Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək”-RƏSMİ

 

                 

                  “Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək”.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan hökuməti bu qərarla ölkənin və xalqın milli maraqlarını üstün tutur: “Mən ölkəmizin və xalqımızın mənafeyinə uyğun hərəkət edəcəyəm və bu qərarı heç kəs dəyişə bilməz. Ölkəmiz və xalqımızın maraqlarına uyğun siyasət aparacağam”.

Baş nazir qeyd edib ki, bu gün Gürcüstan ərazisinin 20 faizi işğal altındadır: “30 il ərzində biz üç müharibədən keçmişik. Təəssüflər olsun ki, bu müharibələrdə yüz minlərlə insan həlak olub, minlərlə qaçqınımız var. Biz səhvlərimizi təkrar etməməli və səhlənkarlıq göstərməmiliyik”.

İ.Qaribaşvili Ukraynada baş verənlərin Gürcüstanı olduqca narahat etdiyini bildirib: “Gürcüstan Ukraynanı bütün beynəlxalq formatlarda dəstəkləyir. Hökumətimiz adından Ukraynaya dəstək ifadə etmək istəyirəm. Biz Ukraynaya 400 tona yaxın humanitar yardım göndərmişik və Gürcüstana gələn Ukrayna vətəndaşlarına maksimal diqqət göstərmək üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində ölkənin Rusiyaya qarşı Ukraynadakı müharibəyə görə tətbiq olunan bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak etdiyini bildirib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam