Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Rusiyanın “hökumət xoru”nda xaric səs…-Rusiyanın “hökumət xoru”nda xaric səs...

 

Yenixeber.org: Rusiya Müdafiə Nazirliyi Xocavəndin iki kəndini gah onların təsir dairəsində, gah da Azərbaycanın tabeçiliyində göstərən xəritələr dərc edir. Ümumiyyətlə, Moskva son vaxtlar ard-arda xəritələri dəyişməklə sanki özünün gələcək addımlarını diqqətdən kənarda qoymaq üçün hipnozla məşğuldur. Yəni, o, xəritədəyişmək işini adiləşdirmək istəyir.

Nəhayətdə isə Kremlin addım-addım irəliləmək siyasəti güddüyü mənzərəsi yaranır. Əslində onun belə bir planı olduğuna əminlik üçün tarixi eşələyib, sonra da müasir həyatda keçmişin təkrarına dair eyhamlar axtarmağa ehtiyac yoxdur. Rusiya çox şeyi açıq edir. Kuril mübahisələrindən tutmuş, Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasına qədər, hər addım bir sübut, bir nümunədir.

Bəs, Qarabağ? Rusiya burada nə planlayır? Kreml bəyan etdiyi kimi, sülhməramlıdırmı? Onun məramına və ya bəyanına inanmaq olarmı?

                                        “Tanınmayan”lar ittifaqı

2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya separatçı rejimlərin müstəqilliyini tanıdı. Uzun illər sonra Putin Qarabağdakı 44 günlük müharibənin nəticələrini şərh edərkən bu məsələyə təhlükəli bir aydınlıq gətirdi. O, separatçı rejimləri tanımalarını Saakaşvilinin cinayətlərinə (Putin Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdini cinayət adlandırdı) cavab kimi xarakterizə etdi. Bununla yanaşı, Dağlıq Qarabağda baş verən son olayları qiymətləndirərkən Rusiya rəhbəri Ermənistanı vaxtında separatçı rejimi tanımamaqda qınadı. Bu qınaq açıq şəkildə Qarabağ erməniləri ilə İrəvanı üz-üzə qoymaq cəhdi olsa da, Azərbaycana mesaj da aydındır. Belə paralel aparmaqla, Putin rus sülhməramlılarının Qarabağda olduğu dövrdə Azərbaycanın hər hansı razılaşdırılmamış addımının separatçı rejimin tanınması ilə nəticələnəcəyini deyir. Demək istəmir, məhz deyir.

                                                 Putini kimlər təmsil edir?

Bu yaxınlarda Rusiya mediasının Putinin siyasətini təmsil etmədiyi barədə material dövriyyəyə buraxılmışdı. Bunun rus mediasında Azərbaycan və Ermənistan barədə qarışıq rəylərin ortaya çıxmasından yaranan gərginliyi nisbətən yatırmaq cəhdi olduğu aydındır. Ancaq biz onu görürük ki, Rusiyada bir çox hallarda ağıllı adamların deyil, məsələn, Jirinovski kimilərinin dedikləri axırda dövlət siyasətinə çevrilir. Yəni, “Putin ağıllı, Jirinovski qeyri-ciddi adamdır” deyilir, həqiqətdə də Putin başqalarının danışdığı kimi danışır, amma görürsən ki, Jrinovskinin danışdığı kimi edir.

                                              Hərb strategiyalı sülh məramı

Bundan əvvəlki şərhimizdə demişdik ki, Rusiyanın imperiya siyasətinin  mahiyyəti əsgərlərinin çəkməsindədir. Yəni, Kremlin harada marağı varsa, o torpağa əsgərinin ayağı dəyməlidir. İndi rus əsgəri Azərbaycan torpaqlarındadır, onlar burada erməni əhalini qoruyur. Kimdən? Beynəlxalq birliyin tanımadığı qanunsuz silahlı dəstədənmi? Xeyr. Suveren hüquqları və hüdudları çərçivəsində bugünədək 30 mindən çox erməninin yaşadığı Azərbaycan Respublikasından. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və BMT TŞ üzvü kimi bölgədə adekvat fəaliyyətdə deyil. Sülhməramlı adlanan qüvvələrin mandatı və missiyası kimin tərəfindən, necə dəqiqləşib? Bu, hansı saziş üzrə həyata keçirilib? BMT sülhməramlıların bölgədəki fəaliyyətini tənzimləyən meyarlar müəyyən edibmi? Azərbaycanda barəsində cinayət işi açılmış adamlar rus hərbi kontingentinin komandanlığı tərəfindən rəsmi şəxslər kimi qəbul edilir. Bunun hüquqi şərhi nədir? Rusiya de-fakto separatçı rejimi tanıyırmı? Moskva bu suallar qarşısında susacaq. Çünki cavablar hər iki variantda onun marağına uyğun deyil.

                                        “Hökumət xoru”nda xaric səs

Rusiya parlamentində MDB və Avrasiya üzrə bir xeyli vəzifə tutan Konstantin Zatulin deyib ki, Qarabağ erməniləri öz müqəddəratlarını təyin etməlidirlər. Bu, əslində bir növ şantajdır. Azərbaycana demək istəyirlər ki, lazım gələrsə, biz həmin məsələnin müzakirəsinə də başlaya bilərik. Təcrübəyə əsaslansaq, avtoritar Rusiyanın “hökumət xoru”nda bir nəfər “xaric səs” çıxarırsa, bu, şəksiz, rəhbərin razılığı ilə baş verir və o, kiməsə nəsə eşitdirmək istəyir. Yəni, bu açıqlama əslində Putinin “özü yazdığı” mətnlərdəndir. Rusiya bölgədə “əbədiyaşarlığını” iki məqamın mövcudluğunda görür: münaqişənin mümkün qədər uzadılmasında və  Xankəndinin Moskvaya bağlı toxunulmaz bölgə kimi tərəflərə tanıdılmasında.

Mümkündürmü?

Tarix göstərəcək. Hələ ki iş bu istiqamətdə gedir.

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam