Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Cənubi Osetiyanı da anneksiya edir

 

Rusiya Gürcüstanın Cənubi Osetiya regionunu Ukraynanın Krım yarımadası kimi anneksiya edə bilər. Bu xəbərdarlığı Gürcüstanın xarici işlər naziri Tamar Beruchashvili edib.

"Xeberinfo.com":  Məlumata görə, Beruchashvili Vaşinqtonda Azadlıq Radiosuna müsahibə verib, deyib ki,“növbəti addım Cənubi Osetiyadı; Krıma oxşar ssenarinin təkrarlana biləcəyi və Cənubi Osetiyanın anneksiya oluna biləcəyinə dair siqnallar var”. Onun sözlərinə görə, Cənubi Osetiya da Krımın martda etdiyi kimi referendum keçirə və göstərə bilər ki, yerli əhali Rusiyaya qoşulmaq istəyir.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Cənubi Osetiyanın de fakto lideri Leonid Tibilov deyib ki, gələn aylarda Rusiya ilə Cənubi Osetiya münasibətlərin gücləndirilməsi üzrə pakt imzalayacaqlar. Beruchashvili-nin sözlərinə görə, Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələrində 11 min 500 Rusiya əsgəri var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam