Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan Qarabağda birgə atəşkəsə nəzarət mərkəzindən danışdı

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenixeber.org: Telefon danışığında tərəflər Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya daxil olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər.

Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib, hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ermənistan işğalından azad edilən və Azərbaycanın müəyyən etdiyi ərazidə fəaliyyət göstərəcək birgə atəşkəsə nəzarət mərkəzində Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək.

O, mühüm bir məsuliyyətin Rusiya tərəfinin üzərinə düşdüyünü də bildirib.

Ərdoğan, Ermənistanın işğalı nəticəsində Qarabağı məcburi tərk etməli olan azərbaycanlıların öz torpaqlarına qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam