Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

ÇİN AMERİKAYA MEYDAN OXUMAĞA BAŞLASA… –“Brexit” Qərbin qürubunun başlanğıcıdırmı?

london

Yenixeber.org: Henri Kissincer 1980-ci illərin axırında Londonda söylədiyi nitqi zamanı maraqlı bir ifadə işlətmişdi: “Adəm və Həvva cənnət bağından qovulandan sonra Adəm üzünü Həvvaya tutub deyib: əzizim, başa düşürsənmi, biz indi keçid dövründə yaşayırıq”.

Əlbəttə ki, Kissincerin bu sözlərini istənilən dövrə aid etmək olar, amma onu da unutmayaq ki, istənilən standarta görə müasir dünyamız özünəməxsus və nadirdir.

Böyük Britaniya 2019-cu ilin mayında yarım əsrə yaxın bir müddətdə üzvü olduğu Avropa Birliyini tərk edəcək. Bunun nəticəsində nə olacağı aydın deyl, lakin biz bilirik ki, gələcək əvvəlki dövrlərdən xeyli fərqlənəcək.

Hazırda Birləşmiş Ştatlar özünün 250 illik tarixində Donald Tramp administrasiyasının həyəcanını yaşayır.
Çin, SSRİ-nin dağılmasından sonra ABŞ-ın 30 ildir davam edən yeganə fövqəldövlət statusuna son qoyub. Əgər Çin dünya hegemonluğu uğrunda Amerikaya meydan oxumağa başlasa, onda bu nəinki iki dövlətə, eyni zamanda bütün dünyaya ciddi təsir göstərəcək.

Biz Sovet İttifaqının parçalanmasından sonra Rusiyanın qlobal güczüslüyünün artıq sona çatmasını müşahidə edirik. Ola bilər ki, Rusiya Sovet İttifaqı kimi super güc deyil, lakin onu hesaba almamaq olmaz.

Görəsən bütün bu proseslər ayrı-ayrı təsadüflərdimi? Və ya bəlkə onları ümumi nə isə birləşdirir? Biz bunu yaxşı anlamaq üçün geriyə – 1989-cu ilə, Berlin divarının yıxılmasına qayıtmalıyıq. Təəccüblüdür ki, məhz bu hadisədən iki yüz il öncə – 1789-cu ildə Fransa inqilabı baş vermişdi.

Əsl həqiqətdə 1989-cu ildə və ondan sonra baş verənlər, eyni hadisələr yox, bir-biriylə qarşılıqlı əlaqəsi olan tarixi hadisələrdir və onların çoxsaylı nəticələri olub.

Birincisi – Bu soyuq müharibənin, daha doğrusu isə, planeti Üçüncü Dünya Müharibəsinə və nüvə xolokostuna gətirib çıxara biləcək SSRİ və ABŞ arasındakı gərgin qarşıdurmanın başa çatmasıydı. Bu gün Rusiya aqressivdir, amma Putin qlobal güc olmaq üçün ABŞ-ın yerini tutmağa can atmır.

İkincisi – Bu kommunizm və kapitalizm arasındakı qarşıdurmanının sonu oldu. Kommunizm dağıldı, ona görə ki, kommunizm Avropa və Şimali Amerikada olduğu kimi əhalinin yaşayışını orta gəlir səviyyəsinə yaxın səviyyəyə gətirə bilmədi. Bu gün kapitalizm və bazar iqtisadiyyatı, xalq respublikası adlanan Çin də daxil olmaqla, bütün dünyada tətbiq olunur.

Üçüncüsü – 1989-cu ildən sonra Avropanın ən sonuncu imperiyası – Rusiya imperiyası parçalandı. SSRİ 15 dövlətə bölündü. Bu gün Putin 1720-ci il Birinci Pyotr dövrünün sərhədləri çərçivəsinə uyğun gələn ərazini idarə edir. Ona görə də, Putin hətta prezident olmamışdan öncə də qeyd edirdi ki, Sovet İttifaqının dağılması böyük geosiyasi fəlakətdir. O, sovet kommunizminin deyil, Rusiya imperiyasının xiffətini çəkib. Rusiya imperiyası ən son dağılan imperiyadır. Bu, ona görə son dağılan imperiyadır ki, Rusiya imperiyası digər Avropa imperiyalarından fərqlənib.

Britaniya, İspaniya, Portuqaliya, Fransa, Hollandiya Asiya, Afrika və Amerika ərazilərini zəbt etməklə imperiya olublar. Nə vaxt ki, müstəmləkələr müstəqillik qazandılar, həmin imperiyalar süquta uğradı.

Lakin Britaniya, Fransa və digər dövlətlər Asiya və ya Afrikanın bir parçasını nəzarət altında saxlaya bilmədikləri üçün özlərini zəif hiss etmədilər. Rusiya isə öz tarixi boyu başqa bir vəziyyətdə olub. Bir dövlət kimi onun 17-ci əsrdəki əraziləri və müvafiq olaraq da sərhədləri az idi. Rusiya romalılar kimi öz təhlükəsizliyini möhkəmləndirmək və həmçinin, əvvəlcə əldə etdiyi torpaqları qorumaq üçün sərhədlərini genişləndirməliydi. Putinlə Britaniya arasındakı mövcud qarşıdurma, onun itirilmiş torpaqların bir hissəsini geri qaytarmaq arzusu ilə bağlıdır.

1989-cu ildən sonra baş verən dramatik proseslərin nəticəsi Avropa və dünya üçün tarixin yox, ideologiyanın sonu oldu. Reallıq çox vaxt belə olur ki, nə vaxt bir qapı açılır, digəri sizin üzünüzə çırpılır! Sonrakı illər biz populizmin inkişafını, millətçilik və avtoritar liderlərin yeni nəslini müşahidə etdik.

21-ci əsrin əvvəlində elə güman olunurdu ki, liberalizm, demokratiya və liberal dəyərlər artıq zəfər çalıb. Elə 16-cı əsrdə Reformasiyanın ardından Kontrreformasiya gəldiyi kimi biz bu gün cavab reaksiyası ilə qarşılaşırıq. Bu o demək deyildir ki, dünya əvvəlki vəziyyətə qayıdır. Ancaq belə deyə bilərik ki, dünya iki addım irəli getmişdi, indi bir addım geriyə atır.

“Brexit”in müsbət tərəflərinin olmasına baxmayaraq, Avropa Birliyindən çıxdıqdan sonra Böyük Britaniyanın geri addım atacağını söyləmək olmaz.

Çoxları belə bir sual verir ki, nəyə görə Avroskeptisizmin bütün Avropaya yayıldığı bir vaxtda, Böyük Britaniya Avropa Birliyinin tərkibindən təkbaşına çıxır. Bunun səbəbi var. Belə ki, Böyük Britaniya bir dövlət kimi izolyasionizm, millətçilik və ya Britaniya imperiyası nostalgiyasına mübtəla deyil. Amma Böyük Britaniya özünün ada olmaq tarixi təcrübəsi ilə sıx bağlıdır.

20-ci əsr Avropa üçün dəhşətlərlə dolu dövrdür. Bu qitə nəinki iki dünya müharibəsinin beşiyi olub, həm də demək olar ki, Avropa qitəsinin bütün ölkələri azadlıqlarının necə tapdandığını görüblər. Hətta bəzi hallarda bu bir neçə nəsillər boyu davam edib. Almaniya nasist tiranlığından, İtaliya Mussolini faşızmindən, Portuqaliya, İspaniya və Yunanıstan diktaturadan əziyyət çəkib. Polşa, Çexiya və Şərqi Avropanın bütün ölkələri yarım əsrə yaxın müddət ərzində sovetlərin ideoloji və siyasi nəzarətində qalıblar. Fransa, Belçika, Hollandiya və həmçinin də Skandinaviyanın bir hissəsi İkinci Dünya Müharibəsində Hitler tərəfindən zəbt və işğal edilib.

Avropa Birliyi təkcə ona görə yaradılmayıb ki, bundan sonra Qərbi Avropa xalqları heç zaman bir-birləriylə müahribə etməsinlər. Bu birlik həmçinin onunçün yaradılıb ki, demokratiya və qanunun aliliyini qəbul edən yeni Avropa meydana gəlsin.

Əksər avropalılar öz ölkələrinin suverenliyinin azaldılmasını, milli strukturlar üzərində inkişafı, vahid Avropa valyutasını, milli sərhədlər üzərində nəzarətin götürülməsini və digər inteqrasiya aspektlərini qəbul ediblər. Onlar bu dəyişikliyə ona görə razı oldular ki, nəticə arzuolunan idi və həm də, heç zaman azadlıqlarının itirilməməsi və tiran rejimində idarə olunmamaq üçün istənilən güzəştə getməyə hazırdırlar.

Britaniya xalqı bu ideyaları bölüşür, amma bu ideyalar Brüssel hökumətinin Böyük Britaniya üzərində nümayəndəlik qurmasına yol açacaq gücdə deyil. Britaniyanın bəxti gətirib ki, o, adadır. Bu ada dövlətini 1066-cı ildə Fateh Vilhelmdən sonra heç kim, heç zaman zəbt edə bilməyib. Bu dövlətin parlament sistemi və qanunun aliliyi prinsipi 17-ci əsrdən – Oliver Kromvel zamanından indiyədək pozulmayıb.

Ümumi nəticədə Brtaniya ictimaiyyətini (isveçrəliləri də həmçinin) ölkə suverenliyinin məhdudlaşdırılmasının itki olmadığına əmin etmək mümkünsüz görünür.

(The National İnterest-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam