Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

RUS ORDUSUNUN 10 MÜHÜM OBYEKTİ MƏHV EDİLİB –Ukrayna HİMARS-dan uğurla istifadə etməyə başlayıb

Ukrayna ordusu ABŞ-ın HIMARS çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə döyüş meydanında əhəmiyyətli uğur əldə edib.

Yenixeber.org: Bunu ABŞ Müdafiə Nazirliyinin - Pentaqonun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi jurnalistlərə açıqlamasında deyib. “Bu, yüksək dəqiqliyə malik, uzaq mənzilli sistem olduğu üçün ukraynalılar diqqətlə seçilmiş hədəflərə sistemli şəkildə dəqiq zərbələr endirməyə qadirdir, Rusiya qüvvələrinin döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldır”, - ABŞ müdafiə rəsmisi bildirib.

"Wall Street Journal" son iki həftə ərzində ABŞ-ın Ukraynaya bağışladığı dörd HIMARS qurğusundan ilk istifadə edən bölmənin eksklüziv hesabatını dərc edib. Ukrayna hərbçiləri Almaniyada qısamüddətli təlim keçiblər.

Donbassda qüvvələr balansını dəyişməyə başladıqlarını deyən Ukrayna hərbçilərinin sözlərinə görə, onlar Rusiya ordusunun İzyumdakı qərargahı da daxil olmaqla, on mühüm hərbi obyektini məhv ediblər.

Əvvəllər onların 80 kilometrə qədər radiusda belə dəqiqliklə və bu qədər məsafəni vurmaq üçün silahları yox idi. HİMARS-ı atəşə hazırlamaq 2-3 dəqiqə çəkir, raketlər buraxıldıqdan 20 saniyə sonra sistem potensial cavab zərbəsindən yayınaraq yerindən çıxarılır. O da bildirilir ki, hər biri 155 min dollar olan raketlərlə zərbə endirməzdən əvvəl vurulacaq hədəflər diqqətlə seçilir və onların dəqiq koordinatları müəyyən edilir.

Ukrayna ordusu hazırda daha çox Rusiya ordusunun qərargahlarına, silah anbarlarına və kazarmalarına raket zərbələri endirməyə üstünlük verir. O da bildirlir ki, Ukrayna daha dörd HIMARS qurğusunu iyulda almalıdır. Almaniya və Böyük Britaniya Ukraynaya üç belə kompleks verməyə hazır olduqlarını bəyan ediblər.

“The New York Times” qəzeti ABŞ hərbi analitiklərinə istinadla yazır ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya altmışdan yüzə qədər təkmil reaktiv yaylım atəşi sistemi lazımdır.

Rusiya bu tip silahların Ukraynaya təhvil verilməsini kəskin tənqid edərək, Rusiya ərazisinə zərbə endirmək üçün reaktiv yaylım atəşindən istifadə ediləcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam