Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Rusiyadan Tiflisə hədə, Bakıya vəd, İrəvana isə...

 

Moskva Azərbaycana və Gürcüstana fərqli “gözlə” baxsa da, Qarabağ, Abxaziya və Cənubi Osetiya məsələlərində hələ ki eyni taktika yürüdür – tək səbəb...   

 

Yenixeber.org: Cənubi Qafqazın etnik-ərazi münaqişələrindən nə vaxt qurtulacağı hələ ki bəlli deyil. Daha doğrusu, bu, xeyli dərəcədə Rusiyanın regiona yönəlik siyasətində edəcəyi ciddi korrektlərdən asılıdır. Çünki Moskva hələ də Güney Qafqazı özünün həyati maraqlar zonası, “arxa bağçası” hesab edir. Demək, Dağlıq Qarabağ və bölgədəki digər münaqişə ocaqları ona kimi yalnız bir hədəfə - burada möhkəmlənməyə xidmət edəcək. Yerdə qalanlar quru bəyanatlar və təfərrüatlardır.

“Yalnız bir real perspektiv var - münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli. Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir”. Dünən bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin həll perspektivindən danışarkən deyib (Report).

Rusiyalı diplomat xatırladıb ki, Moskva Qarabağ ixtilafının sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri - Fransa və ABŞ ilə sıx əməkdaşlığa davam edir. Onun sözlərinə görə, Rusiya “Minsk Qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır”.

Ä°lgili resim

“Bu mövqeyimiz dəyişməz olaraq qalır və bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında əksini tapıb, Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiqlənib”, - deyə o əlavə edib.

*****

“Yeni Müsavat”ın məlumatına görə, Rusiya XİN-in rəsmisi müsahibədə Gürcüstanla münasibətlərin mövcud durumuna da toxunub və... faktiki, Tiflisi hədələyib.

Sitat: “Rusiya gürcü tərəfdaşları Tiflisin beynəlxalq meydançalarda qeyri-dost hərəkətləri barədə xəbərdar edir - hansı hərəkətlər ki, 2012-ci ildə başlayan normallaşma prosesini təhlükə altına qoyur. Tiflis hələ də diplomatik əlaqələrin bərpası üçün çalışmır, beynəlxalq səviyyədə bizə qarşı düşmənçilik hərəkətlərini davam etdirir, NATO-nun Rusiyanı cilovlamaq strategiyasında həvəslə iştirak edir. Gürcü tərəfdaşları birbaşa xəbərdar edirik: belə davranış 2012-c ildə başlayam prosesə təhdiddir – hansı prosesin meyvələrindən ki, hər iki ölkənin vətəndaşları istifadə edirlər”.

Karasin onu da deyib ki, iki ölkə arasında xarici-ticari tərəfdaşlıq və nəqliyyat sferalarında inkişaf açıq-aşkardır: “İkitərəfli dövriyyə artmaqda davam edir. Düşünürəm ki, bu il Rusiya ilə Gürcüstan arasında qarşılıqlı ticarətin dövriyyəsi ötən ilki göstəricini də keçərək 1 milyard dollara çatacaq”, - deyə o əlavə edib.

*****

Lakin iki ölkə arasında hələ də diplomatik münasibətlər yoxdur. Üstəgəl, qarşılıqlı viza rejimi mövcuddur. Bu da 2008-ci ildəki “5 günlük müharibə”dən və ondan dərhal sonra Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıması, həmin ərazilərdə özünün böyük hərbi kontingentini yerləşdirməsi ilə birbaşa bağlıdır.

Tbilisi Kreml ile ilgili görsel sonucu

Aydındır ki, belə vəziyyətdə Tiflislə Moskva arasında diplomatik əlaqələrin qurulması və viza rejiminin ləğvindən söhbət gedə bilməz. Bununla belə, gürcü tərəfi nə vaxtsa Kremlin separatçı bölgələrlə bağlı öz mövqeyini dəyişəcəyinə ümid edir. Ona kimi isə iki ölkə arasında yalnız iqtisadi-ticari sferada əməkdaşlıq mümkün ola bilər.

Son illər bu yöndə doğrudan da, müəyyən canlanma var. Hətta bir ara işğalçı Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmiryolunun açılması barədə də ilkin razılaşma əldə olunmuşdu. Ancaq Gürcüstanla Rusiya arasında real siyasi-diplomatik münasibətlərin yoxluğu buna xeyli dərəcədə əngəl oldu.

Qriqori Karasinin yuxarıdakı sitatından da görünür ki, tərəflər arasında siyasi etimad xeyli zəifdir. Əsas səbəb də odur ki, Krımın ilhaqı kimi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq məsələsində də Kreml geri addım atmağa hazırlaşmır. Rusiyaya qarşı Qərbin sanksiyaları da hələ ki effektli deyil.

*****

Tbilisi Kreml ile ilgili görsel sonucu

Ancaq iş ondadır ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Moskva Qarabağ məsələsində də real addımlar atmağa tələsmir – baxmayaraq ki, Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və formal da olsa, Azərbaycanın ərazi bütövlüyünün tərəfindədir. Üstəlik, Bakı ilə Moskva arasında normal diplomatik əlaqələr, strateji tərəfdaşlıq münasibətləri, o cümlədən hərbi-texniki sahədə geniş əlaqələr mövcuddur; iki ölkənin liderləri tez-tez ya Rusiyada, ya da Azərbaycanda görüşürlər. Putin Ermənistandan çox Azərbaycanda səfərdə olub.

Di gəl, şimal qonşumuz əlində bunca rıçaqlar ola-ola, 30 ildir uzanan Qarabağ konfliktinin dinc həlli üçün qollarını çirməyib hərəkətə keçmək istəmir. Yalnız vəd verməklə məşğuldur. Sual yaranır: Rusiya problemin həllinə real töhfə verməyəcəksə, bunu istəmirsə, o zaman Karasinin dediyi kimi, problem danışıqlar yolu ilə necə həllini tapa bilər?

Sual əslində ritorikdir. Çünki Moskvanı Güney Qafqazdakı münaqişələr yox, bu münaqişələr hesabına regionda öz siyasi-hərbi dayaqlarını möhkəmlətmək maraqlandırır. Kremlin Ermənistandakı son hadisələrə məlum sərt münasibətinin, Paşinyan hökumətinə gözağartmalarının arxasında da eyni hədəf dayanır. Rusiya yalnız özünə oynayır. Bunu Bakıda və Tiflisdə yaxşı başa düşürlər. Artıq Ermənistanda da anlaşmağa başlayıblar ki, Rusiya Qarabağ ixtilafını həll edən deyil. Odur ki, Qərbə sarı getməyə səy edirlər.

Yeri gəlmişkən, Düşənbədə prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında əldə edilən ilkin anlaşma həm də bunun kövrək təzahürü sayıla bilər. Konflikti vasitəçilərsiz, xüsusən də Rusiyasız çözmək istəyini nəzərdə tuturuq. Çünki Rusiya böyük sülh anlaşmasına kömək etməmək bir yana, bu anlaşmaya əsas əngəl olaraq qalır. Başqa sözlə, Rusiya Gürcüstana münasibətdə nə qədər sərt ritorika sərgiləsə də, Azərbaycan əsas problemi ilə bağlı da fərqli və pozitiv taktika sərgiləmir. Bu mənada biz Gürcüstanla eyni “qayıqdayıq”...(müsavat)    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam