Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Lavrov və Blinken mübahisə edib” -Ukrayna məsələsi

“Lavrov və Blinken mübahisə edib” -    “Bloomberg”

Dekabrın 2-də Stokholmda görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında gərgin mübahisə olub.
Yenixeber.org: Bildirilib ki, gərginlik Ukraynadakı vəziyyətlə bağlı müzakirələr zamanı ortaya çıxıb.
Qeyd edilib ki, Stokholmdakı ATƏT Xarici İşlər Nazirləri iclası çərçivəsində görüşən Lavrov və Blinken Ukraynaya qarşı rus təcavüzkarlığı olacağı təqdirdə Qərbin görəcəyi tədbirlər gündəmə gələndə gərgin şəkildə mübahisə etməyə başlayıblar.
“Prezident Vladimir Putinin birliklərinin qonşu ölkənin sərhədi yaxınlığında yerləşdirilməsi səbəbindən Ukraynaya qarşı rus təcavüzkarlığı təhdidinə qarşılıq vermək üçün amerikalı və avropalı müttəfiqlərin sanksiyalar da daxil olmaqla, müxtəlif yollar axtardığının söylənməsindən sonra fikir mübadiləsi gərgin bir şəkildə irəliləməyə başlayıb”, - xəbərdə qeyd edilib.
Qaynaqların bildirdiyinə görə, Lavrov Blinkenə 2014-cü ildə Kiyevdə yaşanan hadisələrin dövlət çevrilişi olduğunu xatırladıb, NATO və Avropa İttifaqını fərqli fikirdə olanların üstündən keçmək və Rusiyanı təhdid etməkdə günahlandırıb.
Blinken isə NATO-nun bir müdafiə ittifaqı olduğunu bildirərək, keçmiş Ukrayna Prezident Viktor Yanukoviçə sadiq qüvvələrin Kiyevdə sülhpərvər aksiyaçılara atəş açdığını və yüzdən çox insanı öldürdüyünü deyib.(“Bloomberg”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam