Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dövlət Toxum Fondu - beynəlxalq sərgidə təmsil olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun Satış və biznesin inkişafı şöbəsinin müdiri Elton Əbdurəhmanov Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti tərəfindən İngiltərənin Lincolnshire şəhərində kənd təsərrüfatı texnikalarının sərgisində Fondu təmsil edib.

Yenixeber.org: Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, əkin sənayesinə həsr olunmuş sərgidə 370-dən çox lider şirkətin texnikaları nümayiş etdirilib və 20 000-dən artıq iştirakçı qatılıb. İştirakçılara dərmanın səpilməsi, toxumun fərqli dərinlikdə torpağa əkilməsi, biçinin daha qısa zaman çərçivəsində tamamlanması və sair işləri həyata keçirən texnikalar təqdim olunub. Sərgidə iştirak edən sənaye liderləri, siyasətçilər, yüksək səviyyəli tədqiqatçılar və beynəlxalq qonaqlar Şərqi Avropa və Mərkəzi Asiyadan dəvət olunmuş texnika mütəxəssislərinin təcrübələrini öyrənmək imkanı qazanıblar.

Sərgi çərçivəsində Dövlət Toxum Fondunun təmsilçisi İngiltərənin tanınmış və lider təşkilatı olan “Perry of Oakley” təşkilatının nümayəndələri ilə görüşüb. Görüşdə əkin sənayesində mövcud innovasiyalar və texnologiyalar müzakirə edilib, məşhur şirkətlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam