Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu, Amerika prezidenti üçün böyük biabırçılıq oldu” –SEPAH komandiri - VİDEO

 

“Bu, Amerika prezidenti üçün böyük biabırçılıq oldu” – SEPAH komandiri

ABŞ prezidenti Donald Trampın nitqi üzərində gülüş ABŞ-ın ən böyük təcridini göstərir.

Yenixeber.org: “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri bildirib.

Onun sözlərinə görə, hadisə Amerika prezidenti üçün böyük biabırçılıq oldu.

“Siz onların gülüşünü gördünüz. Bu onu göstərir ki, Amerika ən böyük təcriddədir və bu, böyük siyasi biabırçılıq idi”, - Cəfəri deyib.

Qeyd edək ki, dünən BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp gözlənilməz reaksiya ilə qarşılaşıb. İdarəçiliyi dövründə ABŞ tarixinin ən böyük nailiyyətlərini yaşadığını deyən Trampın bu sözlərinə zaldakı dünya liderləri ucadan gülüblər. Gülüş səslərini eşidən Tramp “belə reaksiya gözləmirdim, lakin problem yoxdur” deyə qarşılıq verib.

Tramp eyni zamanda, bildirib ki, Tehran öz siyasətini dəyişəcəyi təqdirdə, İran rəhbərliyi ilə görüşməyə hazırdır: “Bu, baş verəcək. Hesab edirəm ki, onların seçimi yoxdur. Biz İranla yaxşı əlaqələr qurmaq istəyirik, lakin bu, indi baş verməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam