Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Qərb siyasətində xristian amili - İkili standartların səbəbi bəlli oldu

 

Ukraynalı professor Polşa mətbuatında Qərbi ifşa etdi; Hansı məntiqlə Fransa Dağlıq Qarabağa müstəqillik istəyir, Gürcüstan və Ukraynada isə ərazi bütövlüyünə dəstək verir


Yenixeber.org: Bəzən xarici mətbuatda Azərbaycan xalqının və dövlətinin illərlə dediyi həqiqətlər etiraf olunur. Bu səpkidə yazılmış bir məqalədən söhbət açacağıq. Yazını Taras Kuzio hazırlayıb. O, Kiyev universitetinin siyasi elmlər üzrə professorudur. Onun hazırladığı məqalə isə Polşada çap olunan “New Eastern Europe” adlı saytda gedib. Kifayət qədər sanballı bir orqandır. Əsas hədəfi isə Şərqi Avropanın demokratiyaya doğru yürüşünə töhfə verməkdir.

Taras Kuzionun məqaləsi Anna Barseghyanın “The difference between Armenian and Azerbaijani lobbying activities in Europe” ("Ermənistan və Azərbaycan lobbilərinin Avropadakı fəaliyyətindəki fərq") adlı məqaləsinə cavab olaraq ortaya çıxıb.

Ukraynalı professor qeyd edir ki, Anna Barseghyan yazır ki, Avropa Birliyinin rəsmi bəyanatları daha çox ermənilərin xeyrinədir:

Anna Barseghyan (@AnnaBarseghyan2) | Twitter

Anna Barseghyan

“Çoxsaylı və varlı, elə bu səbəbdən də təsir imkanı geniş olan erməni lobbisi Amerika və Fransada formalaşıb. Fransa erməni icması 600 min nəfərdən ibarətdir və Fransa dünya üzrə ermənilərin daha çox yaşadığı üçüncü ölkədir. Noyabrın sonunda Fransa Senatı Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınmasına səs verib. Təbii ki, bu, Azərbaycan tərəfindən etirazla qarşılandı. Orası da var ki, bu səsvermə simvolik xarakter daşıyırdı və bu olay bir daha göstərdi ki, Fransanın dondurulmuş münaqişələrlə bağlı nə qədər dolaşıq mövqeyi var. Bu necə izah oluna bilər ki, Paris Dağlıq Qarabağla bağlı belə bir addım atır, eyni zamanda Rusiyanın de fakto işğal etdiyi Gürcüstan və Ukrayna ərazilərini, o cümlədən Krım yarımadasının ilhaqına qarşı çıxır?”

                                               Maraqlı sualdır, elə deyilmi?

Müəllif yazır ki, erməni lobbisinin fəaliyyəti nəticəsində 1992-ci ildə Azadlığa Dəstək Aktı çərçivəsində Azərbaycana qarşı 907-cü düzəliş həyata keçirildi və Azərbaycana sanksiya tətbiq edərək bu ölkəyə hər hansı dövlət yardımına qadağa qoydu. Halbuki ermənilər Azərbaycan ərazisin işğal etmişdi. Bu, post-Sovet məkanında yeganə hadisədir. Rəsmi Bakı o fikirdə idi ki, ABŞ-ın bu qərarı ədalətsizdir və bu qərarla Amerika Ermənistana siqnal ötürür ki, sizin Azərbaycan torpaqlarını işğal etməniz mükafata layiqdir.
Kiçik haşiyə çıxaraq deyək ki, bu sanksiya 2001-ci ildə aradan qaldırıldı. Çünki Amerika Əl-Qaidənin terror hücumuna məruz qalmışdı. Amerikada 3 min nəfərə qədər insan ölmüşdü. Bin Ladeni ələ keçirmək üçün Amerika qoşunlarının Əfqanıstana çıxışına nail olmaq gərəkirdi. Tranzit kimi Azərbaycan ərazisinə ehtiyac yaranmışdı. Hətta belə bir dönəmdə ABŞ 907-ci düzəlişi ləğv etmədi, sadəcə olaraq onu qeyri-müəyyən müddətə dondurdu. Bu isə o deməkdir ki, nəzəri baxımdan bu düzəliş istənilən vaxtı yenidən qüvvəyə minə bilər.

Professorun toxunduğu bu məqam da maraqlıdır. O yazır: “Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb ki, senator Bob Menedenz (o, senatın xarici əlaqələr komitəsinin üzvüdür) Azərbaycana və Türkiyəyə sanksiya tətbiq olunması ilə bağlı çağrış edib. Çünki Ermənistana və Artsax (Dağlıq Qarabağ) bu ölkələrin işğalına məruz qalıb. Menendes hələ də bilmir ki, bir dövlət beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində işğal həyata keçirə bilməz”.

Bu məsələ ilə də bağlı kiçik bir əlavəyə ehtiyac duyururq. Bob Menendenz ermənidən daha çox erməni olan senatorlardan biridir. Onun xanımı isə etnik cəhətdən gerçəkdən ermənidir...

Yenidən məqaləyə qayıdıram. Professor deyir ki, bu kimi münaqişələrdə Qərb xristian ölkələrini müdafiə edir: “Bu, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Yunanıstana görə Türkiyəni, Ermənistana görə isə Azərbaycanı ittiham etməsində aydın görünür. Avropada Türkiyəyə qarşı mövcud olan uzun müddətli stereotip bu ölkənin Avropa Birliyinə üzv olmasına imkan vermədi. Bu amil Avropanın Azərbaycana olan münasibətinə də sirayət edib”.

Bu barədə jurnalist olaraq, dəfələrlə yazmışam. Yazmışam ki, Qərb siyasətində xristian təəssübkeşliyi amili dominant xarakter daşıyır. Ukraynalı professorun dediyi kimi, bir müsəlman ölkəsi ilə bir xristian ölkəsi arasında hər hansı bir ixtilaf varsa, Qərb bu ixtilafda kimin haqlı olmasından asılı olmayaraq, xristian ölkəsinin yanında yer tutur, ona dəstək verir. Düşüncə budur ki, bu kimi hallarda müsəlman ölkəsi haqlı ola bilməz. Bu, heç mümkün də deyil. Ona görə də düşünüb, daşınmağa belə ehtiyac yoxdur. Xristian ölkəsi müdafiə olunmalıdır. Bu kimi eybəcərliklərə görə Qərb siyasətində ikili, bəzən üçlü standartlar ortaya çıxır. Sirr deyil ki, Qərbin istinad etdiyi qanun və qaydaları istisnasız olaraq xristianlar yazıb. Ancaq onlar öz yazdıqlarına belə əməl etmək istəmirlər. Hər dəfə də öz maraqları naminə öz əlləri ilə yazdıqlarına müxtəlif, bəzən bir-birinə daban-dabana zidd olan təfsirlər verirlər. Ümumiyyətlə, Qərb niyə Türkiyəyə qarşı belə aqressivdir? Çünki Qərb Türkiyənin inkişafını istəmir. Qərbə güclü yox, ondan asılı olan, aciz Türkiyə lazımdır. Elə Azərbaycan üçün də eyni yanaşma keçərlidir.

Ukraynalı professor yazır ki, Fransada Rusiyayönümlü siyasətçilər də var. Onlar Krımı Rusiya, Dağlıq Qarabağı isə Ermənistan ərazisi hesab edirlər və bu barədə bəyanatlar yayırlar. Təbii ki, onlar Rusiyadan müəyyən maliyyə alırlar.

“Avropa Birliyinin Türkiyəyə sanksiya tətbiq etməsi ilə bağlı lobbi fəaliyyəti göstərilir. Bunun uğurlu olacağını düşünmürəm. Özü də vurğulanır ki, Azərbaycana öz ərazilərini qaytarmaq üçün dəstək verən Türkiyəyə sanksiya tətbiq olunmalıdır. Bir ölkənin öz suverenliyini bərpa etməsinə dəstək vermək nədən qeyri-qanuni sayılmalıdır ki? Qərbin Türkiyəyə və Azərbaycana tətbiq edəcəyi sanksiya beynəlxalq qanunlara (Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan 2-si maddənin 4-cü hissəsi. Ərazi bütövlüyü və siyasi müstəqilliklə bağlı qanundur. E.H.) qarşıdır və ikili standartın nümunəsidir.

Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı açıqlandı | Report.az

Barseghyan yazır ki, Qərb Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququna dəstək verir. Əgər belə bir şey olsa, onda ortaya bu kimi suallar çıxacaq. Niyə Avropa Birliyi bu hüququ təkcə Dağlıq Qarabağa tanıyır? Niyə eyni yanaşma keçmiş Sovet məkanında mövcud olan dondurulmuş münaqişələrə tətbiq olunmur? Rusiyanın Çeçenistan bölgəsi və ya Kuril adası, Belçikadakı etnik münaqişə, Ruminiya, Slovakiya və İspaniya niyə "unudulur"? Aydın deyil ki, nədən Avropa Birliyi, ATƏT, BMT və Qərb hökumətləri Dağlıq Qarabağ məsələsində dövlətin ərazi bütövlüyü prinsipindən imtina etməlidir ”.

Mən öz adımdan deyə bilərəm ki, Qərbin bu kimi suallara cavabı yoxdur. Çünki konkret mövqeyə sahib deyil, nala-mıxa vurmaqla məşğuldur.

Siyasi elmlər üzrə professor xatırladır ki, SSRİ dağılandan indiyə kimi Ermənistan Rusiyanın yanında olub. Rusiyanın yaratdığı bütün bloklarda yer alıb. Hətta Qərbə bağlı, Rusiyaya qarşı şüarlar səsləndirərək iqtidara gələn Nikol Paşinyan da indi Rusiyanın yanındadır. Azərbaycan isə Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan İsrail ilə də ciddi əlaqələrə malikdir.
“Barseghyan yazır ki, Azərbaycan neftdən gələn pullar hesabına Avropaya təsir imkanlarını satın alır. Amma eyni işi Səudiyyə Ərəbistanı və Rusiya da görür.

Azərbaycanla yanaşı digər ölkələr də Avropa və ABŞ-da lobbiçilik fəaliyyəti göstərirlər. Məsələn, Amerikadakı siyasətçilərin lobbi fəaliyyəti üçün qanunla müəyyən edilmiş qaydada dünyanın hər tərəfindən milyardlarla dollar pul keçirilir.

Məqalənin sonunda professor son dərəcə önəmli bir məqama toxunur. Yazır ki, ATƏT-in Minsk qrupuna Rusiya, Fransa və ABŞ daxildir. Bu ölkələrin üçü də ermənipərəst mövqeyi ilə seçilir. (Orasını da biz əlavə edək ki, erməni icmasının ən çox yaşadığı ölkələr də məhz adıçəkilən ölkələrdir. E.H.)

Gördüyünüz kimi, bizim irəli sürdüyümüz arqumentlər kifayət qədər ciddidir və digər siyasi analitiklər tərəfindən də ortaya qoyulur. Söhbət açdığımız məqalənin önəmi ondadır ki, onu bir xristian yazıb və bu məqalə Polşaya məxsus olan bir saytda çap olunub. Polşa isə Avropanın demokratik düşərgəsində xüsusi çəkisi olan ölkədir.

Onu da deyək ki, bizim siyasətçilər də beynəlxalq səviyyəli görüşlərdə bu kimi arqumentlərdən istifadə etməlidir.

Elbəyi Həsənli,
Sürix

https://neweasterneurope.eu/2020/12/21/armenia-and-azerbaijans-lobbying-activities/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam