Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

"ABŞ Çinin Rusiyaya silah verməsindən narahatdır" – Politoloqdan ÖZƏL AÇIQLAMA

“ABŞ Çinin Rusiyaya silah verməsindən narahatdır” – Politoloqdan ÖZƏL AÇIQLAMA

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, əgər Çin Rusiya-Ukrayna münaqişəsində Rusiyanı dəstəkləyərsə, ABŞ adekvat tədbirlər görəcək. Blinkenin bu açıqlaması birmənalı qarşılanmayıb və çoxsaylı suallar doğurub. Adekvat tədbirlər dedikdə ABŞ rəsmisi nəyi nəzərdə tutur?

Yenixeber.org: Mövzu ilə bağlı suallarımızı politoloq Fikrət Sadıxov cavablandırıb.

O bildirib ki, ABŞ Dövlət katibinin səsləndirdiyi bu fikirlər sadəcə gurultulu ifadədir: “Adekvat tədbirlər dedikdə Blinken ilk növbədə iqtisadi və ticari sanksiyaları nəzərdə tutur. Donald Trampın dövründə Çinə qarşı bir sıra iqtisadi sanksiyalar təbiq olunub. Lakin Çin nəhəng dövlətdir və istehsal etdiyi məhsullar Avropa və ABŞ bazarlarını bürüyüb.

ABŞ nəyə və hansı məhsullara sanksiya qoya bilər ki? Mobil telefonlar, kompüterlər, televizorlar və digər texnoloji məhsullar Çindən idxal edilir. Ola bilsin ki, ABŞ-ın Dövlət katibinin səsləndirdiyi bu fikirlər sadəcə gurultulu ifadədir. ABŞ hansısa sanksiya tətbiq etsə belə, Çinin bu məhdudiyyətlərdən çox əziyyət çəkəcəyini düşünmürəm. Genişmiqyaslı sanksiyalar tətbiq olunsa, bundan ən çox ABŞ və Avropa özü əziyyət çəkəcək. Hesab edirəm ki, ABŞ və Avropa bu məsələdə çox ehtiyatlı olmalıdır”.

Politoloq əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsində Çinin əsas xarici siyasət prioritetləri öz əksini tapır:

“Texnologiya nəhəngi belə münaqişələrə baş qoşmur və neytral mövqe saxlayır. O, hansısa tərəfi dəstəkləsə belə, münaqişələrə müdaxilə etmir. Çini öz regionu maraqlandırır və özündən uzaq ərazilərdə yerləşən dövlətlərdə baş verən hadisələr onu narahat etmir. O, Rusiya ilə münasibətini poza bilməz. Eyni zamanda Ukraynanı da strateji tərəfdaş kimi qəbul edir. Belə bir şəraitdə onun siyasi prioritetləri tam başa düşüləndir. ABŞ Çinin Rusiyaya silah verməsindən və maddi yardım etməsindən narahatdır. Çinin güclü hərbi sənayesi var və nəhəng dövlətdir. Çin Təhlükəsizlik Şurasının daimi üzvü olmaqla yanaşı Rusiya ilə tərəfdaşdır. Ona görə də, ABŞ hərbi xətlə Rusiyaya gələn yardımdan narahatlıq keçirir”.(konkret.az)

Şəbnəm Mehdizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam