Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Ərdoğan tələb etdi, Paşinyan onu Türkiyəyə qaytardı

    

Ərdoğan tələb etdi, Paşinyan onu Türkiyəyə qaytardı
Ermənistanda iki ay həbsdə saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmen sərbəst buraxılaraq ölkəsinə göndərilib.
Yenixeber.org: Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Umut artıq Türkiyəyə gələrək ailəsinə qovuşub. 

“Sərhəddi bilmədən keçdim. Saxlananda vəziyyəti ciddiyə almadım. Ən azı bir günə məsələ həllini tapar, deyə fikirləşdim. Amma üzərimə silah tuşlananda vəziyyətin ciddiliyini anladım. Türkiyə və ailəm üçün çox darıxmışdım. Ailəm və məktəbimə qovuşmaq istəyirəm”, - deyə Umut vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək İrəvan həbsxanasında saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmenin ekstradisiya olunmasını istəmişdi. Paşinyan Ərdoğanın tələbini yerinə yetirərək onu azad edib.

Türkiyənin Qars əyalətinin Akyaka rayonunda ailəsi ilə yaşayan 16 yaşlı Umut Əli 24 iyulda Şiş təpəsindəki yaylaqda heyvanları geri qaytarmağa çalışarkən fərqində olmadan Türkiyə-Ermənistan sərhəddini keçib. O, Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Erməni dilini bilməyən türkiyəli yeniyetmə döyülərək təcavüzə məruz qalıb, müxtəlif bədən xəsarətləri alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam