Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Nərimanovda qəhrəman şəhid son mənzilə yola salınmışdır - FOTOLAR

 

“Daha bir şəhidimiz dəfn olundu - Fotolar

 

 

Aprelin 1-də erməni işğalçıları tərəfindən Azərbaycanın cəbhə bölgəsindəki yaşayış məntəqələrinə və təmas xəttindəki mövqelərimizə təxribatçı hücum edilmişdir.

 Xeberinfo.com:  Mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən hücumun qarşısı qətiyyətlə alınmış, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikası rəşadətlə məhv edilərək düşmən qorxu içində geri çəkilmiş və nəticə etibarı ilə işğal altında olan mövqelərimiz düşməndən azad edilərək silahlı qüvvələrimiz daha əlverişli üstün mövqelərə sahib olmuşlar.

İşğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarından biri də Nərimanov rayonundan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğludur.

 Aprelin 9-da torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş qəhrəman şəhidlə vida mərasimi keçirilmişdir.Şəhid böyük izdihamla son mənzilə yola salınmışdır. Şəhidimizi yola salma mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilmişdir.

Sonra şəhidin cənazəsi Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilmiş, cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilmişdir.

Şəhidin tabutu üzərində bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim edilmişdir.

Mərasimə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər qatılmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu - Fotolar

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam