Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dağlıq Qarabağ Azərbaycanındır!” -Fransa küçələrinə afişalar vurulur

“Dağlıq Qarabağ Azərbaycanındır!” -  Fransa küçələrinə afişalar vurulur
“Ermənistan Dağlıq Qarabağda təcavüzü DAYANDIR!”, “Dağlıq Qarabağ Azərbaycanındır!”, “İşğal olunmuş əraziləri azad edin!”, “Fransa, BMT sizin fəaliyyətsizliyiniz öldürür!”.
Yenixeber.org: Bu şüarlar Fransadakı azərbaycanlıların oktyabrın 1-də Paris və Nant şəhərlərində yaydığı afişalarda əks olunub. Bildirilib ki, oktyabrın 2-də Fransanın digər şəhərlərində də erməni təcavüzünü əks etdirən belə afişalar yayımlanacaqdır.

Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara başlayandan Fransadakı soydaşlarımız Dağlıq Qarabağla bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırırlar. Soydaşlarımız birlikdə qruplar yaradaraq Azərbaycanla bağlı məlumatların yayılmasında fəal rol oynayır və sosial şəbəkələr vasitəsi ilə Fransada ölkəmizlə bağlı yayılan dezinformasiyalara cavab verirlər.

Seçkilərə görə erməni seçicilərinin əlində oyuncaq olan fransız siyasətçilərinin münaqişə ilə bağlı yanlış paylaşmaları cavablandırılır.

Fransa dövlət və hökumət rəhbərlərinə məktublar göndərərək, onlardan beynəlxalq hüquqa riayət etməyə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin həyata keçirilməsinə dair çağırışlar ediblər.

Xatırladaq ki, dünyada ən böyük erməni lobbisi Fransadadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam