Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“ORDUMUZ DÜŞMƏNƏ AĞIR BƏDƏL ÖDƏTMƏLİDİR!” –“Ermənilərə 72 saat vaxt verilməlidir!”

“Məsuliyyətin böyük hissəsi“sülhməramlıların” üzərinə düşür…"

Yenixeber.org: "Laçında Azərbaycan əsgərinin şəhid edilməsi hadisəsi Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazidə baş verdiyi üçün məsuliyyətin böyük hissəsi qanunsuz erməni silahlı qüvvələrinin deyil, məhz Rusiya “sülhməramlıları”nın üzərinə düşür".

Bunu təhlükəsizlik üzrə ekspert İlham İsmayıl sözügedən olayı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov “sülh müqaviləsinin süni şəkildə uzadılması risklər yaradır” deyəndə elə bu cür təxribatları nəzərdə tuturdu: "Bu hadisəyə görə Azərbaycan cəmiyyətini bir sual düşündürür- şəhidimizin qisası necə alınacaq? Bəyanatla, yoxsa, konkret və onqat cavabla? Müharibədən əvvəl bu cür təxribatlarla yüzlərlə şəhidimiz olmuşdu və hər dəfə bəyanat verəndə nəticəsi nə olurdu? Erməni silahlı quldur dəstələri əsgərlərimizi öldürməkdə davam edirdi.

Bəyanatlar şəhid qisasını almır. Yalnız sərt adekvat cavab düşməni və havadarını yerində oturdur, necə ki, 44 günlük müharibədə oldu.

İndi də cavab sərt olmalıdır. Yeni Laçın yolu hazırdır. 72 saat vaxt verməklə Laçın, Zabux, Sus kəndlərinin boşaldılması həm Rusiya hərbi kontingentindən, həm də ermənilərdən tələb olunmalıdır. Əks halda, qeyd olunan ərazilərin hərbi güc tətbiq etməklə azad ediləcəyi ultimatumu verilməlidir.

Rusiya hərbiçilərinin dəstəyi ilə (onlar ermənilərin təxribatlarını yalnız müşahidə edirlər, nəzarət etmək göstərişi yoxdur) Azərbaycan ərazisində Azərbaycan əsgərini öldürməyin bədəlini ordumuz düşmənə ağır ödətməlidir. Bəyanatla təxribat qarşısı alınmır. Sərt cavab verilməlidir. Əks halda, düşmən əsgərlərimizi şəhid etməkdə davam edəcək. Hadisənin bəyanat hissəsi XİN-in, hərəkət hissəsi isə MN-in səlahiyyətinə aiddir. Cavab verilsin, sonra 10 noyabr 2020 razılaşmasına kimin əməl edib-etməməsi müzakirə olunsun. Azərbaycanın maraqları bunu tələb edir”.

Hərbi ekspert Ədalət Verdiyev fakta münasibət bildirərəkən deyib ki, atəş açılan düşmən mövqelərinin külü havaya sovrulmalı, şəhidimizin qisası 10 qat alınmalıdır. "Atəş açılan düşmən ərazisində Bayrağımız qaldırılmalıdır. Qarabağın rusların nəzarətində olan ərazilərindən erməni silahlıları tam çıxarılana və Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizi də Azərbaycanın nəzarətində qismən qapalı qalmalıdır".

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam