Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya suriyalı müzdluları da Ukraynaya göndərir - “200-300 dollar arasında pul təklif edib”

ABŞ rəsmilərinin sözlərinə görə, Rusiya Ukraynada işğal planlarını genişlətmək və şəhər döyüşlərində uğurlu nəticələr qazanmaq üçün suriyalı hərbçiləri muharibəyə cəlb etməyə çalışır.

Yenixeber.org: ABŞ-ın “The Wall Street Journal” nəşri xəbər verir ki, Rusiya küçə döyüşlərində böyük təcrübə qazanan suriyalılardan istifadə edərək, Kiyevi ələ keçirməyə və Ukrayna hökumətinə sarsıdıcı zərbələr vurmağa hazırlaşır.

“The Wall Street Journal”-ı yazır ki, Rusiya hökuməti suriyalı döyüşçülərin Ukraynada 6 ay fəaliyyət göstərmələri qarşılığnda onlara 200-300 dollar arasında pul təklif edib.

Vaşinqton Müharibə Araşdırmaları İnstitutunun milli təhlükəsizlik üzrə əməkdaşı Cennifer Cafarella qeyd edir ki, Rusiyanın Suriyadan əcnəbi döyüşçülər gətirməsi Ukrayna müharibəsini beynəlmilləşdirə və daha böyük regional münaqişəyə çevirirə bilər: “Suriyalılar son illər şəhər döyüşlərində böyük təcrübə qazanıblar. Suriyalılardan fərqli olaraq, rus əsgərlərinin küçə döyüşlərində heç bir təcrübəsi yoxdur. Hesab edirəm ki, Ukraynaya yerləşdiriləcək Suriya qüvvələrinin əsas məqsədi, şəhər döyüşlərində Rusiyanın “Vaqner” qruplaşmasına kömək etmək olacaq”.

Vaşinqton Yaxın Şərq İnstitutunun Suriya üzrə eksperti Çarlz Lister bildirir ki, Suriyadan gələn döyüşçülərin Ukraynada faydalı ola biləcəkləri məlum deyil: “Ukraynada Rusiya tərəfdən vuruşan suriyalılar var, amma Moskva rəhbərliyi suriyalı döyüşçüləri şəhər müharibəsində effektiv hesab etmir. Suriyalıların Ukraynaya gətirilməsi, marslılarla ayda müharibə aparmağa bənzəyir. Çünki onlar başqa dildə danışırlar və Ukraynadakı mühit Suriyadan çox fərqlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam