Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

 Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlılari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən "Adventure Club Radoslaw Kasprzak" turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib

Yenixeber.org: Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
Bu barədə açıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və bundan sonra da yolumuza əmin addımlarla davam edib, Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracağıq.
Qeyd edək ki, "Adventure Club Radoslaw Kasprzak" şirkəti Azərbaycanın Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam