Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənilər Paşinyana etiraz edir: -“İstefa verib ölkədən getsin!”

Ermənilər Paşinyana etiraz edir:  “İstefa verib ölkədən getsin!”
Ermənistanda cəbhədəki məğlubiyyətlərin yaratdığı hərbi-siyasi böhran kasıb erməniləri cana gətirib.
Yenixeber.org: Artıq sosial şəbəkələrdə Ermənistanda artan ağır iqtisadi böhranın kritik həddə çatması daha çox müzakirə mövzusuna çevrilib. Digər tərəfdən Qarabağdakı döyüşlər səbəbindən ermənilərin kütləvi şəkildə İrəvana köç etməsi hökumət üçün əlavə yük olub. Problemlərdən boğaza yığılan ermənilər Baş Nazir Nikol Paşinyana etiraz edir, onu dərhal istefa verməyə çağırırlar.

Aktiv sosial şəbəkə istifadəçisi olan Qayana Şaxnazaryan-Arutyunyan adlı Ermənistan vətəndaşı yazdığı statusda aşkar şəkildə Paşiyanı aşağılayıb. O, Nikolun ölkəsi üçün bəlaya çevrildiyini deyib. Qayananın sözügedən paylaşımı narazı ermənilər tərəfindən dəstəklənib, onlar da Paşinyanın istefa verməsini tələb ediblər:

“Haqlısınız, milli maraqlarımızı satanların məsələsini aktuallaşdırmağın zamanıdır. Satqınlar rəhbərlikdədir, cəbhədə isə hər şey daha da pisdir...”

Rafael Poqosyan yazıb: “Vətən xainləri torpaqlarımızı çoxdan satıblar və indi bu milyonlar hesabına Amerikada yaşayırlar”.

Şərhlərdə fikir ayrılığı da yaranıb. Ano Hayriyan adlı istifadəçi yazıb: “Belə ağır günlərdə bu cür məsələni necə qaldırmaq olar? "Qələbəmizdən" sonra bu kimi problemləri oturub müzakirə edə bilərik. Qələbə nə Sarkisyanın, nə Nikolun, nə də Köçəryanın olacaq. Tarix sizə heç nəyi dərs etmədimi? 2016-cı il hadisələri sizi oyatmamışdımı? Guya strateji əhəmiyyəti olmayan, lazımsız torpaqları vermişdik. Açın xəritəni və baxın ki, həmin yerlər üçün nə qədər övladlarımızı qurban verdik. Burada etiraz şərhləri yazan kişilər, yeriniz saytlar yox, cəbhə olmalı idi...”



Aleco adlı erməni isə vurğulayıb ki, bu statusda həqiqətlər çoxdur və Paşinyanın istefası bir çox problemi həll edəcək. O, həmçinin iddia edir ki, Türkiyə xüsusi xidmət orqanlarının agentləri artıq Ermənistanın idarəçilik sisteminə sızıb: “Ölkəni agentlərdən təmizləmək lazımdır”.



Müzakirələrə qoşulan Evelina Arutyunova Ermənistanın yeni rəhbəri kimi separatçı Araik Arutyunyanı gördüyünü deyib: “Bu tərəvəz Paşinyan arvadı ilə birgə ölkəni tərk etməlidir”.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentini izlədikdə yüzlərlə belə geniş auditoriyanın müzakirəsinə çıxarılmış statuslar görmək olar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam