Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Bütün xilas yolları Bakıya aparır -Ermənistan uduzub, təzə “partiya” isə olmayacaq

 Azərbaycanla diplomatik əlaqələrin qurulması məğlub ölkə üçün artıq tarixi zərurətə çevrilib; “öz yağında qovrulan əzabkeş xalq” şər qüvvələrin girovluğundan çıxa biləcəkmi?..

Yenixeber.org: Bu gün İkinci Qarabağ müharibəsinin başa çatmasından bir ay ötür. Vətən müharibəsindəki qələbənin bir ayı Bakıda izdihamlı paradla qeyd olunacaq. Parada qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.

Lakin müharibə dayansa da, rəsmən sona çatmamış sayılır. Çünki 44 günlük savaşda haqq etdiyi cəzanı alan Ermənistan Azərbaycanla müharibənin yekunlarını əks etdirən sülh sazişi imzalamayıb. Ona görə ki, hələ də orada “tarixin təkəri”ni geri döndərməyə çalışan, öz xalqını fəlakət girdabından çıxmağa qoymayan şər qüvvələr mövcuddur.

Halbuki dəmir məntiq Bakı ilə sülh müqaviləsinin tezliklə imzalanmasını və Ermənistanın öz qonşuları sayəsində blokadadan çıxaraq, tərəqqiyə üz tutmasını diktə edir. Əfsus ki, belə bir ovqatı müşahidə etmirik. Hazırkı ictimai-siyasi mənzərə belədir ki, erməni cəmiyyətində Türkə nifrət isteriyası qalmaqda və körüklənməkdədir. Azərbaycan və Türkiyə ilə təcili anlaşma yönündə səslənən ağıllı təklif və çağırışlar isə bu faşist ideologiyasının təbliği fonunda eşidilməz olub.

*****

Vətən Müharibəsinin ZƏFƏR PARADI

“Dekabrın 10-da Bakıda keçiriləcək Zəfər paradı Azərbaycanın nasist Ermənistanı üzərində qazandığı qələbənin şərəfinə keçirilir. Erməni xalqı, təəssüf ki, nasizmin qurbanıdır. İrəvanın mərkəzində, nasizm mənasını verən Tsegakron erməni ideologiyasının yaradıcısı olmuş Njdenin 6 metrlik abidəsi ucalır. Ona görə də biz nasizm üzərində, etnik təmizləmə üzərində və mono-etnik Ermənistan üzərində qələbəni qeyd edirik və bununla həm də erməni xalqının nasizmdən qurtulmasına kömək edirik”.

Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bugünkü paradla bağlı deyib.

Təəssüf ki, hələ də “öz yağında” qovrulan və Njdeyə pərəstiş edən erməni xalqının doğru yola tapacağını söyləmək çətindir. Vəziyyətin belə dramatik qalmasında isə şübhəsiz ki, yerli media müstəsna rol oynayır. Belə ki, ölkənin ultra-millətçi KİV-ləri 44 günlük savaşdakı kapitulyasiyanın səbəblərini hələ də Ermənistandan kənarda axtarmaqla məsuliyyəti erməni toplumunun üzərindən atmaq təbliğatı aparır, bununla da öz bədbəxt xalqına təzə müharibənin vacibliyi tezisini aşılayır, erməni xalqı üçün indikindən betər bir acı sonluğun bünövrəsini hazırlayır.

Məsələn, özlərini təmizə çıxarmaq üçün ən geniş şəkildə istifadə olunan (özünü aldanış) tezisləri bunlardır: 1. “Müharibəni erməni xalqı deyil, satqın Paşinyan və komandası uduzub”. 2. “Qəhrəman erməni ordusu”na qarşı vuruşan heç də Azərbaycan Ordusu olmayıb, Türkiyə-Azərbaycan-Pakistan ordu birləşməsi və üstəgəl, “Suriyadan gətirilmiş terrorçu-muzdlular” olub". Hətta erməni saytlarından biri belə bir cəfəngiyyata da yer vermişdi: “Təkbətək döyüşdə Azərbaycan Ordusu 1 mer də qabağa gedə bilməzdi”. 3. “Müharibə zamanı Rusiya Ermənistana qarşı öz müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi üçün məğlubiyyət qaçılmaz oldu”.

Halbuki rəsmi Moskva dəfələrlə bəyan edib ki, Rusiya Ermənistanın təhlükəsizlik və varlıq qarantıdır, erməni işğalı altında olan Dağlıq Qarabağ və 7 rayonun yox. İstənilən halda, Azərbaycanın Ermənistanı məhz təkbətək savaşda darmadağın etdiyini artıq bütün dünya bilir. Təkcə Şuşanın igid hərbçilərimiz tərəfindən necə azad edildiyi az qala uşağa da məlumdur. Həmçinin o da bəllidir ki, - bunu Paşinyan da etiraf edib - Şuşanın ardınca Xankəndinin azad edilməsi an məsələsi idi və o halda 20-25 min erməni əsgəri (işğalçı ordunun 50-60%-i) mühasirəyə düşəcək, ya əsir götürüləcək, ya da məhv ediləcəkdi.

*****

2 rus sərhədçi öldü? – Rusiya erməni yalanını ifşa etdi – Turkustan.info

Bəs onları kim xilas elədi? Kim “ilan”ın başını axıradək əzməyə qoymadı?

Əlbəttə ki, ermənilərin bölgədəki tarixi müttəfiqi və xilaskarı Rusiya. Gəl ki, yenə Rusiya nankorcasına ermənilərə qarşı xəyanətdə suçlanır, Moskva guya Ankara və Bakı ilə birgə gizlicə sövdələşərək, “qədim erməni torpaqlarını türkə satmaqda” ittiham edilir.

Bunlar hələ cəmi bir ay qabağın gerçəyini belə asanlıqla saxtalaşdırılarsa, gör 100 il öncəki, əsrlər əvvəlki tarixi həqiqətlərin başına hansı oyunları açarlar? Daha doğrusu, çoxdan açıblar. Qarabağdakı, Kəlbəcərdəki çoxsaylı qədim alban kilsələrinin necə erməniləşdirilriyini yada salmaq yetər.

Yeri gəlmişkən, Azərbaycan dövlətinin işi indi həm də həmin dini abidələri zərgər dəqiqliyi ilə öz tarixi simasına qaytarmaq, hər cür erməni saxtakarlığı və mənəvi murdarlığından təmizləməkdən ibarət olacaq.

*****

Bu arada Ermənistanda müharibə sonrası krtik durum öz pik nöqtəsinə doğru getməkdədir. Bunu Ermənistanın baş polisi, Nikol Paşinyanın sinif yoldaşı Vaqe Kazaryanın baş nazirə etdiyi son məruzə bir daha təsdiqləyir. Belə ki, Kazaryan ölkədəki vəziyyətin nəzarətdən çıxa biləcəyini və öz gələcəyindən narahat olduğunu baş nazirə bildirib. Paşinyan isə ona vəziyyətin daha da pisləşəcəyi təqdirdə dərhal bütün hakim elitanın evakuasiyasını nəzərdə tutan bir planın olduğuna əmin edib.

Erməni xadim: “Andranik Köçəryan Nikol hökumətinin güzgüsüdür”

Öz növbəsində parlamentdəki hakim “Mənim addımım” blokunun üzvü, müdafiə və milli təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan parlamentin iclasında Azərbaycanla dialoqun başlanması və diplomatik əlaqələrin qurulmasının vacib olduğunu bəyan edib.

“Biz həm mənəvi, həm psixoloji planda, həm də döyüş meydanında məğlub olduq. Bu vəziyyətdən ən qısa müddətdə çıxmaq lazımdır. Qalib gələn tərəflə nə qədər çətin olsa da, dialoqa başlamağa çalışmaq lazımdır. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişdirə bilər” - Köçəryan vurğulayıb.

*****

Erməni olanda nə olar. Düz deyib. Çünki bütün xilas yolları indi Bakıya aparır. Ermənistan isə şahmat termini ilə desək, bir aydır mat vəziyyətindədir. Təzə “partiya” isə olmayacaq. Gözlənilmir...
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam