Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Öz xalqına qarşı qəribə plan:Kreml ard-arda uğursuzluğa düçar olur

        Pərdə birdəfəlik düşdü və artıq “gəmidəki panika”nın ilk əlamətləri görünür

Yenixeber.org: Hər şeyi protokollaşdırmaq lazımdır - Rusiyada rəsmilər tərəfindən verilən hər bir açıqlamanı. Rusiya Federasiyasından Ukraynadakı məğlubiyyətdən sonra hər şeyi sorğulamağa başlayanda bu, çox lazımlı olacaq. Bu, qaçılmazdır! Rusiya Federasiyasının “danışan başları” aşkar olanı nə qədər inkar etməyə çalışsalar da. Məsələn, Rusiyanın “xüsusi əməliyyatı” Ukraynada mövcud hakimiyyəti devirmək məqsədi daşımır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, təbii ki, primitiv olaraq yalan danışır. Onun işi yalan yaymaqdır. Həqiqət isə tamam başqadır. Rusiya üçün utancvericidir. Ukrayna Prezidenti Volodimir Zelenski artıq 10-dan çox sui-qəsddən sağ çıxıb – danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ukrayna Prezidentinin ofisinin müşaviri Mixail Podolyak “Ukrainska Pravda”ya müsahibəsində bildirib, konkret təfərrüat açıqlayıb.

“Xarici tərəfdaşlarımız iki və ya üç cəhddən danışırlar. Hesab edirəm ki, ondan çox belə cəhdlər olub. Çünki bizdə daim operativ məlumat var ki, hökumət kvartalına girmək istəyən hansısa təxribat-kəşfiyyat qrupları (DRQ) var və s. Bizim çox güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəmiz var - onlar hamısını izləyirlər və bütün bu DRQ-lər yolda ləğv edilir. Yəni biz bütün planları başa düşürük və əks-kəşfiyyatımız onların üzərində işləyir. Təhlükəsizlik baxımından mən bəzi şeylər haqqında danışa bilmərəm. Amma bu sui-qəsd riskləri aradan qalxmayıb”, - deyə Podolyak bildirib.

Qeyd edib ki, Qərb kəşfiyyatının iddiaları doğrudur: “Putin üçün əsas hədəf hökumət kvartalına hücum və baxımından cənab Zelenski olub”.

Və bu, həqiqətdir, buna heç bir şübhə yoxdur. O cümlədən ona görə ki, hər hansı bir müharibənin uğuru əsasən ən mühüm qərarları qəbul edənləri məhv etmək qabiliyyəti ilə müəyyən edilir. Prezident Zelenski həm də Ukrayna ordusunun Ali Baş Komandanıdır. Rusiya Federasiyası yuxarıdan aşağı bütün qərarlar zəncirini pozmaq üçün onun ləğvinə ehtiyac duyur. O qərarların ki, Rusiya Federasiyasının "qardaş xalqa" qarşı açdığı müharibənin nəticəsi onlardan asılıdır.

Bundan əlavə, hazırda bütün dünyanın gözü qarşısında “cəsur və qətiyyətli” və “danışıq janrının ustası” Putin mifi dağılır. Rusiya Federasiyasının Prezidenti həyatına sui-qəsddən qorxaraq bunkerdə dünyadan gizlənir. Onun fəaliyyətinin gülünc “dəlilləri”, “ictimai görüşlərin” montaj edilmiş videoyazıları şəklində qorxuya düşmüş, küncə sıxışdırılmış siyasətçinin son dərəcə bariz imicini daha da gücləndirir.

Bütün bunların fonunda Volodimir Zelenski əsl qəhrəman kimi görünür. O, Kiyevdən təxliyəsi ilə bağlı bir çox təklifləri rədd etdi, Ukraynanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Ətrafı ilə bir yerdədir. Tez-tez canlı yayıma çıxır, çıxış edir, müsahibələr verir. O, sözün hər mənasında canlıdır. Bu isə artıq “ölü” siyasətçiyə çevrilmiş Putinin tam əksidir.

Zaxarova bütün bunları inkar edə bilər, amma həqiqət bununla dəyişmir. “Xüsusi hərbi əməliyyatın məqsədləri “DXR” və “LXR” vətəndaşlarının müdafiəsi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, Rusiyaya Ukrayna ərazisindən gələn hərbi təhlükənin aradan qaldırılmasıdır. Ukraynanın işğalı, ya onun dövlətçiliyinin məhv edilməsi, ya da hakimiyyətinin devrilməsi onun tapşırıqlarına daxil deyil”, - deyə Zaxarova söyləyib. İddia edib ki, "xüsusi əməliyyat" ciddi şəkildə plana uyğun gedir.

Burada da, necə deyərlər, demək olar ki, hər bir söz xüsusi, ayrıca şərhə layiqdir. "Xüsusi əməliyyat" haqqında deyil, müharibə haqqında danışdığımızdan başlamağa dəyər. Baxın, təbliğatçı Vladimir Solovyov da artıq baş verənləri müharibə adlandırır. Eyni zamanda şikayətlənir ki, Rusiya burada qələbə görməyəcək. Ona görə də Zaxarova söz oynatmağa çalışır. O, həm sərtlik nümayiş etdirməli, həm də Rusiya tərəfinin uğursuzluğunu birtəhər izah etməlidir.

Hansı ki, Ukraynanın bir dənə də böyük şəhərini almayıb, lakin bu müharibədə artıq çoxlu sayda hərbi personalını və hərbi texnikasını itirib. Bütün dünya “dünyanın ikinci ordusu”na gülür. Onun texniki təchizatının səviyyəsi həqiqətən acınacaqlıdır.

Eyni zamanda, Rusiya iqtisadiyyatı inanılmaz sürətlə uçuruma doğru gedir. Defolt qaçılmazdır - kəsir və hamının qənaət rejiminə keçidi də. Sovet kart (talon) sisteminə və xarici valyutanın satışı üçün “qara bazar”a keçmək olar. Pərdə birdəfəlik düşdü və artıq “gəmidə panika”nın ilk əlamətləri görünür.

Rusiya Federasiyasının yüksək rütbəli məmurlarının və dövlət korporasiyalarının işçilərinin təxminən dörddə biri Ukrayna ilə müharibə başlayandan və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqindən sonra işdən çıxmağı fikirləşir. Bu barədə “Meduza” nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşrin Prezident Administrasiyası və hökumətə yaxın həmsöhbətləri deyirlər ki, onlar əsasən “təşəbbüskar, qabaqcıl idarəetmə və biznes təcrübələrinə bələd olan insanlardan” danışırlar.

Lakin işğal başlayandan bəri heç bir səs-küylü işdən çıxarılma olmayıb. Rusiya hökumətinə yaxın jurnalistlərin mənbəsi bunu "İşdən çıxmağı indi xəyanətlə eyniləşdirirlər. Xəyanətin cavabı isə güllələnmədir" deməklə izah edir. Bunlar reallıqlardır. Belə çıxır ki, Rusiya Federasiyasının rəhbərliyinin çox qəribə planı olub - Rusiyaya və ruslara qarşı yönəldilib.(AYNA)

 Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam