Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Biz icazə verməməliyik ki, Rusiya Ukraynada qalib gəlsin” -ABŞ Dövlət katibinin köməkçisi

“ABŞ Ukraynaya özünü müdafiə etmək üçün dəstək verir. Biz Ukraynaya iqtisadi, humanitar, təhlükəsizlik yardımı edirik. Bu müharibəyə görə Rusiyanın bədəl ödəməsi üçün biz tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı şəkildə işləyirik. Sanksiyalar tətbiq olunur”.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

"Həmçinin, biz NATO-nun şərq və cənub-şərq qanadının gücləndirilməsi istiqamətində müttəfiqlərlə işləyirik. Biz ölkələrin ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini dəstəkləyir, bu prinsiplərə hörmət olunan bir dünya istəyirik. ABŞ Azərbaycanın müstəqilliyini, suverenliyi dəstəkləyir, bu, dərin və real dəstəkdir.

Ukraynadakı müharibə ilə bağlı bir daha qeyd edim ki, biz icazə verməməliyik Rusiya Ukraynada qalib gəlsin, çünki belə halda bizim inandığımız bu prinsiplər dünyanın digər nöqtələrində də təhdid olunacaq”, - Dövlət katibinin köməkçisi deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam