Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Ermənistan işğal etdiyi torpaqları azad etməlidir”

 

“Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində gərginlik müvəqqəti xarakter daşıyır”.
"Xeberinfo.com":  Məlumata görə, bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Təhqiqatlar Mərkəzinin Şurasının sədri, tanınmış hərbi ekspert, ehtiyatda olanda general-leytenant Yevgeni Bujinski deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq: “20 ildən artıqdır ki, iki qonşu ölkə arasında münaqişə davam edir. Fikrimcə, Dağlıq Qarabağ konflikti artıq həll olunmalıdır. Lakin bu həll yolu müharibə deyil. Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməldir”.
Hərbi ekspert Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllində çıxılmaz vəziyyətdə qaldığını söyləyib: “Rusiyanın bu məsələdə açıq-aydın mövqe bildirməsi çox çətindir. Ermənistan Rusiyanın müttəfiqidir. Azərbaycan isə Rusiya üçün olduqca strateji əhəmiyyətli tərəfdaş ölkədir. Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan öz aralarında hansısa razılığa gəlsin”.
Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olduğunu şərh edən Y. Bujinski bildirib ki, Qərb üçün əsas məsələ Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmamasıdır: “Qərb Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasını istəmir. ABŞ regiondakı “status-kvo”nun saxlanmasının tərəfdarıdır. ABŞ-da və Avropada güclü olan erməni lobbisinin bu işdə rolu böyükdür. Erməni lobbisi qərbdə hakimiyyətə siyasi təzyiq göstərə bilir. Nəzərə alaq ki, Azərbaycanın da enerji resursları Qərb üçün olduqca əhəmiyyətlidir. ABŞ Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaz regionuna Avropanı enerji resursları ilə təmin edəcək alternativ ərazi kimi baxır. Ona görə də, Qərb regionda “status-kvo”nun saxlanmasında maraqlıdır. Bir sözlə, ABŞ da Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll olunmasına qarşıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam