5 minə yaxın erməni hərbçi “yoxa çıxıb” –Paşinyana qarşı kütləvi etiraz hazırlığı
Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatları davam edir. Geridə qalan 13 gün ərzində Ermənistana cəbhənin bütün istiqamətlərində sarıdıcı zərbələr vurulub, nəticədə işğal altında olan bəzi ərazilərimiz azad edilib. Bu günədək Ermənistan tərəfi çoxsaylı itkilər verib, yüzlərlə hərbi texnikaları sıradan çıxarılıb.
Yenixeber.org: Rəsmi İrəvan canlı qüvvə baxımından çoxsaylı itkilər verməsini mümkün qədər ictimaiyyətdən gizlətməyə çalışır. Sosial şəbəkələrin Ermənistan seqmentində yer alan məlumatlar isə göstərir ki, ölü sayı rəsmi açıqlanan rəqəmlərdən qat-qat çoxdur.
Belə ki, erməni istifadəçilərin yaydığı xəbərlərə əsasən, Ermənistanın cəbhə bölgəsində 5 minə yaxın zabit və əsgər heyəti “yoxa çıxıb”. İndiyədək onlar barədə heç bir məlumat yoxdur.
Ermənistan vətəndaşları ölkənin müdafiə nazirliyini real itkiləri gizlətməkdə ittiham edir və Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayaraq İrəvanın yalanlarını ifşa edirlər. Bununla işğal edilmiş ərazilərdə ordumuza qarşı döyüşlərdə Ermənistanın, onun hərbi qüvvələrinin iştirak etməsi bir daha təsdiq edilir.
Cəbhədəki erməni əsgərlərinin, hətta zabitlərinin valideynləri, yaxınları onların adlarını nə ölü, nə də yaralı siyahısında tapa bilirlər. Hərbi hissələrdən isə onlara bununla bağlı hər hansı məlumat verilmir. Bu isə Ermənistan hərbi rəhbərliyinin itkiləri gizlətməsinin növbəti təsdiqidir. Yalnız əsgərlər yox, zabitlər arasında da itkilər çoxdur.
Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan sosial şəbəkələrdə hərbçilərin taleyi ilə bağlı paylaşımların çox olduğunu etiraf edib.
“Bəzi vətəndaşlar bu günlərdə övladlarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik” - bu açıqlama ilə Artsrun Ovannisyan canlı qüvvə sarıdan da Ermənistanın çoxsaylı itkilərə məruz qalmasını təsdiqləyir.
Sosial şəbəkələrdə apardığımız müşahidələr göstərir ki, məcburi şəkildə döyüşə göndərilən ermənilərin ailələri qorxu və təşviş içindədir. İtki məsələnin aktiv şəkildə gündəmə gəlməsi Paşinyan iqtidarına qaşı əsgər analarının və bütün cəmiyyətin yeni etiraz aksiyalarına başlaması üçün zəmin yaradır. Hətta bununla bağlı təkliflər də səsləndirilir. Yaxın günlərdə Azərbaycan qarşıısına məğlub duruma düşən Paşinyan hakaimiyyəti əleyhinə kütləvi etiraz aksiyalarının başlanacağı istisna edilmir.