Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

QARABAĞ MÜNAQİŞƏSİ İRANI BİR-BİRİNƏ VURUB –Tehranın rəsmi mövqeyi ilə Ali Rəhbərin mövqeyi üst-üstə düşmür

 

“Fəraru” (İran), 02.10.2020

 

Yenixeber.org: Dağlıq Qarabağ münaqişəsi nəinki bölgədə, eyni zamanda, çoxlu fikir ayrılıqlarının olduğu İranda da güclü gərginlik yaradıb. Son 2 gündə bəzi parlament üzvləri Xarici İşlər Nazirliyinin və hökumətin Ermənistanla Azərbaycan Respublikası arasındakı münaqişə ilə bağlı mövqeyini tənqid ediblər.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki qarşıdurmalar 4 gündən artıqdır davam edir. Beynəlxalq ictimaiyyət iki ölkə arasında atəşkəs çağırışı edib.

BMT Təhlükəsizlik Şurası Çərşənbə axşamı bütün üzvləri ilə birlikdə Dağlıq Qarabağdakı döyüşlərin dərhal dayandırılması barədə razılığa gəlib.

Qarşıdurmalarda 100-dən çox insanın öldüyü bildirilib. Ermənistan Türkiyəni bölgəyə qoşun göndərməkdə və Azərbaycanı dəstəkləməkdə günahlandırır və əlbəttə, Türkiyə də Azərbaycan Respublikasına rəsmi dəstək verdiyini gizlətmir.

Ermənistan Rusiyanın strateji müttəfiqidir, buna baxmayaraq, Rusiya yalnız atəşkəs çağırışı edib.

Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ bölgəsində 4 gün davam edən şiddətli döyüşlərdən sonra sülh danışıqlarını rədd edib və bir-birlərini danışıqlar prosesini pozmaqda günahlandırıblar.

Bəs İranın mövqeyi necədir?

Bu vəziyyətdə İran həm, Ermənistan, həm də Azərbaycanın qonşusu kimi, işğal olunmuş ərazilərlə həmsərhəd bir ölkə kimi, xüsusi bir mövqedədir. Döyüşlərin ilk günlərində minaatan mərmisi və raketlər İran ərazisini düşüb, lakin itki olmayıb.

Münaqişənin ilk saatlarından etibarən İslam Respublikası vəziyyəti sakitləşdirməyə çalışıb. Məhəmməd Cavad Zərif hər iki ölkənin xarici işlər nazirləri ilə danışıqlar aparıb, bundan sonra rəsmi olaraq məsələnin diplomatik yolla həll edilməli və Tehranın vasitəçilik etməyə hazır olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib: “Bölgədə dərhal atəşkəsin bərqərar, ardınca iki ölkə arasında danışıqların bərpa edilməli olduğunu düşünürük. Çünki ikitərəfli danışıqlar bu mübahisələri həll etmək üçün yeganə həll yoludur. İranın bu münaqişəyə dair siyasəti dəyişməyib. Biz danışıqların asanlaşdırılmasına kömək göstərməyə çalışmışıq, bu prosesə kömək etməkdə davam edirik və mübahisəli məsələlərin qalıcı həll yolunun hərb olmadığını düşünürük”.

Ruhani hökumətinin rəsmi sözçüsü Əli Rəbii deyib: “İki qonşu olan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasındakı mübahisənin sülh yolu ilə həlli yolu var. İran, Türkiyə və Rusiya bu iki qonşunun fikir ayrılıqlarını həll etmək üçün BMT qətnamələrinin həyata keçirməsinə kömək edə bilər. Problem sülhlə yoluna qoyulmalıdır”.

Yeri gəlmişkən, son günlərdə İrandan Ermənistana hərbi daşımalar barədə şayiələr yayılıb və İran bu iddiaları qətiyyətlə rədd edib.

Bununla belə, bəzi millət vəkilləri və siyasi fəalların fərqli mövqeləri mövcuddur.

İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi, bitərəf olduğu halda, son günlər bəzi parlament üzvləri və siyasətçilər arasında mübahisəni ortaya çıxarıb.

Ölkənin türk bölgələrinin nümayəndələri sosial şəbəkələrdə Azərbaycan Respublikasına dəstək veriblər. Əslində, bu, İran hökumətinin rəsmi yanaşmasına zidd olan bir mövqedir.

Ərdəbil nümayəndəsi Seyyid Kazim Musəvi, Ali Liderin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyyid Həsən Amelinin çıxışlarına istinadla, mövqe bildirici videolar yayımlanıb: “Ali Rəhbərin dəqiq rəyindən sonra Azərbaycan Respublikasının suverenliyini müdafiə etməsinə şübhə yoxdur. Dağlıq Qarabağ İslam torpağıdır və İslam torpağı olaraq qalacaqdır”.

Xalxal və Kövsərin nümayəndəsi Seyyid Qəni Nəzəri “Qarabağ” haştaqı (#Qarabağ) ilə sosial şəbəkədə yazıb: “Qarabağ, onun tarixi, səciyyəsi və adı Azərbaycan eyniyyətinin (indentikliyinin) tərkib hissəsi kimi qalacaq”.

Miyanduab təmsilçisi olan millət vəkili Mehdi İsazadə bildirib: “Ermənistan, İsrail və ABŞ bölgədə mənfur antiislamizm üçbucağıdır. Digər xüsusi həssas nöqtələrimiz olduğu kimi, Dağlıq Qarabağ, dünyanın məzlum millətləri və müsəlmanları mövzusuna da həssaslığımız mövcuddur. Diplomatik aparat açıq sözbazlığı kənara qoymalıdır. Dağlıq Qarabağla bağlı fikrimiz Ali Liderin mövqeyinə əsaslanır”.

Urmiya təmsilçisi Ruhullah Həzrətpur İran Dövlət Tele-radio Qurumunun xəbər proqramlarında Qarabağ bölgəsinin “erməni məskəni” adlandırılmasına etiraz edərək, ölkə Radio və Televiziyasının rəhbəri Əbdüləli Əli Əsgəriyə etiraz məktubu yazıb.

Məktubda deyilir: “Təəssüf ki, dövlət televiziyasının Bazar günü, iyulun 13-ü, “Xəbərlər” proqramının saat 21 buraxılışında işğal olunmuş Qarabağ bölgəsi tarixi, sosial-iyasi gerçəkliyinə zidd olaraq, “erməni bölgəsi” adlandırılıb. Bu bölgə müsəlman-şiə bölgəsi olub və İnşallah belə də qalacaq”.

Urmiya nümayəndəsi mübahisələrin qarşısını almaq və gərginlik yaratmamaq üçün yayımın nəticələri ilə bağlı lazımi xəbərdarlıqların edilməsini və nəticənin şəxsən özünə elan edilməsini istəyib.

İranın rəsmi mövqeyindən fərqli bir mövqedə olan yalnız millət vəkilləri deyil. Bəzi siyasi fəallar da oxşar fikirləri bölüşürlər. Əli Mütəhhəri tvitində yazıb: “Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı, əvvəlki toqquşmada olduğu kimi, etnik mülahizələrə əsasən, Ermənistanın tərəfini tutmamağa diqqət göstərməlidir. Yalnız atəşkəs istəmək və tərəfləri danışıqlara dəvət etmək kifayət deyil, məcburi müharibədə (İraq-İran davası nəzərdə tutulur– red.) gözlədiyimiz kimi, kimin haqlı tərəf olduğunu da görməliyik”.

Lakin əksər siyasi fəallar və analitiklər İranın mövqeyini münasib hesab edirlər.

İslahatçı siyasi fəal Abdullah Ramazanzadə hesab edir ki: “Ermənistanla Azərbaycan Respublikası arasındakı münaqişənin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Sərhədlərin toxunulmazlığı prinsipi Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərindən biridir. Bizim yalnız mübahisələrin sülh yolu ilə həll edilməsinə çağırmaq və tərəflər istərsə, vasitəçilik etmək vəzifəmiz var”.

Əlbəttə, bu baxış çoxlu tənqidlə qarşılaşıb və Ramazanzadəni daha geniş açıqlama verməyə məcbur edib.

Tanınmış mühafizəkar natiq Əli Əkbər Raefipur da bu mövzuda mövqe sərgiləyib. “Qarabağ İslam dünyasının bir parçasıdır və geri qaytarılmalıdır”, – deyə təkid etməklə bərabər, o yazıb: “Hazırda baş verənlər İlham Əliyev, Ərdoğan və Putin üçlüyünün quruluş verdiyi kukla tamaşasıdır və hər birinin öz maraqları var”.

Sözsüz ki, bu fərqli mövqelər sosial mediada ajiotaj yaradıb, xüsusilə, millət vəkillərinin fikirləri tənqid hədəfi olub.

Bəzi sosial şəbəkə istifadəçilərinin rəyinə görə, deputat mövqelərinin ölkənin rəsmi mövqeyi ilə üst-üstə düşməməsi düzgün hərəkət deyil və bunun mənfi nəticələri ola bilər.

Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam