Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan yeni silahlar alır - müharibə qaçılmaza çevrilir

 

 Ərdoğanın Bakıda Qarabağ mövzusunda apardığı son müzakirələrin pərdəarxası; Ankara Bakının “əlini” gücləndirir...

Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir günlük Bakı səfəri başa çatdı. Qısa müddətli olsa da, səfər kifayət qədər məhsuldarlığı ilə yadda qaldı. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra iki qardaş ölkə arasında hərbi sahə də daxil, bir çox istiqamətlər üzrə əməkdaşlığı daha da dərinləşdirməyə yönəlik çoxsaylı sənələr imzalandı.

İclasdan sonra mətbuata verilən bəyanatda Azərbaycan prezidenti İlham Əliyev iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın digər sahələrdə olduğu kimi, yüksək səviyyədə olduğunu bildirib. Dövlət başçısı bunun daha bir göstəricisi kimi ortaq hərbi təlimlərə diqqət çəkib və keçən il 13 birgə təlimin keçirildiyini, bu il belə təlimlərin sayının artacağını söyləyib. İlham Əliyev habelə, Bakıda qardaş ölkənin rəhbəri ilə görüşdə birgə silah istehsalının müzakirə olunduğunu, ölkəmizin Türkiyədən silah almasının davam etdirəcəyini, iki ölkənin müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirəcəyini söyləyib.

Azərbaycan prezidenti qeyd edib ki, bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim”, - deyə o vurğulayıb.

*****

Türkiyə faktoru sözsüz ki, Qarabağ məsələsində həmişə öz önəmini göstərib. Söhbət təkcə hərbi müstəvidə Azərbaycanla mövcud olan sıx əməkdaşlıqdan getmir. Məlumdur ki, Azərbaycan öz hərbi arsenalını həm də Türkiyədən alınan müasir silah-sursat və hərbi sistemlər hesabına modernləşdirmək, paralel surətdə Türkiyə ordusunun döyüş təcrübəsini əxz eləmək siyasəti aparır. Bu, anklav Naxçıvanda özünü daha qabarıq şəkildə büruzə verməkdədir. İndi isə məlum olur ki, iki qardaş dövlət həm də birgə silah istehsalını təşkil eləmək niyyətindədir. Ermənistan rəhbərliyinin son sərsəm bəyanatları ilə sülh danışıqlarının faktiki, fiasko olduğu, müharibə variantının masa üzərinə gəldiyi zamanda Ankara-Bakı hərbi əməkdaşlığı indi xüsusi məna kəsb eləməkdədir.

2016 aprel ile ilgili görsel sonucu

Türkiyə amilinin Qarabağ məsələsinə təsiri Ankaranın Moskva ilə genişlənən iş birliyi fonunda da qabarıq görünməkdədir. Başqa yandan, bu, indi 20 il, hətta 5 il qabaqkı Türkiyə deyil. Türkiyə hazırda nəinki qlobal gücdür, həmçinin beynəlxalq münasibətlər sistemində, qlobal proseslərdə çox mühüm oyunçulardan biri, Güney Qafqaz da daxil olmaqla, böyük bir coğrafiyada mövqeyi vazkeçilməz olan dövlətdir. Bu da Azərbaycanın “əlini” gücləndirən mühüm bir reallıqdır.

Heç şübhə yox ki, bu gerçəklik enində-sonunda özünü Qarabağ münaqişəsinin yekun nizamlanmasında da göstərəcək - istər sülh yolu ilə həll yolu olsun, istərsə də hərb variantı. Hələ ki, qardaş ölkə bəzi xarici məkrli qüvvələrin əli ilə Yaxın Şərqdə, ərəb dünyasında süni şəkildə qızışdırılan konfliktlərə cəlb olunub. Ankara özünün milli maraqlarını, xüsusən də milli təhlükəsizliyini əsas götürərək bu münaqişələrə qatılmaq zorundadır. Ancaq qardaş məmləkət ətrafında kritik situasiya bir gün mütləq başa çatacaq və o zaman Türkiyə Dağlıq Qarabağ ixtilafının ədalətli çözümünə real və böyük töhfəsini verə biləcək. Təbii ki, həm də Rusiyaya olan təsir rıçaqlarını işə salmaqla.

*****

Yada salaq ki, ötən əsrin 90-cı illərinin əvvəlində, Kəlbəcərin işğalından sonra Qarabağ məsələsində uğurlu Ankara-Moskva-Vaşinqton üçlü formatı mövcud olub. Əfsus ki, həmin format bir neçə il sonra Moskva-Paris-Vaşinqton formatı ilə, yəni ATƏT-in Minsk Qrupunun üçlü həmsədrliyi ilə əvəz olundu. Türkiyə kənarda qaldı. Nəticədə Qarabağ konfliktinin dinc həllində heç bir irəliləyiş əldə olunmadı.

2016 aprel ile ilgili görsel sonucu

Bır sıra rusiyalı analitiklər də Türkiyə-Rusiya amilinin Qarabağ məsələsinə təsirinin real olduğunu düşünürlər.

“Regionda yetərincə gərginliyin sərt məqamları oldu ki, Dağlıq Qarabağ konfliktindən yan keçdi. Lakin Türkiyə və Rusiya arasında gərgin situasiya bu və ya digər şəkildə münaqişəyə təsir edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Suriyanın İdlib bölgəsi ətrafında iki dövlət arasında müşahidə olunan gərginliyin Qarabağ məsələsinə mümkün təsirləri haqda erməni KİV-ə danışarkən deyib.

2016 aprel ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti zonasında gərginlik son dəfə 2016-cı ilin aprelində pik həddə çatıb. “Məhz həmin vaxt Türkiyə-Rusiya münasibətlərində gərginlik müşahidə edilmişdi. Təəssüf ki, bu gün Moskva və Ankara Suriya məsələsində anlaşa bilmir və situasiya gündən-günə gərginləşir. Bu da bu və ya başqa şəkildə Qarabağda da gərginliyi artıra bilər”, - deyə hərbi analitik əlavə edib.

*****

2016-cı ilin aprelində təyyarə insidentinə görə Rusiya və Türkiyə ile ilgili görsel sonucu

Ancaq 2016-cı ilin aprelində təyyarə insidentinə görə Rusiya və Türkiyə arasında münasibətlər ən aşağı həddə idi və bunun dolayı neqativ təsirini Azərbaycan da hiss edirdi. Lakin indi Suriya ilə bağlı ziddiyyətlərə rəğmən, Rusiya-Türkiyə münasibətləri ikitərəfli əməkdaşlıq tarixində bəlkə də ən yaxşı dövrünü yaşayır və nə Moskva, nə də Ankara böyük səylər və əziyyətlər hesabına əldə olunmuş hazırkı əməkdaşlığı görməzlikdən gələ bilməz. Ümid eləmək qalır ki, martın 5-ə Türkiyə, Rusiya, Almaniya və Fransa prezidentləri arasında nəzərdə tutulan yüksək səviyyəli, dördftərəfli görüş Moskva və Ankara arasında İdlib ziddiyyətinə son qoyulmasına gətirəcək.

Başqa yandan, Azərbaycanla Rusiyanın əlaqələri də yüksək səviyyədədir. Bu da Dağlıq Qarabağ məsələsində Türkiyənin köməyi ilə şimal qonşumuzu daha ədalətli mövqeyə sövq eləmək üçün mühüm köməkçi faktor rolunu oynaya bilər. Söhbət həm də Bakının lokal hərbi əməliyyatlara Kremlin “yaşıl işıq” yandırmasından gedir...(musavat)    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam