Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Ukrayna 3-cü Əfqanıstana dönsə... -Bakı üçün Qarabağdakı yarımçıq işi tamamlamaq şansı

Kremlin boşa çıxan blitskriqi Azərbaycan və Türkiyəyə bölgədə ən optimal “yol xəritəsi” cızmağa imkan yaradır; Sərkisyanın müavini: “Qərb-Rusiya gərginliyindən bizə heç bir xeyir gəlməyəcək...” 

Yenixeber.org: Rusiyanın Ukraynaya hərbi təcavüzünün 8-ci günüdür. Lakin prezident Vladimir Putin elan elədiyi hədəflərin heç birinə hələ ki çatmayıb. Görünən budur ki, Rusiya Ukraynada hətta böyük itkilər hesabına hərbi qələbə qazansa belə, onu siyasi qələbəyə çevirə, maddiləşdirə bilməyəcək. Həmçinin Ukraynanın 2-ci Suriyaya, hətta 2-ci (3-cü) Əfqanıstana çevriləcəyi yönündə ehtimallar ciddiləşməkdədir.

Artıq Rusiyanın öz daxilində də aparılan total anti-Ukrayna rəsmi təbliğatına rəğmən, gerçəyin fərqinə varanların, situasiyanı ağıq başla qiymətləndirib narahat olanların sayı artmaqdadır. 

*****

Məsələn, rusiyalı tanınmış politoloq Tatyana Poloskova hesab edir ki, Rusiyanın Ukraynaya qarşı sürətli hərbi əməliyyat planı iflas olub və blitskriq alınmayıb. Bu barədə o, Minval.az-a müsahibəsində deyib.

Tatyana Poloskova: Russia is in the process of restoring diplomatic  relations with Georgia - EXCLUSİVE

 Tatyana Poloskova

“Simonyan və K” brendli rəsmi təbliğatçıların davamlı yalanları Rusiya ictimaiyyətinin məsələyə münasibətini daha da pisləşdirib. Əhalinin əksəriyyəti Rusiya hərbi qüvvələrinin Ukraynaya niyə soxulduğunu başa düşmür", - deyə o qeyd edib.

Sözünə davam edən ekspert bildirib: “Xüsusi qeyd edim ki, Vladimir Putin və onun ətrafı kilsədə şam yandırıb poza verməyi sevirlər. Ancaq özünü pravoslav hesab edən şəxs xristianlığın beşiyini - Kiyev şəhərini necə gülləbaran etmək əmri verə bilər? Sinizm və ikiüzlülük”.

Politoloqun fikrincə, məsələ heç də rusiyalı siyasətçilərin Ukraynadakı ruslara görə narahatlıq keçirməsində deyil. “Fakt budur ki, Rusiyada prezident seçkiləri yaxınlaşır və Vladimir Putinin reytinqi əvvəlki seçkilər ərəfəsində olduğundan xeyli aşağıdır. O vaxt o, öz reytinqini Krımın hesabına qaldırdı. Amma indi vəziyyət başqadır və bədəl çox yüksəkdir. Ən ”dahi siyasətçi"nin belə iqtidarda qalması naminə minlərlə insanın (artıq 5 mindən çox hərbçimiz həlak olub) çox deyil? Hətta Kiyevi ələ keçirə biləcəklərini fərz etsək belə, Rusiya tərəfi genişmiqyaslı partizan müharibəsinə tuş gələcək. Rusiya hakimiyyəti ictimai rəydən belə həmrəy reaksiya gözləmirdi", - Poloskova vurğulayıb.

*****

Ancaq bizi təbii ki, ilk növbədə Azərbaycanın milli maraqları və təhlükəsizliyi düşündürür. Bu maraqlara və təhlükəsizliyə ən böyük təhdid isə əlbəttə ki, Qarabağda Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazidə erməni separatçı ocağının qalması ilə, Qarabağla bağlı işimizin tamamlanması ilə bağlıdır. 10 noyabr sənədinin üçüncü tərəfi olan Rusiyanın başının hələ bir müddət Ukraynaya qarışması bu xüsusda Azərbaycan və Türkiyəyə yeni unikal şans qazandıra bilər.

Putinin Tovuzda qaldığı ev -

Məsələ ondadır ki, Ukrayna böhranı, Putinin “Pirr qələbəsi”, görünməmiş sanksiyalar və izolyasiya rejimi Rusiyanın iqtisadi, siyasi cəhətcə taqətdən salınmasına, ardınca onun Qarabağ mövzusunda, Azərbaycan-Ermənistan mövzusunda əvvəlki inadkar mövqeyinin yumşalmasına gətirə bilər. Rusiyaya qarşı sanksiyalara qoşulmamış azsaylı strateji tərəfdaşlar olaraq Azərbaycan və Türkiyənin Moskva üçün önəminin artması da öz yerində.

Bundan əlavə, gözləmək olar ki, qardaş Türkiyənin Ukrayna böhranında tutduğu ağıllı, ən əsası, ədalətli mövqe, həm Qərbi, həm də Rusiya və Ukraynanı qane edən balanslı siyasəti Ankaraya qarşı Qərbin ənənəvi ikili münasibətində də, nəhayət, pozitiv korrektələrə səbəb olacaq. Paralel surətdə “qərbçi” Ermənistanın, onun “demokratiya sammiti”nə çağırılan rəhbəri Paşinyanın Qərb düşərgəsində yer almaması da sözsüz ki, Avropa və ABŞ-da nəzərə alınacaq, İrəvanın yadına salınacaq.

Sərhədlər açılır, səfirliklər isə... - Bakı və Ankaradan İrəvana sonuncu  “xilas kəməri”

Bütün bunlar yekun etibarilə Bakı və Ankaranın regionda əlini bir az da gücləndirə, bölgədə daha effektli ortaq “yol xəritəsi” cızmağa imkan yarada bilər. Fransa prezidenti Emmanuel Makronun srağagün azərbaycanlı həmkarı İlham Əliyevə telefon açaraq, Ukrayna böhranını, bu ölkəyə humanitar yardım məsələsini və digər regional mövzuları müzakirə eləməsi bu mənada diqqət çəkir. Fikrimizcə, bu telefon zəngi Azərbaycan dövlətinə verilən önəmin təzahürü olmaqla yanaşı, Güney Qafqazda xeyrimizə işləyəcək yeni gəlişmələrin ilk xəbərçisidir...

*****

“Bir-iki aya Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri inkişaf mərhələsinə keçəcək”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib (Milli.Az).

“Xəbərlər dolaşır ki, Ukrayna-Rusiya müharibəsi Əfqanıstanda olduğu kimi hələ uzun müddət çəkəcək. Odur ki, digər dövlətlər öz münasibətlərini Rusiya ilə Ukrayna arasında gedən prosesə bağlaya bilməzlər. Düşünürəm ki, müəyyən müddət sonra Moskvanın Qarabağdakı proseslərə diqqəti azalacaq. Onun yerini isə ya Türkiyə götürəcək, - Ankaranın vasitəçiliyi ilə danışıqlar prosesi qaldığı yerdən davam edəcək, - ya da Azərbaycan və Ermənistan birbaşa danışıqlara gedəcək”, - deyə o qeyd edib.

Politoloqa görə, Rusiya-Ukrayna savaşı üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə ciddi təsir göstərəcək: “Fikrimcə, bir müddət sonra üçtərəfli bəyanatda götürülən öhdəliklərin icrası istiqamətində işlər davam etdiriləcək. Bu, sonsuzluğa qədər belə saxlanıla bilməz”.

*****

Sərkisyanın anası öldü: Xankəndidə basdırılacaq

Bu arada Ermənistanda Ukraynadakı kritik olayların mümkün və uzaq təsirlərinin bölgəmizə yansıya bilməsindən dolayı təlaş artmaqdadır.

Erməni mediası xəbər verir ki, eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın rəhbəri olduğu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bu xüsusda özünün Facebook səhifəsində yazıb:

“Aydındır ki, Qərb-Rusiya gərginliyindən bizə heç bir xeyir gəlməyəcək: 1. Ermənistanın xarici siyasəti üçün manevr sahəsi kəskin şəkildə azalacaq; 2. ”Artsax"da rus ordusu təhlükəsizlik zəmanəti verir, ancaq onu da qəbul etmək lazımdır ki, bu gün Ermənistan ordusu nəinki “Artsax” üçün, Ermənistan üçün də təhlükəsizlik qarantı deyil. Ona görə də Rusiyanın təhlükəsizlik zəmanətləri Ermənistana da şamil edilir; 3. Açıq-aydındır ki, Rusiyanın mövqeyi zəifləsə, o zaman Cənubi Qafqazda bəziləri düşünə bilər ki, regionda Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının vaxtı çatıb. Bunu ya Ərdoğan, ya da Əliyev edəcək; 4. Bu geosiyasi toqquşmada ikisi Qərbi, üçüncüsü isə Rusiyanı təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədrləri keçmişdə Qarabağ məsələsində konsensusa gəliblər. Bəs yaranmış eskalasiya fonunda bu konsensus necə olacaq, qalacaqmı?"

Sonuncu sual yəqin ki, ritorikdir...  (musavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam