Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müvəqqəti atəşkəslə bağlı razılaşdılar-VİDEO (YENİLƏNDİ)

         “Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər”.

Yenixeber.org: Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.

“Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”, - deyə Podolyak bildirib.

***

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.

Gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.

***

16:10

Tərkibində parlamentarilər, məmurlar və prezident ofisinin təmsilçiləri olan Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara yollanıb.

Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.

“Rusiya ilə danışıqlara yollanırıq. Artıq helikopterlərdəyik”, - deyə o qeyd edib.

14:12

Rusiya və Ukrayna arasında danışıqlar bu gün yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutacaq.

Danışıqların yeri və vaxtını Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski açıqlayıb.

Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ukrayna ilə danışıqlarda atəşkəs məsələsi müzakirə olunacaq. Danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam