Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Xəyallarımız, hədəflərimiz puç oldu” -Paşinyanın qızı

“Xəyallarımız, hədəflərimiz puç oldu” -  Paşinyanın qızı
Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib.
Yenixeber.org: Paşinyanın qızının “Facebook”dakı profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib.

Hətta xəbər saytları yazır ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş qarşılanmayıb.

Nikolun qızı statusunda yazıb ki, “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”.



Onu da bildirək ki, Maryam Paşinyana sosial şəbəkələrdən də ciddi təzyiq gəlib. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Maryamın Soros qulu olan atası bu ölkəni uçuruma sürüklədi.

Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır...”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam