Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“TÜRKİYƏ RUSİYA-UKRAYNA MÜNAQİŞƏSİNDƏ HƏLLEDİCİ OYUNÇUDUR” -Vasitəçilik Ankara üçün hansı problemlər yarada bilər?

Yenixeber.org: Analitiklər bildirirlər ki, Ukraynanın ixrac yollarının açılmasında müstəsna rol oynayan Türkiyənin beynəlxalq arenada artan nüfuzu və onun NATO daxilində müstəqil xətt yürütməsi Ankaraya diplomatik uğurlar gətirməklə yanaşı, onun üçün bir sıra problemlər də yaradır.

ABŞ-ın “Foreign Policy” nəşri “Türkiyə Rusiya-Ukrayna münaqişəsində mühüm və həlledici oyunçudur” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur. Həmin məqaləni təqdim edirik:

”Rusiyanın Ukraynada apardığı müharibə artıq altı aydır ki, davam edir və Türkiyə bu uzanan münaqişədə mühüm oyunçuya çevrilib. Ankara bir neçə cəbhədən bu münaqişəyə cəlb olunub. Türkiyə Ukrayna ilə təhlükəsizlik məsələləri, Rusiya ilə isə enerji məsələlərində əməkdaşlıq edir və Kiyev ilə Moskva arasında diplomatik vasitəçilik funksiyasını yerinə yetirir.

Elə məhz bu diplomatiya Ukrayna limanlarından taxılın yola salınmasına yardım edib. Bu, müharibə başlayandan sonra baş tutan ilk tədarükdür. Ankara artıq çoxdandır ki, Avropa və Asiyanın qovuşmasında yerləşməsi kimi mühüm strateji mövqeyindən istifadə etməyə çalışır.

Funksional planda Türkiyə yanacaq və ərzaq kimi əsas resursların daşınması üçün mühüm tranzit rolunu oynayır. Bu dəhliz Rusiyanın Ukraynada aprdığı müharibə ilə bağlı yaranmış iqtisadi və ticari qarışıqlıqda xüsusi əhəmiyyət kəsb edir. Türkiyə NATO blokunun mühüm üzvlərindən biridir, lakin o, müstəqil hərəkət edir. Hərdən isə avropalı və amerikalı tərəfdaşlarının əksinə gedərək Qərbin Rusiya və İran kimi düşmənləri ilə qarşılıqlı münasibətlər qurur.

Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Ankara regiondakı mövqeyini və söz sahibliyini gücləndirmək üçün öz birləşdirici həlqə rolundan bacarıqla istifadə edir. Türkiyə “Bayraktar-TB2” PUA-sı daxil olmaqla Ukraynaya böyük sayda hərbi texnika və silah yollayır.

Ankara Rusiyaya qarşı qoyulan Qərb sanksiyalarına qoşulmadı. Prezident Ərdoğan 5 avqustda Putinlə Soçidə ikitərəfli enerji əməkdaşlığının genişlənməsi məsələsini müzakirə edib. Bununla yanaşı, Türkiyə Rusiya mənşəli olmayan enerji resurslarının “Cənub Qaz Dəhlizi”ndən Avropaya çatdırılma kanalıdır. Avropa qaz nəqlini diversifikasiya etmək məqsədilə tədarük yollarının genişləndirilməsinə çalışır.

Anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsinə baxmayaraq, Türkiyə ümumən NATO -nun Ukraynaya hərbi yardım göstərməsi mövqeyini dəstəkləyir. Amma digər tərəfdən, Ankara artıq bir neçə aydır ki, alyansın İsveç və Finlandiya hesabına genişlənməsinə qarşı çıxır və buna əsas kimi PKK ilə problemləri ön plana çəkir. Ankara bildirir ki, Finlandıya və İsveç Türkiyənin təhlükəsizliyinə təhdid olan PKK üzvlərini öz ölkələrində himayə edir.

Bu mübahisə müəyyən mənada həll edilib, lakin baş verənlər göstərir ki, Ankara öz milli maraqlarını başlıca prioritet hesab edir və NATO-nun sürətlə Finlandiya və İsveçi üzvlüyə qəbul etməsinə qarşı öz möqeyini irəli sürməyə hazırdır. Bu cür münasibətə görə Türkiyənin NATO-dakı etibarlılığı zəifləyə bilər, amma hələ ki, o, alyansın əvəzedilməz üzvü sayılır.

Onu da demək lazımdır ki, taxılın və ərzağın daşınamsı ilə bağlı Mosva və Kiyev arasındakı məsələnin həll olunmasında Türkiyə vasitəçi kimi vacib rol oynayıb. Ankara BMT ilə birlikdə taxıl ixracının bərpası ilə bağlı sövdələşməni təşkil edib. Ukraynadan və Rusiyadan ixrac olunan ərzaq məhsullarının və taxılın əksər hissəsi Türkiyənin Bosfor boğazından keçdikdən sonra Yaxın Şərq və Afirka bazarına daxil olur.

Beləliklə, Türkiyə yeganə NATO üzvüdür ki, onun həm Rusiya, həm də Ukrayna ilə yaxşı işgüzar əlaqələri var. Ankara imkanlardan istifadə etməyi bacarır. Belə ki, Moskvanın Kiyev və Qərblə olan kəskin münasibətləri Ukraynanın taxıl və ərzağının daşınması üçün razılığa gəlinməsini mümkünsüz edirdi.

Prezident Ərdoğanın bu cür strateji yanaşması Türkiyəyə əhəmiyyətli xeyir gətirərək beynəlxalq arenada Ankaraya diplomatik nüfuzunu yüksəltməyə imkan verir. Amma vasitəçilik Ankara üçün müəyyən problemlər də yaradır. Türkiyə Avrasiya strateji teatrında öz mövqeyini müəyyən qədər gücləndirib (Qarabağ münaqişəsində mühüm rol oynayıb). Amma Rusiya özü üçün lazım bildiyi məqamda istər Ukraynada və Suriyada, istərsə də başqa məsələlərdə Türkiyənin maraqlarına xələl gətirən hərəkətlərə hazırdır.

Qeyd etmək lazımdır ki, Türkiyənin Ukraynada “Bayaraktar” zavodu tikməsi planı ilə bağlı Kremlin mətbuat katibi kəskin sözlər işlətmişdi.

Türkiyə taxılın daşınması ilə bağlı danışıqlarda nailiyyət əldə etsə də, problemlər hələ qalmaqdadır. Məsələn, Rusiya Ukrayna limanlarındakı obyektlərə zərbə vurmaqla müqaviləni təhlükə altına ata bilər. Moskva həmçinin, Ankaranın Avrasiyadakı reputasiyasının yüksəldiyini görüb müqavilədən tamamilə çəkilə bilər. Bundan əlavə, Ankara Kreml və Qərblə daim balanslaşmış siyasət apara bilməz, çünki bu halda ABŞ Rusiya ilə hərbi və digər əməkdaşlıq bağları qurduğuna görə ona öz sanksiyalarını qoya bilər.

Ancaq Türkiyənin strategiyası əhəməiyyətli nəticələr verir. Hələlik ABŞ və Avropa Birliyi sanksiyalar və digər cəza tədbirlərinin əsas yer tutduğu strategiyanı reallaşdırır. Onlar Moskvanın Ukraynada apardığı müharibəyə bu cür sərt reaksiya göstərirlər. Moskva buna cavab olraq enerji resurslarının tədarükünü kəsir və ya digər təzyiq tədbirləri görür. Mahiyyət etibarı ilə Rusiya və Qərb bir-birini zəiflətməyə ümid bəsləyirlər. Ümumi nəticədə isə hər iki tərəfin iqtisadiyyatı zərər çəkir.

Qərb Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə ən kəskin reaksiya verməkdə tamamilə haqlı mövqe nümayiş etdirir. Amma etiraf etmək lazımdır ki, Türkiyənin Moskvaya qarşı münasibətdə həyata keçirdiyi çoxcəhətli strategiya daha effektlidir. ABŞ və Avropa Birliyi müharibənin ən dağıdıcı nəticələrini azaltmaq və gələcək yeni dünyanın qurulması üçün bundan vacib dərs götürərək onu öz strategiyası ilə birləşdirə bilər”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam