Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Rusiya Ukraynaya hücum etməyə hazırlaşır –ABŞ kəşfiyyatı xəbərdarlıq etdi

ABŞ kəşfiyyat agentlikləri NATO müttəfiqlərini xəbərdar edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Qərbin çox az vaxtı var.

Yenixeber.org: Bu barədə “New York Times” qəzeti cümə günü axşam məlumat yayıb. Qəzetin ABŞ Prezident Administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib. Lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur.

Cümə günü ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı ilə telefonla danışıb. Məlumata görə, onlar Rusiya ordusunun həmin rayonda həyəcanverici fəaliyyətini müzakirə ediblər.

Qəzet yazır ki, Amerika və Britaniya kəşfiyyat xidmətləri Vladimir Putinin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, sabitliyi pozmaq, ya da hakimiyyətə Rusiyayönlü hökumətin gəlməyini təmin edəcək hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirdiyinə getdikcə daha çox əmindirlər.

Onların fikrincə, Putin Minsk sülh prosesinin səmərəsizliyindən əsəbiləşib. Avropanın Rusiyanın təbii qaz tədarükünə daha çox güvənməsi ona ümid verə bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər.

Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına cavab vermək üçün avropalı müttəfiqlərlə birgə fəaliyyət planı təklif edir.

Sanksiyalar bu planın mühüm hissəsidir. Qərb mənbələrinin məlumatına görə, son vaxtlar Voronej vilayətinin Pavlovsk şəhəri yaxınlığında Rusiya ordusunun döyüş hissələri və hərbi texnikası, o cümlədən tanklar, haubitsalar və “İsgəndər” raketləri cəmləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam