Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsi başladı-Qərargah Xankəndində olacaq

 

Rusiya Müdafiə Nazirliyi bu gün Bakı vaxtı ilə saat 8.00-dan etibarən sülhməramlı qüvvələrin Qarabağa yeridilməsinə başlayıb.

Yenixeber.org: Rusiya KİV-ləri xəbər verir ki, sülhməramlıları və onların hərbi texnikasını daşıyan ilk 4 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələrin göyərtələrində sülhməramlı qüvvələrin şəxsi heyəti, zirehli transportyorlar, maddi-texniki vasitələr yer alır.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 vahid avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələr Qarabağda yerləşdiriləcək.

“Rusiya sülhməramlı qüvvələrinin regiona göndərilməsi əməliyyatı İl-76 nəqliyyat təyyarələrinin də cəlb edilməsi ilə kombinə edilmiş şəkildə həyata keçiriləcək”,-Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhəri rayonunda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam