Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Vətənsiz qalan azərbaycanlılar -Türkiyədə

 

12 il bundan əvvəl Azərbaycanda yaşayan və valideynləri boşandıqdan sonra anaları ilə birlikdə Bursa şəhərinə köçən azərbaycanlı qardaşların aqibəti Türkiyə mətbuatında işıqlandırılıb.

Yenixeber.org: “Yeni Şəfəq” nəşri anaları ilə birlikdə Bursa şəhərinə köçən qardaşlar – 21 yaşlı Samir və 19 yaşlı Zaminkar Bağırovların əvvəlcə analarının yeni həyat yoldaşı ilə yaşadıqlarını yazıb. 5 il əvvəl isə aralarında mübahisə yarandığı üçün qardaşlar başqa evə köçüblər. Həyatları günəmuzd işlərdə çalışmaqla keçib.

Bağırovların ən böyük problemi isə hazırda heç bir ölkənin vətəndaşı olmamalarıdır. Belə ki, vətəni tərk edərkən vətəndaşlıq üçün təyin olunan yaş həddinə çatmayan qardaşlar sonradan Türkiyə vətəndaşlığı üçün müraciət etsələr də, faydası olmayıb. Qardaşlar vətəndaşlıqları olmadığı üçün hazırda Azərbaycana da qayıda bilmirlər.

“2007-ci ildə qardaşım və anamla bərabər Türkiyəyə gəldik. Hazırda 19 yaşım var. Biz Azərbaycandan bura doğum sənədi ilə gəldik. Azərbaycan qanunlarına görə, yaşımızla əlaqədar şəxsiyyəti sənədi ala bilmədik. Sənədimiz olmadığı üçün fabrikdə işləyə bilmirik, sığortamız yoxdur, tibbi xidmətlərdən faydalana bilmirik. Bizi mütəmadi olaraq müxtəlif qurumlara göndərirlər. Ancaq hər biri başqa yerə yönləndirir, nəticəsi olmur. Biz Türkiyə vətəndaşı olmaq, vəsiqə almaq, burada hərbi xidmət keçmək istəyirik”, - Zaminkar Bağırov bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam