Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

RUS SÜLHMƏRAMLILARI QARABAĞI TƏRK EDİR? -Görüntülər yayıldı + FOTO/ VİDEOLAR

Bu gün səhər teleqram kanallarında Rusiya sülhməramlı kontingentinin hərbi texnika kolonu ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.

Yenixeber.org:“Caliber” xəbər verir ki, ilkin ehtimallara görə, sözügedən sülhməramlı qüvvələr Ukraynaya göndəriləcək.

Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək.  Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək.

Məlumatda qeyd olunur ki, səbəb açıqlanmasa da Rusiya Silahlı Qüvvələrinin böyük karvanının Laçın dəhlizindən keçərək, Xankəndinə yola düşməsi faktdır və bu yerdəyişmələrin adi bir rotasiyadan ibarət olması inandırıcı görünmür.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam