Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Blinken:"Çin dünyanın aparıcı gücü olmaq istəyir"

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken

Amerika Birləşmiş Ştatları Dövlət katibi Entoni Blinken Çinin dünyanın aparıcı hərbi, iqtisadi, diplomatik və siyasi gücü olmaq arzusunun olduğunu açıqlayıb.

Yenixeber.org: Bu barədə dövlət katibi “The Australian” əşrinə müsahibəsində deyib.

Blinken bildirib ki, ABŞ və Avstraliya buna müqavimət göstərməlidir.

Blinkenin fikrincə, Çin hökumətinin strateji ambisiyaları o qədər genişlənib ki, indi o, ABŞ-a və onun müttəfiqlərinə meydan oxuyur. ABŞ fövlət katibi Asiya ölkəsinin yeni dünya nizamı qumaq istədiyini qeyd edib.

“Şübhə yoxdur ki, Çin təkcə regionda deyil, həm də dünyada aparıcı hərbi, iqtisadi, diplomatik və siyasi gücə çevrilməyə çalışır. Son illərdə biz Çin Xalaq Respublikası hakimiyyətinin həm ölkə daxilində, həm də bölgədə daha aqressiv davrandığının şahidi oluruq”,-deyə Blinken əlavə edib.

Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Moskva ilə Pekin arasında yeni əməkdaşlıq yeni bir şey olmasa da bəzi problemlərə yol açır.

Fevralın 10-dan 12-dək Avstraliyanın Melburn şəhərində təhlükəsizlik üzrə dördtərəfli dialoqun (Quad) iştirakçısı olan Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirlərinin görüşü çərçivəsində tədbirlər keçirilir.

Dördtərəfli Təhlükəsizlik Dialoqu 2007-ci ildə Avstraliya, Hindistan, ABŞ və Yaponiya tərəfindən Asiya-Sakit okean regionu və Hind okeanında qarşılıqlı fəaliyyət mexanizmi üçün təsis edilib. Dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam