilik tənzimlənməsinin əhatə dairəsinə düşürlər. Lakin sorğulamaq hüququna malik olan Polşa bu cür qadağaları qəbul edə bilməz”, – deyə ekspert hesab edir.

Yuşkov bildirib ki, “Qazprom”-un apellyasiya şikayətini hazırda “Engie”-nin Polşa antiinhisarçılarına qarşı məhkəmə prosesi ilə birləşdirmək lazımdır. “Bütün bunları bir iş kimi nəzərdən keçirsək, daha yaxşı olar. Onda “Qazprom”-un qələbə şansları kifayət qədər çoxdur”, — deyə ekspert bildirir.

Rusiya tərəfinin məlumatına görə, boru kəmərinin 90% – dən çoxu inşa edilib. “Şimal Axını-2” Baltik dənizinin dibi ilə ikinci kəmərin çəkilməsini nəzərdə tutur. Bu kəmərlə Rusiya qazının Almaniyaya və digər Avropa ölkələrinə nəqli planlaşdırılır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam