Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Britaniya kral ailəsində qalmaqal- Şahzadələr bir-birini görmək istəmir

Britaniyalı şahzadə Harri böyük qardaşı Uilyamın ünvanın sərt ittihamlar irəli sürüb

 

Yenixeber.org: Britaniyalı şahzadə Uilyam və Keyt Middlton Kral fondunun iclasına gəlməkdən imtina edib. Buna səbəb həmin görüşdə şahzadə Qarri ilə Meqan Marklın iştirak etməsi olub.

Bu haqda The Sun nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Məlumata əsasən Britaniyalı şahzadə Harri böyük qardaşı Uilyamın ünvanın sərt ittihamlar irəli sürüb. Harri qardaşının onunla həyat yoldaşı Meqan Mark arasında olan münasibətləri korlamağa çalışdığını iddia edir.

Nəşrin mənbəyi təfsilatlara varmaqda çəkinsə də, Qarrinin əvvəllər anası – şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hiss etdiyini və buna görə həyat yoldaşını himayə etməyə çalışdığını söyləyib.

“O Meqana ünvanlanan heç bir tənqidi qəbul etmir, bu məsələdə o qədər həssasdır ki, istənilən sözü tənqid kimi və neqativ olaraq qəbul edir.”, -deyə mənbə qeyd edir.

Britaniyanın “sarı mətbuatı” bir müddət əvvəl də, kral ailəsinin üzvləri arasındakı münasibətlərdə gərginliyin yaşandığını yazırdı. İddiaya görə, məhz qardaşlar arasında düşən söz-söhbətdən sonra Qarri həyat yoldaşı ilə Kensinqton sarayından köçməyə qərar verib. Sonradan bu informasiya təkzib olunub: cütlüyün şəxsi həyat toxunulmazlığına görə yaşayış yerini dəyişdiyi bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam