Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ

Kreml Paşinyan üçün plan hazırlayır


İşğal edilmiş ərazilərimizə rəhbərlik uğrunda mübarizə Ermənistanda siyasi gərginliyi artırmaqda davam edir.

Yenixeber.org: Baş verən hadisələr, səslənən ittihamlar artıq ölkədəki siyasi qüvvələrin üz-üzə olduğunu deməyə əsas verir. Ölkənin Baş naziri Nikol Paşinyanın istefasına çağırışlar daha çox səslənməyə başlanıb.

"Milli Həmrəylik" Partiyasının lideri Aram Harutyunyan Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda keçiriləcək "seçkilər" öncəsi istefa verəcəyini söyləyib. "Ermənistanın səsi" qəzetinə verdiyi müsahibəsində politoloq qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi hakimiyyət qarşıdakı seçkilərə müdaxilə etmək və öz adamlarını separatçıların rəhbərliyinə gətirmək niyyətindədir. “Bu planların gerçəkləşəcəyi təxmin olunmur, Paşinyan Qarabağdakı seçkilərdən əvvəl istefaya gedəcək” - deyə Harutyunyan bildirib. Harutyunyanın sözlərinə görə, ölkə dağılmaq ərəfəsindədir və Ermənistandakı siyasi qüvvələr vaxt itirməməlidirlər. O, Qarabağda münaqişəni gərginləşdirmək istəyən qüvvələrin olduğunu və vəziyyətə görə bütün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşdüyünü deyib. Əlavə edib ki, hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Paşinyan özünü sığortalamağa cəhd edəcək. “Milli Həmrəylik” Partiyasının lideri vurğulayıb ki, hökumət başçısı Qərb qüvvələrinin iradəsi ilə Ermənistanı Azərbaycanla müharibəyə sövq edir.

Beləliklə, ölkə daxilində mövcud siyasi və sosial gərginlik fonunda Rusiya tərəfindən sevilməyən Paşinyanın yaxın gələcəkdə istefa verəcəyi gözlənilirmi?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağda gedən proseslər Ermənistanda baş verən siyasi hadisələrə təsir edir:

““Qarabağ klanı” ciddi şəkildə Nikol Paşinyana qarşı hazırlıq prosesinə başlayıb. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də işğal olunmuş Azərbaycan ərazilərinə gələrək, “Qarabağ klanı”nın yanında olduğu mesajını verdi. Çünki gələn il qondarma rejimdə prezident seçkiləri keçiriləcək və burada rəhbərliyi Paşinyana, İrəvan klanına vermək istəmirlər. Ermənistanda daxili vəziyyətdən narahat olan siyasi elita bildirir ki, Paşinyanın tərəfdarı seçkilərdə qalib gəlsə, o öz siyasi mövqeyini gücləndirəcək. “Qarabağ klanı” isə hakimiyyətdə qalarsa, Paşinyanın dayaqları zəifləyəcək”.

Politoloq hesab edir ki, Rusiyanın siyasi elitası ”Qarabağ klanı”-nı Qarabağda hazırlayaraq Ermənistanda hakimiyyətə gətirə bilər:

“Nikol Paşinyanın öz komandası da bundan narahatdır, müxalifət də bu proseslərə qoşulub. Rusiya Prezidenti Vladimir Putinin də Paşinyana münasibəti müsbət deyil. Amma bu o demək deyil ki, Rusiya Ermənistandan əl çəkib. Rusiyada çalışırlar ki, Ermənistanda öz istədikləri şəxsi hakimiyyətə gətirsinlər. Hazırda Ermənistanda daxili siyasi vəziyyətdə tarazlıq yoxdur, sosial problemlər dərinləşir, işğal olunmuş ərazilərdə proseslər Paşinyanın əleyhinə işləyir. Baş verən proseslər fonunda gələn ildən başlayaraq iki klan arasında siyasi mübarizə kəskinləşəcək. Hətta tərəflər müəyyən dərəcədə lokal insidentlərə də gedə bilər. Paşinyanın hakimiyyəti əlində saxlayacağı bir o qədər də mümkün görünmür. Kreml “Qarabağ klanı”nın yanında olmaqla prosesləri nəzarətdə saxlayacaq və çalışacaq ki, növbəti mərhələdə Paşinyanı hakimiyyətdən devirsin. Ölkənin daxilində də Rusiyanın bu mövqeyindən kənara çəkiləcəyini düşünmürlər və mütləq şəkildə Paşinyana qarşı müəyyən bir ssenarinin işlənib hazırlanacağını gözləyirlər”.

Nikol Paşinyanın Qərb qüvvələrinin iradəsi ilə Ermənistanı Azərbaycanla müharibəyə sövq etməsinə haqqında Aram Harutyunyanın fikirlərinə gəlincə, Məhəmməd Əsədullazadə bu mövqeyi haqlı hesab etdiyini dedi:

“Qərb inqilab ərəfəsində Paşinyanın qarşısında münaqişə ilə bağlı müəyyən tələblər irəli sürüb. Həmçinin ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da bununla bağlı Paşinyana mesajlar vermişdi.

Paşinyanın davranışları, “Qarabağ Ermənistandır” kimi bəyanatları da Aram Harutyanın haqlı olduğunu göstərir. Bunlar göstərir ki, Paşinyan Azərbaycanı müharibəyə sürükləmək istəyir. Ermənistan ictimaiyyəti də bundan ciddi narahatdır.

Ölkənin siyasi elitası müharibənin əleyhinədir, çünki müharibə başlayacağı təqdirdə Ermənistandakı daxili vəziyyət sosial partlayışa gətirib çıxara bilər”. (dia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam