ƏGƏR ÇOXTƏRƏFLİ SİYASƏT MƏŞƏLİ SÖNƏRSƏ… –Dünya hara gedir?
“Güclü nəyi istəyirsə, zəif isə nəyi bacarırsa onu edir” – bu sözləriylə yunan tarixçisi Fukidid Afinanın Melos adasının qarşısına qoyduğu “Ya tələblərimizi qəbul edin, ya da qılınclarımız altında ölməyi seçin” tarixi ultimatumunu xatırladır.
Yenixeber.org: Tarix min illiklər ərzində bu hakimiyyət fəlsəfəsini tətbiq edib. Lakin 1945-ci ildə müharibədən yorulan ABŞ prezidenti Trumen, diplomatlar Harriman, Bolen, Kennan, keçmiş general Marşal və nazirlər Eykson və Lovvet strategiyanı dəyişdilər.
20-ci əsrin məğlub olmuş “melosluları” – avropalılar və asiyalılara edilən yardımlarıyla, Amerika Vaşinqtonun rəhbərliyi altında və BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümümdünya Ticarət Təşkilatı, NATO, Fulbrayt stipendiyası kimi çoxtərəfli institutların təminatı ilə dünya nizamına birləşməyin əvəzində onlara sülh və inkişaf təklif edib.
Həmin tarazılıq soyuq müharibə ilə birlikdə sona çatdı və 1989-cu ildən sonra yaranmış keçid dövrü də qurtarmaq üzrədir.
“İlk öncə Amerika” şüarı üzərində qurulmuş Donald Trampın prezidentliyi Atlantik oxunu əydiyinə görə sakitləşməyən Angela Merkel bu sözləri deməyə məcbur olub: “Biz təhlükəsizlik məsələlərində artıq Amerikaya ümid bəsləyə bilmərik”.
Rusiya prezidenti ABŞ və Avropa Birliyi arasındakı istənilən ziddiyyətdən bacarıqla istifadə edir. Öz ölkəsində Maodan sonra ən güclü mövqe tutmuş Çin lideri Si Çzinpin Yaponiya imperiyasının çöküşündən bu tərəfə ABŞ-ın hökmranlıq etdiyi Sakit okeandakı ticarət yollarını tutmaqla və “Bir yol-bir zolaq” infrastrukturunun inkişaf planı ilə kasıblar üçün lombard rolu oynamaqla, Vaşinqtonun mövqeyini sıxışdırır.
Filosof Frensis Fukuyama ”Foreign Affairs” jurnalında qeyd edir ki, 1945-ci ildə olduğu kimi, Çin Asiyada, Afrikada və hətta Avropada (Yunanıstan, Belçika, İspaniya və İtaliyadakı portların Çinin “Cosco” və “CMPH” qrupları tərəfindən alınmasını xatırlamaq kifayətdir) təsir imkanlarını satın alır.
Beləliklə, bazar iqtisadiyyatının və demokratiyanın keçmiş parıltılı vitrini olan köhnə ”Böyük yeddilik” elə Fukuyamanın özünün də arzuladığı kimi, əmin idi ki, tarixə nöqtə qoyublar. İndi onlar əllərindən heç nə gəlməyən çarəsiz centlmenlər klubuna çevriliblər. Sammitin növbəti sahibi, şən kanadalı Castin Trüdo “Böyük yeddik”-in qadınlar və hakimiyyət, həmçinin də dənizlərin çirklənməsinə qarşı tədbirlər görülməsi mövzusuna həsr edilməsini istəyirdi.
Yekun sənəddə sözsüz ki, siz bunlar barəsində nə isə oxuya bilərsiniz. Lakin bütün mövzular Trampın avropalılar, çinlilər, meksikalılar və yaponlarla ticarətdə tariflər tətbiq edilməsi dueli ilə əlaqədar olub. Trüdo ilə sərt qarşıdurmasında Tramp tariflərə bəraət qazandırmaq üçün Ağ Evin 1814-cü ildə ingilislər tərəfindən yandırılmasını xatırladıb.
Tramp Kanadadan sonra Şimali Koreya diktatoru Kim Çen Inla görüşmək üçün Sinqapura gedəcək. Tramp əminliklə bildirib ki, Şimali Koreya liderini nüvə proqramından imtina etməyə inadıracaq.
Müxtəlif ölkələr arasında müqavilələr əldə etmək üçün təkbətək, vasitəçilər olmadan – birbaşa, kompromislərsiz, bürokratik ləngimələrsiz danışıqların aparılması Trampın sevimli diplomatik üsuludur. Elə məhz buna görə də, Tramp Paris iqlim müqaviləsindən, Sakit okean əməkdaşlıq müqaviləsindən və nəhayət isə İranın nüvə müqaviləsindən çıxdı.
1973-cü ildə meydana gələn neft böhranından sonra yaranan və Qərb siyasətinin koordinasiya olunması üçün yaradılan “Böyük altılıq” Kanadanın da buraya daxil olması ilə “yeddiliyə”, sonradan isə Rusiya ilə “səkkizliyə” dönüşdü. 2014-cü il Krıma müdaxilədən sonra Rusiya buradan xaric olundu.
Digər tərəfdən inkişaf etmiş ölkələr və Avropa Biriliyi ilə birlikdə “Böyük iyirmilik” də vardı. Amma “yeddilik” həmişə Qərb üçün nəzərdə tutulduğundan Çin heç zaman oraya daxil olmayıb.
İndi politoloq Yan Bremmer strategiyanın koordinasiya edilməsi səlahiyyətlərinin heç kimdə olmadığı “Böyük sıfırlıq”dan danışır. Gələcəyin hegemonu olmağa can atan Çin isə ABŞ-a meydan oxumaq istəyir.
Harvard Universitetindən Grehem Ellison “Fukidid tələsi”ndən ehtiyat edir. Çünki Sparta və Afina kimi ABŞ və Çin hakimiyyət uğrunda mübarizə aparacaqlar.
Kvebekin gözəl mənzərəsi olan Şarlevuada keçirilən “Böyük yeddilik”-in 44-cü sammitindən və Sinqapurda keçiriləcək gözlənilməz Tramp və Kim görüşündən sonra bizim dünyamız görəsən Fukididin də ehtiyatlandığı kimi, güclünün qaranlıq mənfi tərəfinə əyiləcək, yoxsa heç olmazsa, biz, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə çiçəklənən əməkdaşlıq ruhunu xilas edə biləcəyik?
(“La Stampa”-İtaliya)