Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

GƏLƏCƏK 100 İL ÜÇÜN QURULAN TƏMƏL: “Dərin Amerika" "Main Street”-lə “Wall Street”-i birləşdirmək planı hazırlayır -ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, 13 may 2020-ci il

 

Yenixeber.org: Koronavirus pandemiyasının təsir etmədiyi sahə, demək olar ki, yoxdur. İdmandan siyasətədək, iqtisadiyyatdan modayadək, hər sahəyə təsir edir. Sanki müharibə vəziyyətinin tam içindəyik. Ancaq burada yüksələn və ya dəyər itirən valyutalardan danışırıq. Xaricdən gələn maliyyə hücumlarını müzakirə edir və “İqtisadiyyat hara doğru gedir?” sualına cavab axtarırıq. Bütün sualların cavabı Vaşinqtonla London arasındakı xətdə müəyyən olunurÖzü də bu, sadəcə bizim üçün deyil, Rusiya, Avropa, İran və Çin üçün də keçərlidir.

İllərdir mahiyyətini anlatmağa çalışdığım mübarizəni və onun tərəflərini ötən həftə “The Economist” “Main Street”  “Wall Street olaraq xülasə etdi. Məsələnin mahiyyəti bu idi. Gəlin, bu gün də buradan davam edək. Çünki ABŞ-da gedən mübarizənin mahiyyətini anlamadan, nəticəsini proqnozlaşdırmadan bir addım atmaq belə, demək olar ki, mümkün deyildir.

Məsələni bir az da açaq. ABŞ hər il 3,5-4,0 trilyon dollar vergi toplayır. ABŞ-da vergidən yayınmaq ən böyük cinayət hesab edilir. Ancaq bu, malik olduğunuz gücdən sıx asılıdır. Vergidən yayınmaq asan olmadığı halda, küçənin bir tərəfi bunu ustalıqla etməkdədir. Sanki küçənin bir tərəfi, demək olar ki, vergidən azaddır. Məhz burada “Main Street”- “Wall Street arasında ortaya çıxan fərq qorxuncdur. Ev təsərrüfatlarından, yəni, vətəndaşlardan yığılan vergilər də məşğulluq səbəbilə “Main Street”-in ödədiyi vergi tranşına daxildir. Yəni, “Main Street” 3 trilyon dollar vergi ödədiyi halda, Wall Street ABŞ dövlətinə sadəcə 400 milyard dollar vergi ödəyir.

Lakin ABŞ-da güc daim maliyyəni əlində tutan “Wall Street”-də olmuş, ona yaxın olmuşdur. Bu səbəblə, mübarizə də, savaş da istəməmişdir. Çox uzun zamandır ki, durum belədir. Elə bu dövr ərzində etiraz da buna olmuşdur. Məsələn, deyək ki, ABŞ Avropada bir ölkə ilə anlaşmaq istəyirsə, ancaq London buna isti baxmırsa, Wall Street vasitəsilə həmin ölkəyə qarşı qərarlar alınır. “Main Street” ya dövrədən kənarda qalır, ya da atdığı addımdan nəticə ala bilmir. Bu durum yalnız Avropa ölkələri üçün deyil, Orta Şərq, Şimali Afrika, Asiya üçün də keçərlidir. Demək olar ki, bir başqası sənin adından qərar alırdı. “Dərin Amerika” da, işləyən, vergisini ödəyən amerikalılar da son sözü deyə bilmirdi. Qərarı verən, həyata keçirən güc ingilislər idiBaxın, 4-5 aydır başlayan virus mərkəzli toqquşma halının altında yatan reallıq budur.

Təbii ki, dəyişiklik üçün xaos lazım idiKeçmişdə dəyişiklik müharibə nəticəsində olurdu. İlk dəfədir ki, virusla böyük bir dəyişikliyə gedirik.

Koronavirus dünyanı silkələyərkən qəribə işlər də olurdu. Həm də qeyri-adi formada… Məsələn, BVF açıq şəkildə zəngin ailələri hədəfə aldı. BVF zənginlərdən daha çox vergi alınmasını istəyir. Açıq şəkildə “Main Street”-in arxasında olduğunu elan edir. “Dərin Amerika” “Wall Street”-in vergisin artıracaq. Bu, dəqiqdir. Təxminlərə görə, bu rəqəm 400 milyard dollardan 1,7 trilyon dollara çıxacaq. Bu, ilk etapda keçərli olacaq. Sonrası ayrı cür olacaq. Ələlxüsus da Ağ Evdə qərarverici heyətin işinə heç bir şəkildə müdaxilə etməyəcək bir “Wall Street” planlaşdırılır.

İndi gələk yaxınlara. 2-3 ildir ki, maliyyə dünyası Aralıq dənizindədirBir çox enerji şirkəti “Wall Street”-dəki banklarla ortaqlıq qurub. Bu səbəblə, “Dərin Amerika” Aralıq dənizini böyük planından kənarda qoymadı. Bunu ağlından belə, keçirmədi. Çünki neft, ən azı, hələ 20-30 il keçərli enerji qaynağı olacaq. Bunu bilən Wall Street pul vasitəsilə Aralıq dənizinə endi. Şirkət-şirkət gəzdi, onların arxasından dolanaraq gəldi. Bütün bunları bilən türk dövləti də Aralıq dənizində öz dananması ilə bayraq nümayiş etdirirdi. Fasiləsiz olaraq, “Bizsiz iş görə bilməzsiniz!” xəbərdarlığı edirdi…

Ancaq necə təhdidlər oldusa, biz bilmirik, bəzi şirkətlər Aralıq dənizindən çəkilməyə başladı. Mənzərəyə geniş perspektivdən baxdıqda, görünən odur ki, Wall Street ilə birgə addım atan, yola çıxan şirkətlərin bəziləri naməlum səbəblər üzündən bölgədən çəkildi. Aralıq dənizini boşaltmağa başladılar. Wall Street ilə anlaşma əldə edən bu şirkətlərin nə üçün geri addım atması ilə bağlı müxtəlif şərhlər verilir. Ən geniş qəbul görən şərhlərə görə, yaxınlarda bu səbəblər ortaya çıxacaq. Bəzi şərhlərə əsasən, Prezident Trampın oynadığı rolun, yerinə yetirdiyi vəzifənin bu məsələdə təsiri olubdurPrezident Trampın “Wall Street”-dən məsafə saxladığı, hətta araya divar hördüyü, dəstəyini çəkdiyi dilə gətirilməkdədir. Ancaq mövzu Tramp olduqda, 100%-lik dəqiqliklə danışmaq mümkün olmur. Eyni zamanda bunu təsdiqləyən həmlələr və hadisələr də yox deyildir.

2019-cu ildə Washington Post”, “Wall Street Journal”  “New York Times Trampa belə bir sual verdi: “Tramp üçün “Wall Street”, yoxsa “Main Street” çətin seçimdir?” Bu sual başlıq olub önəmli köşə yazılarında yer aldı. Yəqin ki, Tramp “Main Street”-i seçibdir. Çünki haqqında başladılan təhqiqatlar bir-bir zibil qutusuna atıldı.

17 aprel 2019-cu ildə mediaya maraqlı bir xəbər sızdırıldı. Tramp, xüsusi prokuror Robert Mülleri vəzifəsindən azad etməyə çalışdı. Bu, doğru idi. 28 may 2019-cu il tarixdə Robert Müller vəzifəsindən istefa verdi. Tramp “Dərin Amerika”nı “Wall Street”-dən üstün tutmuşdu. “Dərin Amerika” da Trampa jest etdi və Mülleri vəzifəsindən azad etdi. Hadisənin mahiyyəti bu idi. Tramp həyatının, bəlkə də, ən çətin qərarını vermişdi. ABŞ prezidentinin bu qərarı verməsi önəmli idi. “Dərin Amerika”ya müharibə elan edən Tramp geri addım atmışdı. Həm də “Dərin Amerika”nın, bəlkə də, bütün istəklərinə razılıq verərək…

Şirkətlər Aralıq dənizindən çəkilsə də, “Dərin Amerika” öz ağırlığını hiss etdirsə də, London hələ güclüdürWall Street” də bir neçə həmlə ilə yox olmaz. Sarsılsa da yerə yıxılmaz. Ancaq ciddi, həm də çox ciddi sıxıntı yaşadığı da bir həqiqətdir. İndi əsil maraq doğuran məsələ “Wall Street”-in necə bir həmlə edəcəyidirÇünki “Wall Street”-in açarı Londondadır. Wall Street”-də alınan hər bir qərar Londonun imzasını daşıyır.

“Dərin Amerika” “Wall Street”-i bitirə bilməz. Çünki bu, amerikan sistemini çökdürər. “Dərin Amerika”nın istəyi “Wall Street”-i Londondan qoparmaqdır. Ardınca “Main Street”-lə “Wall Street”-i birləşdirmək üçün planlar hazırlayır. Niyyəti yekunda pulla silahı yan-yana gətirmək, yəni, təkqütblü dünya qurmaqdır.

Bu həmlənin nəticələrini 5 qitə də yaxından hiss edəcək, yaşayacaq. Bundan qaçış yoxdur. Çünki bu iki küçənin birləşməsi və ya tamamilə ayrılması uzaqdan izlənəcək bir savaş deyildir.

Bəzi ölkələr bu iki küçənin ayrılmasını yaxından izləyir. Bu, təbiidir. Çünki qalib gələn tərəfdə olmaq istəyirlər. Fransa, Almaniya, hətta Rusiya belə, bu münaqişənin inkişafına görə mövqe dəyişdirə bilərÇünki gələcək 100 ilin təməli atılır. Bu səbəblə, koronavirus epidemiyası bizə heç tanış olmadığımız bir həyatı yaşatdı. İstənilən halda, yeni bir nizam qurulacaq. Bu da öyrəşmədiyimiz bir nizam olacaq.

Türkiyənin Aralıq dənizi və Liviyada, həmçinin Suriyada göstərdiyi qərarlılığı da bu kontekstdə dəyərləndirin.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam